Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № e-2(021)-880/2024 08.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi ilə, İddiаçı İddiaçı cavabdeh və maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzinin notariusu X2 qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi”nə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X5 Bərdə rayon Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı ilə Bərdə rayonu Mollalı kəndində ayrılmış 1.22 ha torpaq sahəsinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, ərizəçi tərəfindən mirasla bağlı məsələ məhkəmədən kənar həll edildiyi üçün mülki işi baxılmamış saxlayaraq, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh və maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzinin notariusu X2 məhkəmənin yeri və vaxtı barədə məlumat verilmiş, lakin o, məhkəmədə iştirak etməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə işə cavabdeh və maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzinin notariusu X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizələri və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh və maraqlı şəxs Bərdə regional ASAN Xidmət Mərkəzinin notariusu X2 qarşı “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı xx.xx.2024-cü il tarixli, **********57 saylı AsanPay ödəniş qəbzi ilə Bərdə Rayon Məhkəməsinin xeyrinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-880/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №e-2(021)-880/2024
08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver