Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1057/2024 04.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi Nümayəndə1, Cavabdeh2 və onun müdafiəçisi Biləsuvar rayon vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı X3 idda ərizəsində, göstərmişdir ki, cavabdehlərlə aralarında qohumluq əlaqələri (xala uşaqları) mövcuddur. İddiaçı xeyli vaxtdır ki, həyat yoldaşı ilə Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Mütəmadi olaraq qohumları ilə əlaqə saxlayır, onların xeyir-şər məclislərində iştirak edir. Ehtiyac olduğu vaxt cavabdehlərə maddi köməklik də göstərib. 2023-cü ilin iyun ayının təxminən 11-də cavabdehlərin atası Mehmanin vəfatı ilə əlaqədar Azərbaycana gəlmiş və 2023-cü ilin sentyabr ayının 21-də geri qayıtmışdır. Həmin vaxt cavabdehlər Biləsuvar rayonu, Amankənd kəndində valideyinlərinə məxsus evdə yaşayırdılar. Söhbət zamanı Nurlan və Fidan ataları Mehmanın onkoloji xəstəliyi ilə bağlı xeyli borclarının yaranmasını bildirdilər, maddi çətinliklərinin olmasını dedilər və ondan borc istədilər. Bundan başqa Nurlan atasının müllkiyyətində olan Biləsuvar şəhərində yerləşən həyətyanı torpaq sahəsində tikinti işləri aparması üçün də borc istədi. Həmin vaxt 2023-cü ilin avqust ayında iddiaçı onlara 20000 (iyirmi min) manat borc verdi. Münasibətlərinin yaxşı olduğu və qohum olduqları ücün iddiaçı onlardan hər hansi bir qəbz almadı, notarial müqavilə bağlamadı. 21 sentyabr 2023-cü il tarixdə iddiaçı Rusiya Federasiyasına qayıtdı. Bir müddət sonra cavabdeh Fidan onunla əlaqə saxlayaraq pula ehtiyacının olmasını və yenidən köməklik edərək borc pul verməyini xahiş etdi. İddiaçı bir qohum olaraq, 05 oktyabr 2023-cü il tarixdə 500 manat, 500 manat, 500 manat, 500 manat, 500 manat və 498 manat olmaqla 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat, 14 oktyabr 2023-cü il tarixdə 499 manat, 1000 manat olmaqla, 1499 (bir min dörd yüz doxsan doqquz) manat, 21 oktyabr 2023-cü il tarixdə 1000 manat, 1000 manat, 1500 manat olmaqla, 3500 (üç min beş yüz) manat, cəmi 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitini özünə maxsus kart hesabından Cavabdeh2 kart hesabına yüklədi. Həmin kart hesabından çıxarışı ərizəsinə əlavə edir. Cavabdehlər həmin borcu 2024-cü ilin aprel ayına qədər qaytaracağına vəd vermişdilər. Son vaxtlarda cavabdehlərin bacı-qardaş olaraq münasibətləri pisləşmiş və onların arasında yaranmış soyuqluq nəticəsində iddiaçının borcu geri qaytarılmır. İddiaçı onlarla əlaqə saxlasa da, cavabdehlər borcu geri qaytarmaqdan imtina edirlər. Belə ki, cavabdehlərin atasının vəfatından sonra cavabdeh Nurlan Biləsuvar şəhərində yerləşən üzərində ev olan həyətyanı torpaq sahəsini iddiaçıya satmışdı. Cavabdeh həmin evin mərhum atasından miras kimi ona çatmalı olduğunu iddia edib iddiaçını günahlandırdı və bu məsələyə görə də borcu qaytarmaqdan imtina etdi. Halbuki iddiaçı həmin evi notaral müqavilə əsasında alqı-satqı yolu ilə almışdır. Cavabdehbər bu günə qədər borcunu ödəməmiş və üzərilərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəticədə onlar iddiaçıya məxsus 27.997 (iyirmi yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitini geri qaytarmayaraq əsassız varlanmışlar. İddiaçının tələbi: İddiaçı X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 27.997 (iyirmi yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 27.997 (iyirmi yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitinin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 04 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə1 məhkəməyə müraciət edərək Cavabdeh1 hazırda Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 1(022)-82/2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduğunu nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 mülki işə baxılmasını israr edərək iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərini və Cavabdeh2 etirazını nəzərə alaraq məhkəmə araşdırılmasının davam etdirilməsini mümkün hesab etmişdir. 04 noyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi Nümayəndə1 məhkəməyə müraciət edərək iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və bildirmişdir ki, X3 27.997 (iyirmi yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 va Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya verilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh İmanlı X4 Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli, 1(022)- 82/2024 sayl hökmü ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssiəsindədir. Mülki işin məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 20.000 manat pulun cavabdehlərə verilməsini etiraf etmişdi. Məhkum olunması səbəbindən Cavabdeh1 məhkəmə iclasında iştirakı qeyri mümkün olduğundan, onun cavabdehlər sırasından çıxarılmasını və iddia tələbinin 7997(yeddi min doqquz yüz doxsan yeddi) manata azaldılaraq, həmin məbləğin Cavabdeh2 tutulmasını istəyir. 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaiti Cavabdeh2 xahişi ilə ona məxsus kart hesabına köçürülmüş və müvafiq sübutlar məhkəməyə təqdim edilib. Cavabdeh2 özü də bunu məhkəmədə etiraf etmişdir. 20.000 (iyirmi min) manat ilə bağli isə Cavabdeh1 həbsdən çıxdıqdan sonra yenidən məhkəmədə iddia qaldırılacaqdır. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin xahiş edirəm hissəsini "7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq iddiaçı X2 verilməsinə dair qətnamə çıxarasınız” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə əsasən iddiaçının vəsatətinin təmin olunmasını mümkün hesab etmişdir. Cavabdeh2 bildirmişdir ki, X3 ona və Cavabdeh1 qarşı pul tələbi barədə iddia qaldırmışdır. Onun iddia ərizəsindən belə məlum olur ki, o, 20.000 (iyirmi min) manat pulu X5 vermiş, 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manati isə onun kart hesabına yükləmişdir. Cavabdeh1 veriılmiş 20.000 manat pulun, onun kart hesabına ödənilmiş 7997 manat pulla heç bir əlaqəsi yoxdur. Əgər Cavabdeh1 20.000 manat pul verilmişdirsə, bunun ona hec bir aidiyyəti yoxdur. Onun kart hesabına ödənilmiş 7997 manat pulun isə Cavabdeh1 hec bir aidiyyəti olmadığından iki tələbin bir iddiada birləşdirilməsi qanunauyğun hesab edilə bilməz. İddia ərizəsindən belə məlum olur ki, Aybəniz İsmayrlova 21 sentyabr 2024-cü ildə Rusiya Federasiyasına getmiş və orada olarkən 7997 manatı onun kart hesabıma yönəltmişdir. Aybəniz İsmayılovanın iddia ərizədən bələ məlum olur ki,həmin pulları Rusiya Federasiyasında olarkən onun kart hesabıma yüklənmişdir. Bankdan əldə etdiyi bank hesabının çıxarışından isə məlum olur ki, həmin pullar Rusiya Federasiyası ərazisindən deyil, Bakı ərazisindən onun kart hesabına yüklənmişdir. Buna görə də qeyd edilmiş edilmiş tarixlərdə pulların kart hesabına daxil edilməsi zamanı və həmin kart hesabından çıxarılmasi zamanı çəkilmiş fotogörüntülər müvafiq bankdan götürülməlidir. Həmin işlərin onun tərəfindən götürülməsi mümkün deyildir və həmin sənədlər yalnız məhkəmə qərarına əsasən banklardan alına bilər. Həmin sənədlər əldən edildikdən sonra pulların bankdan kimin tərəfindən çıxarılması məlum olacaq və həmin vaxt onun əmək haqqı kartının Cavabdeh1 olması səbəbindən həmin pulların onun tərəfindən çıxarılması aşkar olunacaqdır. X8 Cavabdeh1 20.000 manat pul vermişdirsə də, həmin pulun ona heç bir aidiyyəti yoxdur. Bu onların öz işləridir, özləri bilərlər. Onun kart hesabına yüklənmiş 7997 manatla bağlı bildirir ki, həmin müddətdə, yəni 2023-cü ilin sentyabr ayının axırlarında kartımı itirmişdi. Sonradan bildi ki, həmin kartı qardaşı Cavabdeh1 götürmüşdür. Kartı ondan, istəsə də verməmişdir. 2023-cü ilin oktyabr ayının son günlərində ona yeni kart verildi. Bu müddət ərzində kart hesabına köçürülmüş pullardan məlumatı yoxdur. Buna görə də hesab edir ki, 2023-cü ilin oktyabr ayı ərzində kart hesabına köçürülmüş pulları qardaşı Cavabdeh1 çıxarmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsində qeyd olunan məbləğlərin ona və bacısı Cavabdeh2 iddiaçı tərəfindən onların atasının müalicəsi ilə əlaqədar köməklik göstərilməsi məqsədilə borc olaraq verildiyini, qısa zaman ərzində borcun öz üzərinə düşən məbləğini iddiaçıya qaytaracağını bildirmişdir. Məhkəmənin 04 noyabr 2024-cü il tarixli iclasında Cavabdeh1 cəzaçəkmə müəssisəsində olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 05 oktyabr 2023-cü il tarixli İB**********, İB**********, İB**********, İB**********, İB********** və İB********** nömrəli qəbzlərin surətindən görünür ki, cavabdeh X6 məxsus olan kart hesabına 500 manat, 500 manat, 500 manat, 500 manat, 500 manat və 498 manat olmaqla 2998 (iki min doqquz yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. 14 oktyabr 2023-cü il tarixli İB**********, İB********** nömrəli qəbzlərin surətindən görünür ki, cavabdeh X6 məxsus olan kart hesabına 499 manat, 1000 manat olmaqla, 1499 (bir min dörd yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. 21 oktyabr 2023-cü il tarixli İB**********, İB**********, İB********** nömrəli qəbzlərin surətindən görünür ki, cavabdeh X6 məxsus olan kart hesabına 1000 manat, 1000 manat, 1500 manat olmaqla, 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti daxil olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar Şöbəsinin 11 sentyabr 2024-cü il tarixli 6-2-103/2-31/2024 saylı məktubundan görünür ki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan yalnız şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara bilərlər. Bu səbəbdən hazırkı mülki iş üzrə tələb olunan sənədlərin məhkəməyə təqdim olunması mümkün olmamışdır. Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 1(022)-82/2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 6 ay müddətində azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşdur. 04 noyabr 2024-cü il tarixli “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədən görünür ki, iddia ərizəsinin xahiş edirəm hissəsini "7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq iddiaçı X2 verilməsinə dair qətnamə çıxarasınız” kimi qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitutsiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri: 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma; 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşya sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386-cı maddəsinə əsasən öhdəliklərin əmələ gəlməsi əsasları: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsas olmadan 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti əldə etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı X3 cəmi 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitini özünə maxsus kart hesabından Cavabdeh2 kart hesabına yükləmişdir. Mülki iş materiallarından da göründüyü kimi, cavabdeh hüquqi və ya müqavilə əsas olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə, əsassız varlandığı üçün iddiaçının pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Məhkəmə baxışında işin faktiki halları və tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 əsassız varlanma nəticəsində 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat pul vəsaitini əldə etmiş və bu fakt iş materiallarında olan müxtəlif tarixli ödəniş qəbzləri ilə sübuta yetirilir. Cavabdeh2 tərəfindən həmin pulun qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində məhkəmə və digər xərclərlə bağlı tələb olmadığından çəkilmiş xərclər iddiaçının özünə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 7997 (yeddi min doqquz yüz doxsan yeddi) manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı X1 özünə aid edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-1057/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1057/2024
04.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver