Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4368/2023 14.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra ərizəçi və ya 11 saylı Ərazi Vergilər Baş İdarəsi) maraqlı şəxs Cavabdeh (bundan sonra maraqlı şəxs və ya Cavabdeh) qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 3991,8 manat, İşsizlikdən sığorta fonduna olan 2,41 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,75 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxx 1977-ci il, Doğulduğu yer - Azərbaycan, Bərdə, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Bərdə rayonu Bərdə Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 2,41 manat, İcbari Tibbi Sığorta Fonduna 1,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 3991,8 manat olmaqla, ümumilikdə 3995,96 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********406100, xx.xx.2023-cü il tarixli **********725500, xx.xx.2023-cü il tarixli **********517500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə verərək iş üzrə məhkəmə baxışının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh iddianı qəbul edərək göstərdi ki, Bərdə Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Vergi ödəyicisi olan Bərdə rayonu X1 sığorta fonduna 2,41 manat, İcbari Tibbi Sığorta Fonduna 1,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 3991,8 manat olmaqla, ümumilikdə 3995,96 manat borcu vardır. İlin əvvəlində Dövlət Sosial Müdafiə Fonduna 45385,97 manat borcu olmuş, həmin borcun çox hissəsini ödəmişdir. Qalan borcunu qısa müddət ərizində ödəyəcəyinə söz verir. Məhkəmə maraqlı şəxsi dindirib, ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx xxxxx 1977-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 34-də qeydiyyatdadır. 24 iyul 2023-cü il tarixli **********406100 nömrəli “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayonu Bərdə Bələdiyyəsinə işsizlikdən sığorta haqqı üzrə 218 manat, faizlər üzrə 29,41 manat ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 24 iyul 2023-cü il tarixli **********517500 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayonu Bərdə Bələdiyyəsinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 17014,17 manat, maliyyə sanksiyaları üzrə 100 manat, faizlər üzrə 4765,01 manat ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 24 iyul 2023-cü il tarixli **********725500 nömrəli “İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayonu Bərdə Bələdiyyəsinə icbari tibbi sığorta haqları üzrə 145,69 manat, faizlər üzrə 2,16 manat ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. Şəxsi hesab vərəqələrindən görünür ki, Bərdə Bələdiyyəsinin adına VÖEN açılaraq vergi ödəyicisi kimi qeydiyyata alınaraq vergilər üzrə vərəqəsinə, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə şəxsi hesab vərəqəsinə, muzdla işləyənləri işə götürən sığorta edənlər, icbari tibbi sığorta üzrə şəxsi hesab vərəqəsinə dair vergi hesablamaları aparılmışdır. Hüquqi şəxs haqqında məlumatdan müəyyən olunur ki, Bərdə rayonu Bərdə Bələdiyyəsi vergi ödəyicisi kimi, Cavabdeh isə vergi ödəyicisinin rəhbəri kimi qeydiyyata alınmışdır. 25 sentyabr 2023-cü il tarixli **********900300 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh cəmi 3995,93 manat borcunu 5 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyən edildi ki, xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan Bərdə rayonu Bərdə Bələdiyyəsinin rəhbəri Cavabdeh (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna olan 3991,8 manat, İşsizlikdən sığorta fonduna olan 2,41 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1,75 manat, ümumilikdə 3995,96 manat məbləğində öhdəliyi yaranmış, lakin borclu müəyyən edilmiş müddətdə öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.3-cü maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə görə, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bərdə rayonu Bərdə Bələdiyyəsi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Bərdə rayonu Bərdə Bələdiyyəsinin rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-7.1, 355-7.3, 355-7.4, 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs Cavabdeh qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilsin. Bərdə rayonu Bərdə Bələdiyyəsinin sədri - xx.xx.1977-ci ildə Bərdə rayonunda anadan olmuş, Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 34-də qeydiyyatda olan (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi-AZE ********, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx) Cavabdeh ölkədən getmək hüququ Bərdə Bələdiyyəsinin vergi borcu ödənilənə kimi məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №e-2(021)-4368/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4368/2023
14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver