Məhkəmə qərarları › İş №e-2(021)-942/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-942/2025

06.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-942/2025 06.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi borcunun ödənilməsini təmin etmək üçün Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 39,42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2003,78 manat, İşsizlikdən sığorta fonduna olan 364,13 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1295,81 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi tələbini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2 manat, İcbari Tibbi Sığorta Fonduna 22 manat, Bərdə Rayonu Hüseynalılar Bələdiyyəsinin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1295,59 manat, Dövlət Sosial Müdafiə Fonduna 2003,58 manat, dövlət büdcəsinə 39,42 manat məbləğində (o cümlədən, maliyyə sanksiyası üzrə 39,42 manat), İşsizlikdən sığorta fonduna 364,13 manat olmaqla, ümumilikdə 3703,14 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********584100, xx.xx.2024-cü il tarixli **********813900, xx.xx.2024-cü il tarixli **********436500, xx.xx.2024-cü il tarixli **********566700, xx.xx.2023-cü il tarixli **********814600, xx.xx.2024-cü il tarixli **********160200 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Ona görə də, hüquqi şəxsin vergi borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Elnur Teymurov məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş hüquqi şəxs haqqında məlumatdan görünür ki, Bərdə rayon Hüseynalılar Bələdiyyəsinin əsas fəaliyyət növü “yerli özünüidarəetmə orqanlarının fəaliyyətidir”. Rəhbəri Cavabdehdur. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən hüquqi şəxs Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli İcbari Tibbi Sığorta haqları üzrə borcun ödənilməsinə dair, xx.xx.2024-cü il tarixli İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair, xx.xx.2024-cü il tarixli Muzdlu və qeyrimuzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair, xx.xx.2024-cü il tarixli Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair, xx.xx.2023-cü il tarixli Vergi borcunun ödənilməsinə dair və xx.xx.2024-cü il tarixli İcbari Tibbi Sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişlərdən görünür ki, yaranmış vergi borclarının 5 gün müddətinə ödənilməsi tələb olunmuşdur. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsi tərəfindən hüquqi şəxs Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh cəmi 10946,26 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunmuşdur. Borc ödənilmədiyi halda onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1966-cı il tarixdə Bərdə rayonu Hüseynallar kəndində anadan olmuşdur, Bərdə rayonu Hüseynallar kəndində qeydiyyatdadır. (AZE ********) Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələb olunan Cavabdeh cəmi 10946,26 manat məbləğində vergi borcu vardır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi vergi borcu üzrə bildiriş göndərməklə yaranmış vergi borcunun 15 gün müddətinə ödənilməsini tələb etməsinə baxmayaraq Cavabdeh vergi borcunu müəyyən edilmiş vaxtda ödəməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra Vergi Məcəlləsinin) 16.1.1-ci maddəsinə əsasən qanunla qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək Vergi orqanlarının hüquqlarıdır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur Vergi Məcəlləsinin 77.2-ci maddəsinə əsasən Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Vergi Məcəlləsinin 77.3-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsasən Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Müki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Müki Prosessual Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Müki Prosessual Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Müki Prosessual Məcəllənin 355-7.4-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göründüyü kimi, vergi ödəyicisi olan Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsinin vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən 11 saylı Ərazi Vergilər Baş İdarəsi hesablanmış borcun ödənilməsini təmin etmək üçün öz hüququndan istifadə edərək onun rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Bərdə rayon Hüseynalılar kənd Bələdiyyəsinin vergi borcunun ödənilməsini təmin etmək üçün ərizə təmin olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Cavabdeh vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəliyi tam yerinə yetirilənədək məhdudlaşdırılmalı, qətnamə dərhal icra edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bərdə rayon Hüseynalılar Bələdiyyəsinin dövlət büdcəsinə olan vergi ödəyicisi olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 39,42 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2003,78 manat, İşsizlikdən sığorta fonduna olan 364,13 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1295,81 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, xx.xx.1966-cı il tarixdə Bərdə rayonu Hüseynallar kəndində anadan olmuş, Bərdə rayonu Hüseynallar kəndində qeydiyyatda olan Cavabdeh (AZE ********) ölkədən getmək hüququ vergi öhdəliyi tam yerinə yetirilənədək məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamə dərhal qüvvəyə minir və qətnamədən şikayət onun icrasını dayandırmır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar