Məhkəmə qərarları › İş №e-2(021)-77/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-77/2024

01.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-77/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pənəcərələrin cavabdehin öz hesabına hörülməsinə, inşa edilmiş evin damından onun həyətinə olan hissədə qurşadırılmış su novalçılarınınyəni cavabdehin evinin damından onun həyətinə tökülən yağış sularının qarşısının alınmasına, cavabdehin tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər iddiaçının hesabına sökülərək, onların həmin yoldan avtomobillə keçidə (giriş çıxışımıza) imkan verilməsi, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızının, ünvan 1 ünvanında verləşən, ümumi sahesi 98.90 kvm olan, DƏDRX tərəfindən verilmiş QN********** olan, DƏR nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin qonşuluğunda tikdirdiyi fərdi yaşayış evinin onun evinin qarşısına açılan bütün pənəcərələrinin tikilisinin dayandrılmasına və həmin pənəcərə yerlərinin cavabdehin öz hesabına hörülməsinə və eyni zamanda Cavabdeh onun evinə gələn, ümumi istifadədə olan yolun-ensiz dar cığırın daha çox daraldılmasına və həmin yoldan onun üçün istifadəni imkansız edən tikinti işlərinin dayandırılmasına, bununla bağlı Cavabdeh etdiyi qanunsuz hərkətlərinə qadağan qoyulmasına və onun evinə gələn, ümumi istifadədə olan yolun darlaması üçün aparılmış tikillərin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.90kvm olan fərdi yaşayış evi, DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, reystr nömrəsi **********33-10301 olan, xx.xx.2021-ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus mülkiyyətdir. Onunla qonşu olan, Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızı öz həyətindən tikdirdiyi fərdi yaşayış evinin arxa pənəcərlərini düz onun həyətinə -evinin qarşısına açılan şəkildə qoymuşdur. Dəfələrələ Cavabdeh öz evinin pənəcərlərinin bu şəkildə qoyulmasının onun şəxsi həyatının, eyni zamanda onun həyətinə, evinin qarşısına açılan pənəcərinin qəbul edilmiş birgə yaşayış qaydalarına uyğun olaraq da ailə həyatı qaydları baxımından da düzgün olmadığını izah etmiş olsa da, lakin təssüf ki, Cavabdeh buna məhəl qoymur və tikilini davam etdirir. Cavabdeh bu hərəkəti həmçinin mənim mülkiyyətindən öz arzu və mülahizələrinə uyğun şəkildə sərbəst istifadə etməyinə birbaşa müdaxilədir və qəbul edilmzədir. Çünki mülkiyyət hüququnun təminatı həm də şəxsi həyatın toxunlmazlıq hüququ ilə sıx bağlıdır. Belə ki, o, öz evində- həyətində sərbəst istairahət edə bilmək imkanından məhrum edilmiş olur bu halda. Lakin Cavabdeh bu cür prinsipal hüquqi məsələləri diqqətə almadan onun evinə açılan pəncərələrin tikilisini davam etdirir. Ancaq Cavabdeh təkcə ona qaşı qonşuluq hüquqnun pozulmasını qeyd etdiyi məsələ ilə bağlı olmur. Cavabdeh həmçinin onun evinə gələn, ümumi istiifadədə olan yollarını da daraltmaqla mə şğuldur. Belə ki, Cavabdeh onun evinə gələn dar ensiz cığır yolu əsassız yerə tikdiyi daş hasarla zəbt edib daraldaraq, indi də özünün həyət qapısını- darvazasını tam onun evinə gələn cığıra-ensiz yola tərəf çəkərək onun üçün evinə girib çıxa biləcək həm kiçik minik maşınlarının və həm də yükdaşıyan nəqliyyat vasitələrinin hərəkətlərini məhdudlaşdırır. Cavabdehin onların evinə, həyətə baxan pənəcərələrinin bağlanması onun evinin otaqlarının işıqlanmadan və havalanmadan məhrum etmir. Çünki qeyd etidiyi kimi cavabdehin, bağlanamsını tələb etdiyim pənəcərlərin aid olduğu otaqlarıının başqa pənəcərləri vardır və cavabdeh həmin digər pənəcərlərdən sərbəst olaraq istifadə edə bilir. Odur ki, onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu yoxdur. Daha sonra İddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək, cavabdeh Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızının, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kv.m olan, DƏDRX tərəfindən verilmiş QN********** olan, DƏR nömrəsi **********33-10301 olan, xx.xx.2021- ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin qonşuluğunda ara (şərikli) divar ləğv olunmaqla qanunsuz inşa edilmiş, evin onun evinin qarşısına, bilavasitə onun həyətinə açılan pənəcərələrinin cavabdehin öz hesabına hörülməsinə, inşa edilmiş evin damından onun həyətinə olan hissədə qurşadırlmış sunovalçıların tikinti uyğunluğunun təmin olunmasına, Cavabdeh tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər onun öz hesabına sökülərək, onun həmin yoldan avtomobillə keçidə (giriş-çıxışlarına) imkan veriləcək servitut təyin olunmasına, (icazənin verilməsinə), bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneə törədilməsinə qadağa qoyulmasına və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə qətnamə qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin artırılmasına dair ərizə verərək, cavabdeh Bərdə rayon Alpoud kəndində yaşayan Cavabdeh Rzaquli qızının, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kv.m olan, DƏDRX tərəfindən verilmiş QN********** olan, DƏR nömrəsi **********33-10301 olan, xx.xx.2021- ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin qonşuluğunda ara (şərikli) divar ləğv olunmaqla qanunsuz inşa edilmiş, evin onun evinin qarşısına, bilavasitə onun həyətinə açılan pənəcərələrinin cavabdehin öz hesabına hörülməsinə, inşa edilmiş evin damından onun həyətimə olan hissədə qurşadırlmış su novalçılarının-yəni cavabdehin evinin damından onun həyətimə tökülən yağış sularının qarşısının alınmasına, Cavabdeh tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evimə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər onun hesabına sökülərək, onların həmin yoldan avtomobillə keçidə (giriş çıxışımıza) imkan veriləcək servitut təyin olunmasına (icazənin verilməsinə); bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneə törədilməsinə qadağa qoyulmasına və məhkəmə üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilmsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin pəncərələrin bağlanması, iddiaçının evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər iddiaşının hesabına sökülərək, həmin yoldan avtomobillə keçidə (giriş çıxışımıza) imkan veriləcək servitut təyin olunmasına (icazənin verilməsinə); bununla bağlı Cavabdeh tərəfindən hər hansı maneə törədilməsinə qadağa qoyulması hissəsində qəbul etmədiyini bildirərək, həmin hissədə iddianın rədd olunmasını xahiş etdi. O, həmçinin bildirdi ki, gələcəkdə inşa edilmiş evin damından iddiaçının həyətinə olan hissədə qurşadırlmış su novalçılarının iddiaçının həyətinə yağış sularının tökülməməsi üçün qarşısını alacaqdır. Məhkəmə işdə iştirak eddən şəxsləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlаvə edilmiş xx.xx.2021-ci il tarixli Alqı-satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, X3 mülkiyyətində olan ünvan 2 ünvanında 0.0350 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evini İddiaçı satmışdır. Mülki işə əlаvə edilmiş qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********33-10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.033210 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Mülki işə əlаvə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********33-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında 0.03321 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdır. Mülki işə əlаvə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********12-10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdehdır. Mülki işə əlаvə edilmiş qeydiyyat tarixi xx.xx.2015-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********12-10301 olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0.0079 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 58.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10\586 saylı ekspert rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanlarda yerləşən, eni 11,0 m, uzunluğu 13,0 m, hündürlüyü isə 10,0 m hündürlüyündə olan tikilinin inşaası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160No-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərinə riayət olunmadığı müəyyən edilmişdir. (Ekspert xərci 100 AZN) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-3820/2023 saylı, 13 dekabr 2023-cü il tarixli mülki işi üzrə İddiaçı X1 Cavabdeh qarşı qonşuluq hüququnun pozulmasına və ümumi istifadədə olan yolun daralmasına səbəb olan hərəkətlərin qarşısının alınması tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 02 dekabr 2023-cü il tarixli 2(021)-3820/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsi, onun faktiki istifadə etdiyi torpaq sahəsinin mübahisəli hissəsindəki koordinatları daxilində yerləşir və sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə edir. Mübahisəli köhnə hasar, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsinin sərhəddindən kənarda yerləşdiyindən, rəsmi sənədlərə əsasən qonşu İddiaçı məxsus 0.033210 ha torpaq sahəsinə gedən yolun daralmasına səbəb olur. (rəy üzrə 95 manat iddiaçı tərəfindən ödəniş edilmişdir). Məhkəmə tərəfindən həyata keçirilmiş xx.xx.2022-ci il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 2 ünvanında 0.033210 ha olan torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur. Həmin mülkün qonşuluğunda Cavabdeh istifadəsində olan torpaq sahəsi yerləşir. Həmin torpaq sahəsində Cavabdeh fərdi yaşayış evi inşa etdirir. Həmin fərdi yaşayış evi 2 mərtəbəli olmaqla dam örtük vurulmayıb. Cavabdeh tikdirdiyi fərdi yaşayı evi ilə iddiaçıya məxsus torpaq sahəsi arasında hər hansı bir hasar çəkilməmişdir. Cavabdeh tikdirdiyi fərdi yaşayı evinin 2 pəncərəsi iddiaçıya məxsux həyətə və fərdi yaşayış evinə baxır. Həmçinin müəyyən edildi ki, iddiaçıya məxsus torpaq sahəinə avtomobil, yanğınsöndürmə və s minik maşınlarının girişi məhduddur. Belə ki, beton töküntü mövcuddur ki, həmin beton töküntünü cavabdeh hesab edir ki, onun mülkiyyətində tikilib və onun torpaq sahəsini küçə hissəsindən ayırır. Sökülməsinə qəti etiraz edir ki, əgər söküləcəksə yeni çəkiləcək hasar onun mülkiyyətinə müdaxilə ola bilər. Mülki işə əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il16(021)- 15/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “müvəqqəti təminat tədbiri”nə dair ərizəsi təmin olunaraq Bərdə rayonu, Alpoud kəndində yaşayn Cavabdeh ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 98.90 kv.m olan, DƏDRX tərəfindən verilmiş QN ********** olan, DƏR nömrəsi **********33-10301 olan, 04 oktyabr 2021-ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evinin qonşuluğunda tikdirdiyi fərdi yaşayış evinin onun evinin qarşısına açılan pəncərələrinin tikilisi və eyni zamanda Cavabdeh onun evinə gələn, ümumi istifadədə olan yolun-ensiz dar cığırın daha çox daraldılmasına və həmin yoldan onun üçün istifadəni imkansız edən tikinti işləri dayandırılması və bununla bağlı Cavabdeh etdiyi qanunsuz hərəkətlərinə qadağa qoyulması qərara alınmışdır. Məhkəmə tərəfindən növbəti dəfə mütəxəsissin iştirakı ilə həyata keçirilmiş xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, cavabdeh Bərdə Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il16(021)-15/2022 saylı qərardadına əməl etməmiş, tikinti işlərini davam etdiərək fərdi yaşayış evinin dam örtüyün də vurmuş, iddiaçının həyətinə baxan istiqamətdə 2 yerdə su novalçalarını vurmamış, lakin digər hissələrə su novalçası quraşdırmışdır. Bunun nəticəsində yağış sularının iddiaçının həyətinə qəsdən axıdılması üçün şərait yaratmışdır. Mülki işə əlаvə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 98.90kvm olan fərdi yaşayış evi DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, reystr nömrəsi **********33-10301 olan, 04. 10. 2021-ci il tarixli Çıxarışla xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus mülkiyyətdir. Onunla qonşu olan, Cavabdeh Rzaquli qızının istifadəsində olan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin pənəcərləri iddiaçının həyətinə baxır. Qonşular arasında arakəsmə hörgüsü yoxdur. Həmçinin iddiaçıya məxsus torpaq sahəsinə yanğınsöndürmə və minik maşınlarının girişi məhduddur. Belə ki, beton töküntü mövcuddur ki, həmin beton töküntünü cavabdeh hesab edir ki, onun mülkiyyətində yerləşir və onun torpaq sahəsini küçə hissəsindən ayırır. Sökülməsinə qəti etiraz edir ki, əgər söküləcəksə onun mülkiyyətinə müdaxilə ola bilər. Həmçinin müəyyən olunur ki, cavabdeh fərdi yaşayış evinin dam örtüyün də vurmuş, iddiaçının həyətinə baxan istiqamətdə 2 yerdə su novalçalarını quraşdırmamış, lakin digər iddiaçının həyətinə düşməyən hissələrə su novalçası quraşdırmışdır. Bunun nəticəsində yağış sularının iddiaçının həyətinə qəsdən axıdılması üçün şərait yaradılmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi “pənəcərələrin cavabdehin öz hesabına hörülməsinə, inşa edilmiş evin damından onun həyətinə olan hissədə quraşdırılmış su novalçalarınının-yəni cavabdehin evinin damından onun həyətinə tökülən yağış sularının qarşısının alınmasına, cavabdehin tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər iddiaçının hesabına sökülərək, onların həmin yoldan avtomobillə keçidə (giriş çıxışlarına) imkan verillməsi və bunlarla bağlı cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması” tələbindən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 1 3 - c ü mаddəsinə əsаsən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 2 9 - c u mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10\586 saylı ekspert rəyini və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10\586 saylı ekspert rəyindən görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanlarda yerləşən, eni 11,0 m, uzunluğu 13,0 m, hündürlüyü isə 10,0 m hündürlüyündə olan tikilinin inşaası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160No-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1. və 4.2. bəndlərinə riayət olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsi, onun faktiki istifadə etdiyi torpaq sahəsinin mübahisəli hissəsindəki koordinatları daxilində yerləşir və sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarına uyğun naturada istifadə edir. Mübahisəli köhnə hasar, Cavabdeh Texniki pasportla fərdi yaşayış evinə verilmiş 0.0079 ha torpaq sahəsinin sərhəddindən kənarda yerləşdiyindən, rəsmi sənədlərə əsasən qonşu İddiaçı məxsus 0.033210 ha torpaq sahəsinə gedən yolun daralmasına səbəb olur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160No-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının» 4.1-ci bəndinə əsasən, sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən, şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (FHN) həyata keçirir. Məhkəmə qeyd edilən məcəllənin normalarına cavabdeh tərəfindən riayət edilibetməməsi barədə soruşmuş, cavabdeh isə hər dəfə bildirmişdir ki, “mənə kim neyniyəcək ki, tikdirmişəm sənədimidə alacam”. Yəni məhkəməyə məlumatlandırılma icraatı çərçivəsində hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə tikili özbaşınatikili hesab hesab edilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə qeyd edir k, iddia tələbinin “pənəcərələrin cavabdehin öz hesabına hörülməsi” hissəsində iddia təmin olunmalıdır. Belə ki, yerli baxış zamanı da müəyyən olundu ki, həmin pəncərələr bir başa iddiaçının həyətinə baxır. Bu isə qonşuluq normalarına zidd olmaqla yanaşı, iddiaçının şəxsi həyatına da müdaxilə kimi qiymətləndirilə bilər. Ona görə də iddia tələbi “pənəcərələrin cavabdehin öz hesabına hörülməsi” hissəsində iddia tələbi təmin olunmalıdır. Bundan başqa iddia tələbinin evin damından iddiaçının həyətinə olan hissədə qurşadırılmış su novalçılarının-yəni cavabdehin evinin damından onun həyətimə tökülən yağış sularının qarşısnın alınması hissəsində də tələb təmin olunmalıdır. Yerli baxış zamanı müəyyən edildi ki, cavabdeh qəsdən yağış sularının iddiaçının həyətinə axıdılması üçün zəmin yaratmışdır. Baxmayaraq ki, Cavabdeh məhkəməyə bildirmişdir ki, həmin halı gələcəkdə aradan qaldıracaq, lakin hazırkı vəziyyətdə cavabdeh bu tikinti normalarına əməl etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “cavabdehin tikdirdiyi qanunsuz inşa etdiyi tikilinin yanından onun evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın ümumi istifadədə olan torpaq sahəsinə qədər iddiaçının hesabına sökülərək, onların həmin yoldan avtomobillə keçidə (giriş çıxışlarına) imkan verilməsi” hissəsində də tələb təmin olunmalıdır. Belə ki, iddiaçı öz həyətinə nəinki minik avtomobil ilə, hətta yanğın olarsa belə yanğısöndürmə maşınının da girişi qeyri-mümkündür. Həmin beton tökülü müəxəsis rəyinə əsasən cavabdehin mülkiyyətinə düşmür. Lakin beton tökülü cavabdehi küçə ilə sərhəddini müəyyən edir ki, bu da iddiaçının həyətinə ensiz giriş yolu yaradır. İddiaçı həmçinin tələbində öz hesabına sökülməsini istəyir ki, təki yolu enlənsin, lakin cavabdeh ona sökülməsinə maneə olur. Məhkəmə hesab edir ki, iddia tələbi də həmin hissədə təmin olunmalıdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsinə əsasən, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya münasibətdə davranışında qeyd edilən normalar özünü büruzə verir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manaat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Tikinti-texniki obyektlərin Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehdən qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Mütəxəsiss rəyi üzrə iddiaçı tərəfindən ödənilmiş 95 manat məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə tərəf baxan iki pənəcərələr Cavabdeh hesabına bağlanılsın. ünvan 3 ünvanında yerləşən cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin inşa edilmiş damından iddiaçının həyətinə təfər olan iki hissədə quraşdırılmış su novalçılarının-yəni cavabdehin evinin damından iddiaçının həyətinə tökülən yağış sularının qarşısının alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus həyətyanı torpaq sahəsinə daxil olması üçün evinə gələn yoldan istifadəni imkansız edən daş hasarın İddiaçı hesabına sökülməsinə Cavabdeh tərəfindən edilən qeyri-qanuni hərəkətlərinə son qoyulsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Tikinti-texniki obyektlərin Ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Mütəxəssi rəyi üzrə ödənilən 95 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar