Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-704/2022 15.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəmə-sinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 sentyabr 2019-cu il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri Həsən Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Vaz 21705” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobil, “BMV 325 İ” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avto-mobillə toqquşmuşdur. “Vaz 21705” Markalı **-NE-*** Dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 11 may 2019cu il tarixindən 11 may 2020-ci il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 25 oktyabr 2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 1200.00 manat iddiaçı tərəfindən zərər çəkmiş şəxs X1 hesabına ödənilmişdir. Nərimanov RPİ-nin DYPŞ tərfindən 07 oktyabr 2019-cu il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Nərimanov RPİ-nin DYPŞ-nin 10 oktyabr 2019-cu il tarixli , 078-28967 saylı UNH-nin təfərrüatları barədə arayışından və Nərimanov RPİ-nin DYPŞ-nin 07 oktyabr 2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Aslanov X2 Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan iddialar (kiçik iddialar) üzrə işlərə ... sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan PXA ********** saylı sığorta müqaviləsindən müəyyən olunur ki, Aslanov Sübhan Rafiq oğlunun idarə etdiyi “VAZ 21075” markalı ** NE *** dövlət qeydiyyat nişanlı avtomaşın "xxxx" Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. İş materiallarında olan kassa məxaric orderinin surətindən müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 1200 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Nərimanov rayonu, RPİ DYPŞ tərəfindən tərtib edilmiş ******* nömrəli protokolun surətindən müəyyən olunur ki, Cavabdeh 27 sentyabr 2019-cu il tarixdə 1.3 üfüqü nişanlama xəttinin tələbini pozub nəzərdə tutulmuş istiqamətdə dönmə əməliyyatı edən BMV markalı ** BB *** nömrəli avtomobillə toqquşmuşdur. İş materiallarında olan sığorta aktının surətindən müəyyən olunur ki, “BMV 325i markalı 99 BB325 dövlət qeydiyyat nişanlı avtomobilə 1200 manat maddi ziyan dəymişdir. İş materiallarında olan avtomobillərin texniki xidməti Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktının surətindən müəyyən olunur ki, BMV 325 markalı avtomobilə ehtiyat hissələri üzrə dəymiş ziyan cəmi 500 manat, işçilik isə 700 manat, cəmi 1200 manat qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1200 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat borc və 32 (otuz iki) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(021)-704/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-704/2022
15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver