Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-87/2025 19.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümaəndəsi (vəkili) Nümayəndə, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və nümayəndəsi (vəkili) X5 iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “evdən çıxarılma tələbinə dair” ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “mənzilə köçürülmə və pul tələbinə dair” qarşılıqlı iddiası üzrə mülki işə 19 avqust 2025-ci il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Cavabdeh iki övladı ilə birgə, mülkiyyət hüququ ona məxsus olan ümumi sahəsi 69.1 kvm, yaşayış sahəsi 27.7 kvm, iki otaqlı, bir mərtəbəli ünvan 1 ünvanında yerləşən evdən çıxarılması, ödənilmiş 51 manat mediasiya dair rüsumunun və 50 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbinin əsası İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh oğlu ilǝ 19 iyul 2006-cı il tarixli 475 qey nikahı Bərdə rayon məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(021)- 118412021 saylı qətnaməsi ilə pozulmuşdur. Buna baxmayraq Cavabdeh məhkəmə qətnaməsi olmadan özbaşına şəkildə mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1-də onun iradəsinin əleyhinə məskunlaşıbdır. Cavabdeh artıq onun ailə üzvü deyil və o özbaşına onun mənzilində məskunlaşmaqla bir mülkiyyətçi olaraq onun mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Cavabdeh oğlunun sabiq həyat yoldaşı olaraq ona məxsus mənzildən çıxmağı məqsədi ilə Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməkdən başqa Çıxış yolu qalmamışdır. Qarşılıqlı iddia üzrə tələb Qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddianın rədd edilməsi və onun qarşılıqlı iddiasının təmin edilərək cavabdeh övladları xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X11 ilə birgə gəlin köçdüyü Bərdə rayon Ü.Hacıbəyov ev 47 mənzil 31 saylı evə övladları ilə birgə köçürülməkləri, ünvan 2 ünvanına çəkdiyi 13000 manat xərcin və 234 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsası Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh (ilkin iddiaçı) İddiaçı ona qarşı Bərdə məhkəməsində evdən çıxarılma tələbinə dair iddia qaldırmışdır. Məhkəmə hazırlıq iclası xx.xx.2023 -ci il tarixə saat 14:10 təyin edilmişdir. İddianı qəbul etmir.Hazırda iki azyaşlı uşağının yaşayış yeri yoxdur. Ona görə də hesab edir ki, gəlin köçdüyü evə 2 azyaşlı övladları ila köçürülməlidir. Amma indi cavabdeh onu gəlin köçdüyü evdən uşaqları ilə yaşamaqdan məhrum etmək istəyir. İddiası təmin edilərək uşaqları ilə birgə gəlin köçdüyü və daimi qeydiyatda olduğumuz Bərdə rayon Ü.Hacıbəyov ev 47 mənzil 31-də olan evə köçürülməyinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. 2006-ci ildən sözgedən evə gəlin köçüb və son illərə kimi orda yaşayıb. Sonra öz aralarında şifahi razılaşıblar ki, hazırda yaşadığı evi onlara alıblar orda yaşamalıdırlar. İndi isə orda yaşamaqdan da onları məhrum etmək istəyirlər. Ona görə də hesab edir ki, gəlin köçdüyü evə övladlarımla birgə köçürülüb yaşamalıdır. Əgər o çıxarılazsa bəs azyaşlı uşaqlarıhara çıxmalıdır. onların başqa yaşayış yeri yoxdur. Hətta medasiya şurasına müraciət edib. Cavabdeh gəlmədi ona görə də medasiyada mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyətində qalıb. Bu barədə mediasiya şurasına etidiyi müraciətə görə xx.xx.2023-ci il tarixdə ******* saylı rəsmi arayış verilmişdir ki məhkəməyə müraciət etsin. Hesab edir ki, ilkin iddia rədd edilməlidir onun qarşılıqlı iddiam təmin edilməlidir. Amma indi cavabdeh (ilkin iddiaçı) onu gəlin köçdüyü evdən uşaqları ilə məhrum etmək istəyir. Ümumilikdə iddianı qəbul etmir. İlkin iddia rədd edilməli onun qarşılıqlı iddiası təmin edilərək uşaqları ilə birgə cavabdehin yaşadığı evə köçürülməyinə dair məhkəmə qətnaməsinə ehtiyacı vardır. Beləki, cavabdehin (ilkin iddiçının) Bərdə rayon E.Əsədov küç ev 16 mən 2-dəki evdən çıxarılma tələbinə dair iddia əsassızdır. Həmin evə öz razılıqları ilə köçüb yaşayıb. Həmin evdə tikili və abadlıq təmir işləri aparıb. Həmin xərci çəkdiyimi təsdiq edən iş görən usta və fəhlələr məhkəmədə şahidlik edərək təsdiq edəcəklər ki, o o xərci çəkib. Həmin təmir və tikintiyə aşağıdakı adda xərc çəkib. Bərdə şəhər E.Əsədov küç 16 mon. 2 ünvanda yerləşən mənzilin təmiri üçün çəkilmiş xərcin qiymətləndirilməsi: ünvan 4 ünvanda yerləşən mənzilin təmiri üçün usta xərci ilə birlikdə çəkilmiş xərc Mənzilin təmiri üçün alınmış materialların cəmi dəyəri 10000 manat Usta xərci 3000 manat Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Tərəfin izahatı Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə bildirdi ki, cavabdeh çəkilmiş xərclərlə bağlı sübut təqdim edə bilməmişdir. Onun çəkilmiş xərclərlə bağlı müxtəlif vaxtlarda vermiş olduğu izahatlar və təqdim etmiş olduğu sübutlar bir-birini təkzib edir. Bu o, səbəbdən irəli gəlir ki, onun dedikləri yalandır. Evin əsaslı və yaxşılaşdırma xərcləri müəyyən dövrilikdə zamanzaman İddiaçı və onun mərhum həyat yoldaşı tərəfindən icra edilmişdir. Hesab edir ki, ilkin iddia tələbi mülkiyyət hüququna əsaslanır. Bu mülkiyyətçinin dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının oğlu ilə bağlanmış nikah pozulmuşdur. Hal-hazırda tərəflər qohum deyildirlər. Odur ki, ilkin iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) X12 qeyd etdi ki, cavabdeh tərəfindən yaxşılaşdırma xərcləri tərəflərin nikah dövründə çəkilmişdir. Bu barədə onlar tərəfindən sübutlar məhkəməyə təqdim edilmişdir. Bu barədə qiymətləndirmə aparılmış, müvafiq rəy məhkəməyə daxil olmuşdur, qarşılıqlı iddianı müdafiə edərək ilkin iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, ilkin iddia və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə və qarşılıqlı iddiaya müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli MŞG1/MT007/2023-03066 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Bərdə Rayon Məhkəməsnin xx.xx.2021-ci il tarixli 2(021)-1184/2021-ci il tarixli qətnaməsindən görünür ki, X17 ilə X18 arasında nikah pozulmuş, azyaşlı uşaqlar X7 himayəsində saxlanılmış, uşaların saxlanılması üçün hər ay 280 manat aliment X6 tutularaq X9 ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli 7 saylı Bərdə Ərazi İdarəsinin **********17-05101-093001 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ev İddiaçı məxsudur. Daşınmaz Əmlakın dövət reyestrində 90 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışdan görünür ki, İddiaçı Bərdə şəhəri Elçin Əsədov küçəsi ev 16, mənzil 2 də yerləşən 69.1 kv.m xüsusi mülkiyyət hüquqlu mənzili vardır. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 130 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. AA seriyalı ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1988ci ildə anadan olmuşdur. Bərdə şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2023-cü il tarixli 5122 sayl arayışdan görünür ki, X1 Hacıbəyov küçəsi 47/3 saylı evdə yaşayır. AZ-İ 384837 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görübür ki. X18 ilə X17 arasında bağlanmış nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. 06 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzilin təmiri üçün 13000 manat xərclənmişdir. xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1035/2024 saylı 7 saylı Bərdə Ərazi İdarəsinin məktubuna əsasən Bərdə şəhər Ü.Hacıbəyov küçəsi 47/31 saylı mənzilə dair o cümlədən xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın veilməsinə səbəb olmuş 4Ə- 268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünü ki, X2 şəhəri Ü.Hacıbəyov küçəsi 47 nömrəli binada yerləşən 4 otaqlı 78,42 kv.m ümumi sahəsi 50.4 kv.m yaşayış, 28.36 kv.m yardımçı sahəsi olan 31 nömrəli mənzilini oğlu X4 bağışlamışdır. AZ-İİ 248452 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022ci ildə vəfat etmişdir. xx.xx.2014-cü il tarixli 7 saylı Bərdə Ərazi İdarəsinin **********17-05101-093001 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən ev X4 məxsudur. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 419/E saylı mütəxəssis rəyindən görünür ki, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış ünvan 8 ünvanda yerləşən mənzilin divarın ağardılması, giriş qapısı və quraşdırılması, elektrik təhcizatı sistemi, artırmanın üstü, salona betonun tökülməsi, mətbəx mebeli, mətbəxin kafelləri, otaqların qapısı və quraşdırılması, otaqların və artırmanın pəncərələri və quraşdırılması xərcləri 11000 manat təşkil edir. Tətbiq edilən hüquq Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərara əsasən istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mülki Məcəllə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Məhkəmənin mövqeyi İş materiallarına əsasən, ünvan 9 ünvanında yerləşən 2 saylı mənzil qanun üzrə vərəsəlik haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən vəfat etmiş X3 vərəsəlik qaydasında tam hissədə İddiaçı mülkiyətinə keçmişdir. Bu barədə İddiaçı adına xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarış əldə edilmişdir. Hal-hazırki ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı oğlu X18 ailə həyatı qurmaqla rəsmi nikahda olmuşdur. Onlar arasında olan nikah Bərdə rayon məhkəməsinin 2(021)-1184/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. ünvan 9 ünvanında yerləşən 2 saylı mənzilə mülkiyyət hüququ 2014-cü il tarixdə mərhum X8 tərəfindən əldə edilmişdir. 2006-cı il tarixdə Cavabdeh ünvan 10 ünvanında yerləşən 31 saylı mənzilə gəlin köçmüşdür. Son vaxtlara qədər həmin ünvanda yaşamışdır. Qeyd olunmaldır ki, mübahisəli mənzillər üzərində Cavabdeh və övladlarının istifadə hüquqları yoxdur. ünvan 9 ünvanında yerləşən 2 saylı mənzilə çəkilmiş xərclərə dair qarşılıqlı iddia əsaslı deyildir. Belə ki, evə çəkilmiş xərclərə dair məhkəmə tərəfindən qiymətləndirmə və ekspertizalar təyin edilsə də, çəkilmiş xərclərə nəzər salan zaman müəyyən olunur ki, həmin xərclər adi yaşayış qaydasında evdə birgə yaşayışı realizə edən tərəflərin zəruri çəkməli olduğu xərclər sırasına daxildir. Bu kimi xərclər zaman aşımında köhnələməyə məruz qalaraq əhəmiyyətini itirir. Bu səbəbdən həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməli, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir. Cavabdeh iki övladı: xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X15 ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ümumi sahəsi 69.1 kv.m olan ünvan 11 ünvanında yerləşən 2 saylı mənzildən çıxarılmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qətetdi:
İlkin iddia təmin edilsin. Cavabdeh iki övladı: xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2012-ci il təvəllüdlü X15 ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ümumi sahəsi 69.1 kv.m olan ünvan 11 ünvanında yerləşən 2 saylı mənzildən çıxarılsınlar. Ödənilmiş 50 manat mediasiya ödənişi və 50 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən ödənilmiş 180 manat dövlət rüsumu onun özünə aid edilsin. Mütəxəssis xidmətinin dəyəri olan 300 (üç yüz) manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-yə məxsus “Kapital Bank” AZ84AİİB**********0185017104 saylı hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev