Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-4361/2023 06.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Verdgi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Verdgi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəsi ilə mürаciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 80 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8140,10 manat, İşsizlikdən sığorta fonduna olan 168,59 manat, İcbari Tibbi Sığorta Fonduna olan 669,44 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı ərizə isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Verdgi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, iddia ərizəsində tərəflər ərizəçi və maraqlı şəxs kimi qeyd edilsə də elektron məhkəmə informasiya sistemində tərəflər iddiaçı və cavabdeh şəxs kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sözügedən mübahisə MPM-nin iddia icraatı qaydasında deyil, xüsusi icraat qaydasında baxılaraq həll edildiyindən tərəflər iddiaçı və cavabdeh adlandırıla bilməz. Belə olduğu təqdirdə ərizə geri qaytarılmalıdır. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Verdgi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Nümayəndə tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Verdgi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdulaşdırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-4361/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-4361/2023
06.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver