Məhkəmə qərarları › İş №e-2(021)-4979/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-4979/2025

24.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-4979/2025 24.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhududlaşdırılmasına dair ərizəsinə 24 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 208,82 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 15180,34 manat, İşsizlikdən sığorta fonduna olan 652,18 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2303,15 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, ÇİRAQLİ İLQAR MAQSUD OĞLU barəsində (Doğulduğu tarix xx xxxxxxx 1993-cü il, Doğulduğu yer - AZƏRBAYCAN, BƏRDƏ; MOLLALİ K., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan BƏRDƏ RAYONU MOLLALİ BƏLƏDİYYƏSİNİN (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 2303,15 manat, dövlət büdcəsinə 208,82 manat məbləğində (o cümlədən, vergilər üzrə 152,85 manat, faizlər üzrə 55,97 manat), İşsizlikdən sığorta fonduna 652, 18 manat, Dövlət Sosial Müdafiə Fonduna 15180,34 manat olmaqla, ümumilikdə 18344,49 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********418100, xx.xx.2025-ci il tarixli **********035200, xx.xx.2025-ci il tarixli **********314900, xx.xx.2025-ci il tarixli **********081300 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Vergi hesabatlarının elektron mübadiləsi haqqında ərizədən görünür ki, Bərdə rayon Mollalı kənd Bələdiyyəsi ********** nömrə ilə vergi ödəyicisidir. xx.xx.2025-ci il tarixli **********7 saylı sərəncamdan görünür ki, 16125.12 manat məbləğində vəsait müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli **********7 saylı sərəncamdan görünür ki, 208.82 manat məbləğində vəsait müəyyən olunmuşdur. xx.xx.2025-ci il tarixli **********0 saylı icbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki,xx.xx.2025-ci il tarixinə Bərdə rayon Mollalı Bələdiyyəsinin 2620.82 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********5 saylı işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, Bərdə rayon Mollalı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixinə 748.66 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********9 saylı sərəncamdan görünür ki, 2620.82 manat məbləğində pul sərəncam vasitəsilə tutulmuşdur. xx.xx.2025-ci il tarixli **********6 saylı sərəncamdan görünür ki , 748.66 manat məbləğində pul sərəncam vasitəsilə tutulmuşdur. Mülki iş materialların əlavə olunmuş şəxsiyyət vəsiqəsinin məlumtlarından görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. Bərdə rayonu Mollalı kəndində qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 3-21-2-8/2-35628/2025 saylı ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, 21426.42 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunur, əks halda Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəkdir. xx.xx.2025-ci il tarixli **********7 saylı vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, Bərdə rayon Mollalı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixinə 203.23 manat borcu vardır. xx.xx.2025-ci il tarixli **********7 saylı muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburu dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair bildirişdən görünür ki, Bərdə rayon Mollalı Bələdiyyəsinin 18805.31 manat borcu vardır. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İşin göstərilən halları ərizə və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1-ci və 305.1.12ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1 və 355-5.2, 355-7.3 və 355-7.4-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci və 12.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindən biridir. Həmin Məcəllənin 78.3 və 78.4-cü maddələrinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, hüquqi şəxsin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 212-220, 227, 355, 358, 320 və 322-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Dövlət büdcəsinə olan ümumilikdə 208,82 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 15180,34 manat, İşsizlikdən sığorta fonduna olan 652,18 manat, İcbari Tibbi Sığorta Fonduna olan 2303,15 manat məbləğində, cəmi 18344.49 (on səkkiz min üç yüz qırx dörd manat 49 qəpik) manat borcun ödənilməsini təmin etmək üçün icra orqanının rəhbəri olan, Cavabdeh (Doğulduğu tarix xx xxxxxxx 1993-cü il, Doğulduğu yer - AZƏRBAYCAN, BƏRDƏ; MOLLALİ K., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar