Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4526/2023 30.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair mülki işə 30 noyabr 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra İddiaçı və ya 11 saylı Ərazi Vergilər Baş İdarəsi) məhkəməyə ərizə ilə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 80 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8140,1 manat, İşsizlikdən sığorta fonduna olan 168,59 manat, İcbari Tibbi Sığorta Fonduna olan 669,44 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Cavabdeh barəsində ( Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYONUNUN QƏHRƏMANLİ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 168,59 manat, dövlət büdcəsinə 80 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 80 manat) , İcbari Tibbi Sığorta Fonduna 669,44 manat, Dövlət Sosial Müdafiə Fonduna 8139,08 manat, Cavabdeh (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1,02 manat olmaqla, ümumilikdə 9058,13 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********876900 nömrəli, xx.xx.2023-cü il tarixli **********359100 nömrəli, xx.xx.2023- cü il tarixli **********877600 nömrəli, xx.xx.2023-cü il tarixli **********878300 xx.xx.2019-cu il tarixli **********344600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. İddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə verərək iş üzrə məhkəmə baxışının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Elektron Məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh – xx.xx.1985-ci ildə Bərdə rayonu, Qəhrəmanlı kəndində anadan olmuş, Bərdə rayonu, Qəhrəmanlı kəndində yaşayır.(Ş/V: FİN xxxxxxx). 09 mart 2023-cü il tarixli, **********359100 nömrəli “vergi borcunun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin vergi borcu üzrə 0.18 manat, maliyyə sanksiyaları üzrə 80.00 manat, faizlər üzrə 0.00 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 08 may 2023-cü il tarixli, **********877600 nömrəli “İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin icbari tibbi sığorta haqları üzrə 514.80 manat, faizlər üzrə 130.68 manat borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 11 fevral 2019-cu il tarixli, **********344600 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri Cavabdeh muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 48.04 manat, maliyyə sanksiyaları üzrə 00,00 manat, faizlər üzrə 17.37 manat borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 08 may 2023-cü il tarixli, **********878300 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri Cavabdeh muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə 6.667.25 manat, maliyyə sanksiyaları üzrə 00,00 manat, faizlər üzrə 2.364.28 manat borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. 08 may 2023-cü il tarixli, **********876900 nömrəli “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişdən görünür ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri Cavabdeh işsizlikdən sığorta haqqı üzrə 128.70 manat, faizlər üzrə 34.88 manat borcunun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə bildiriş göndərilmiş, borcun alınması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə və ya icra qurumlarına müraciət edilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. Şəxsi hesab vərəqələrindən görünür ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri Cavabdeh adına VÖEN açılaraq vergi ödəyicisi kimi qeydiyyata alınaraq icbari tibbi sığorta haqları üzrə, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə və işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair vergi hesablamaları aparılmışdır. Hüquqi şəxs haqqında məlumatdan müəyyən olunur ki, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsi vergi ödəyicisi kimi, Cavabdeh isə vergi ödəyicisinin rəhbəri kimi qeydiyyata alınmışdır. 05 oktyabr 2023-cü il tarixli, **********511400 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh 9085.26 manat borcunu 5 gün müddətində ödənilməsi tələb olunmuş, qeyd olunan borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. 355-7.1.-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. 355-7.3-cü maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. 355-7.4-cü maddəsinə görə, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsi vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Bələdiyyənin sədri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü İddiaçının üzərinə düşür. Göründüyü kimi, iddiaçı 11 saylı Ərazi Vergilər Baş İdarəsi öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər İddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi məhkəməyə ərizə verərəkən dövlət rüsumunu ödəməkdən azad olunduğundan iş üzrə ödənilməli olan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.1, 355- 7.3, 355-7.4, 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi təmin edilsin. Bərdə rayon Qəhrəmanlı Bələdiyyəsinin sədri xx.xx.1985-ci ildə Bərdə rayon Qəhrəmanlı kəndində anadan olmuş, Bərdə rayon Qəhrəmanlı kəndində qeydiyyatda olan (şəxsiyyət vəsiqəsinin nömrəsi- AA*******, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx) Cavabdeh vergi öhdəliklərini yerinə yetirmədiyi üçün ölkədən getmək hüququ vergi borcunu ödəyənədək müvəqqəti məhdudlaşdırılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-4526/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4526/2023
30.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver