Məhkəmə qərarları › İş №e-2(021)-4220/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4220/2025

21.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4220/2025 21.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2656,40 manat məbləğində ziyanın alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeharasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci il tarixli 545 V-d saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il il tarixli 23-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC-nin – OBA Bərdə 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2025-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4915 (dörd min doqquz yüz on beş) manat məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə, inventarizasiya aktına və üzləşmənin nəticələrinə imza atmaqla kəsr gələn malları etiraf etmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2656,40 borcu qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda İddiaçı MMCyə ümumilikdə 2656,40 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixində Mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə məlumatlandırılmışlar. Lakin Cavabdeh iddia tələbinə etirazının olub-olmaması ilə bağlı məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; xx.xx.2021-ci il tarixli Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də Satış Departamentinə Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsinin təsdiq edilmiş surətindən görünür və xx.xx.2021-ci il tarixli 484 İ-Q saylı əmrdən çıxarışdan ki, İddiaçı ilə Cavabdeh arasında Əmək müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı tərəfindən OBA Marektlər Şəbəkəsi – Satıcı – Kassir – vəzifəsinə (peşəsinə) işə götürülmüşdür. xx.xx.2022-ci il tarixli Cavabdeh ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də Administrator vəzifəsinə keçrilməsinə etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli X1 və Cəmiyyət üzrə xx.xx.2022-ci il tarixli 545 V-d saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən Cəmiyyətin Satış Departamentinə Administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmək müqaviləsi xitam edilmiş və xx.xx.2021-ci il tarixli, xxxxxxx000109 nömrəli Əmək müqaviləsi bildirişi ləğv edilmişdir. xx.xx.2025-ci il il tarixli 23-x saylı əmrin surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il il tarixli 23-x saylı əmrlə işdən azad edilmişdir. İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2025-ci il tarixində 4915,80 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2656,40 manat borcu qalmışdır. Beləliklə Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçı MMC-yə olan ümumi borcu 2656,40 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixdə OBA-BERDE 3 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun Aktdan görünür ki, ziyan məbləği 4915,80 manat olmuşdur. xx.xx.2025-ci il tarixli Aktivlər üzrə inventarizasiya nəticələrinə dair aktdan görünür ki, Bərdə rayonu, Həsənqaya kəndi ərazisində yerləşən OBA-BERDE 3 filialında (543) saylı mağazasında həmin mağaza üzrə maddi-məsul şəxs Cavabdeh iştirakı ilə №0560 saylı əmr ilə daimi fəaliyyətdə olan inventarizasiya siyahısı ilə növbədənkənar yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 4915,81 manat əksiklik müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli İddiaçı MMC-nin inventarizasiya komissiyasına İltizamnamədən görünür ki, Cavabdeh iltizamnamədə, sayımda iştirak etəsini, sayımın qaydalara uyğun keçirilməsini, sonda qarşılaşdırma olması, əksik məhsullarla tanış olması, sayım qurupundan etiraz olmadığını qey etmişdir. xx.xx.2025-ci il tarixli, DN 1278 saylı Xəbərdarlıq Məktubundan görünür ki, Cavabdeh borcunun məbləği barədə xəbərdar edilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Həmin xəbərdarlıqlara əlavə edilmiş xəbərnamədən görünür ki, xəbərdarlıq borclunun ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2023-cü ildə **********025400 sayla verilmiş Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı ildə ********** nömrə VÖEN ilə Dövlət Qeydiyyatına alınmışdır. Mediasiya Şurası Bakı 20 saylı X2 Mediasiya Sesiyasında (İMS) İştirak Edilməməsi barədə mediator X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00774 saylı arayışdan görünür ki, İddiaçı müraciəti əsasında Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı MMC İMS-na 50 manat və poçt kargüzarlığı üçün 10 manat rüsum ödəmişdir. AZE №******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1992-ci ildə Bərdə rayonu, Gərənə kəndində doğulmuşdur, Bərdə rayonu, Gərənə kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli, 545 V-d əmrlə administrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2025-ci il il tarixli 23-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixində İddiaçı MMC-nin – OBA Bakıxanov 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2025-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4915 manat olmuşdur. İnventarizasiya yoxlaması Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara razılığını bildirməklə şirkətə vurduğu ziyanı etiraf etmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2656,40 manat borc qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə bildirilsə də, cavadeh tərəfindən iddiaçının xeyrinə heç bir ödəniş həyata keçirilməmişdir. Bundan başqa mediasiya mərhələsində həlledilməsi üçün Cavabdeh ünvanına Mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmiş, mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığından iddiaçı məhkəməyə müraciət edərək 2656,40 manat pulun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra ƏM) 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. ƏM-nin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddiziyanın məbləğini ödəməyə borcludur. ƏM-nin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. ƏM-nin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddiməsuliyyət daşıyır. ƏM-nin 202-cimaddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-cimaddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-cimaddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqişəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzizərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətliəmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqəsdi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. MPM-nin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MMC-nin – OBA Bərdə 3 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2025-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4915 manat məbləğində olması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə, inventarizasiya aktına və üzləşmənin nəticələrinə imza atmaqla kəsr gələn malları etiraf etmiş və çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2656,40 manat borc qalmasını bilərək, vurduğu ziyanı vaxtında iddiaçıya ödəməmişdir. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bundan başqa qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçının xeyrinə verilməli, həmçinin iddianın təmin olunmuş hissəsinə münasibətdə ödənilməmiş 46,56 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2656,40 manat məbləğində ziyan və iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı MMC -yə ödənilməlidir. MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2656,40 (iki min altı yüz əlli altı manat qırx qəpik) manat məbləğində ziyan və 60 (altmış) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Cavabdeh 46,56 (qırx altı manat əlli altı qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada tərəflərə verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar