Məhkəmə qərarları › İş №e-2(021)-4876/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4876/2025

24.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4876/2025 24.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Aypara Adil qızının katibliyi, Cavabdeh, iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhududlaşdırılmasına dair ərizəsinə 24 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 284,64 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 18156 manat, işsizlikdən sığorta fonduna olan 722,85 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4309,68 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix - xx xxxxx 1964-cü il, doğulduğu yer - Azərbaycan, Bərdə; Yeni Əyricə kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan BƏRDƏ RAYONU MİRZƏXAN QARAQOYUN BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 4309,68 manat, Dövlət Sosial Müdafiə Fonduna 18156 manat, İşsizlikdən sığorta fonduna 722,85 manat, dövlət büdcəsinə 284,64 manat məbləğində (o cümlədən, vergilər üzrə 239,65 manat, faizlər üzrə 20,3 manat, maliyyə sanksiyası üzrə 24,69 manat) olmaqla, Ümumilikdə 23473, 17 manat borcu vardır.Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********989700, xx.xx.2025-ci il tarixli **********560200, xx.xx.2025-ci il tarixli **********239000, xx.xx.2025-ci il tarixli **********892600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Tərəflərin izahatı İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, başqa borcları da vardır, lakin halhazırda həmin borcu tam şəkildə ödəmək iqtidarında deyildir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli **********498700 saylı işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, Bərdə rayonu Mirzəxan Qarayonlu Bələdiyyəsinə xx.xx.2025-ci il tarixinə ümumilikdə 813.96 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********256000 saylı vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, Bərdə rayonu Mirzəxan Qarayonlu Bələdiyyəsinə xx.xx.2025-ci il tarixinə 307.66 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********6 saylı sərəncamdan görünür ki, 308.29 manat pul vəsaiti müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli **********0 saylı sərəncamdan görünür ki, 773.64 manat pul vəsaiti müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli **********2 saylı dondurulmalı sərəncamdan görünür ki, 35.70 manat sərəncam dondurulmuşdur. xx.xx.2025-ci il tarixli **********3 saylı sərəncamdan görünür ki, 4729.33 manat pul vəsaiti müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli **********500500 saylı bildirişdən görünür ki, Bərdə rayonu Mirzəxan Qarayonlu Bələdiyyəsinə xx.xx.2025-ci il tarixinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 13147.46 manat borcu vardır. İş materiallarına əlavə olunmuş AZE seriyalı ******** saylı xxxxxxx fin kodlu şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olmuş, Bərdə rayonu Mollaəhmədli kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli **********2 saylı bildirişdən görünür ki, Bərdə rayonu Mirzəxan Qarayonlu Bələdiyyəsinə icbari tibbi sığorta haqları üzrə xx.xx.2025-ci il tarixinə 4123.73 manat borcu vardır. xx.xx.2025-ci il tarixli xəbərnamədən görünür ki, Cavabdeh xəbərnamə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-34071/2025 saylı xəbərdarlıq haqqında məlumatdan görünür ki, 26548.33 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunur. Əks halda Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. Vergi hesabatlarının elektron mübadiləsi haqqında ərizədən görünür ki, Bərdə rayon Mİrzəxan Qarayonlu kənd Bələdiyyəsi ********** nömrə ilə vergi ödəyicisidir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İşin göstərilən halları ərizə və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1-ci və 305.1.12ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1 və 355-5.2, 355-7.3 və 355-7.4-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci və 12.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindən biridir. Həmin Məcəllənin 78.3 və 78.4-cü maddələrinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər utaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli,hüquqi şəxsin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 212-220, 227, 355, 358, 320 və 322-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Dövlət büdcəsinə olan ümumilikdə 284,64 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 18156 manat, işsizlikdən sığorta fonduna olan 722,85 manat, İcbari Tibbi Sığorta Fonduna olan 4309,68 manat, cəmi 23473.17 (iyirmi üç min dörd yüz yetmiş üç manat 17 qəpik) məbləğində borcun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan, Cavabdeh (doğulduğu tarix - xx xxxxx 1964-cü il, doğulduğu yer - Azərbaycan, Bərdə; Yeni Əyricə kəndi, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar