Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1309/2024 06.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: “Azəriqaz" X1 X2 İdarəsinin Biləsuvar Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən qaz kəmərlərinə baxış keçirilərkən Biləsuvar rayonu, Əmənkənd kəndi ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından küçə kənarı ile keçən Lənkəran X2 İdarəsinin Biləsuvar Xidmət Sahəsinin balansında ve istismarında olan orta təzyiqli, yer üstü D=57 mm-lik və D=40 mm-lik qaz kəmərlərinə baxış keçirilmişdir. Baxış zaman Cavabdeh tərəfindən öz həyətyanı sahəsinin qarşısının hasara alınan zamanı D=57 mm-lik qaz kəmərinin L=27.0 p/m hissəsinin və D=40 mm-lik qaz kəmərinin isə L=15 p/m hissəsinin qanunsuz olaraq həyətdaxilinə salınması aşkarlanmışdır ki, bu da Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş "Qaz təchizatında mühafiza zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələblərinə ziddir. Belə ki, həmin Qaydalarn 2.13-cü yarımbəndinə əsasən “Boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütöv növ işlərin görülməsinə yol verilmir". Lənkəran X2 İdarəsinin Biləsuvar Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən 23 iyul 2024-cü il tarixli akt tərtib edilmiş, Biləsuvar rayonu, Əmənkənd kəndi ünvanında yerləşən Cavabdeh tərəfindən mühafizə zonasının pozulmasını göstərən fotoşəkillər çəkilmişdir. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata kecirilməsini də qeyri-mümkün hala gətirmişdir. Bu da qaz kəmərində baş verə biləcək hər hansı sızma və ya zədələnmə anında va ya kəmərin korroziyaya uğrayaraq yararsız hala duşməsi nəticəsində təbii qazın havaya sovrulması və.s kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb olur. Cavabdeh tərəfin səlahiyyətli orqanların müvafiq icazası olmadan, eləcə də tikinti normalarını və gaydalarını ciddi surətdə pozmaqla qaz kəmərinin mühafizə zonasını pozması fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə bilacak kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də daşıyıcı qaz kəmərinin mühafizə zonası Cavabdeh tərəfindən öz vəsaiti hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməlidir. Həmçinin, İddiaçı Lənkəran X2 İdarəsi tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 10 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək adı çəkilən qanunsuz tikili hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmamışdır. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və əvvəlki vəziyyətə gətirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz" X1 X2 İdarəsinin ünvan 1 kəndi ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=57 mm-lik və D=40 mm-lik qaz kəmərinin mühafizə zonası Cavabdeh öz hesabina sökülərək ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq Lənkəran RQİİ-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Lənkaran filiali (kod 200383, VÖEN **********, MH AZ37NABZ ******************** SWİFT AİİBAZ2X, Azəriqaz İB VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi Nümayəndə 05 dekabr 2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edərək, 06 dekabr 2024-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Lənkəran X2 İdarəsinin rəisi və digər iki əməkdaşı tərəfindən tərtib edilmiş 23 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Əmənkənd kəndinin nəzarətçisi Sadıqov Bəxtiyar tərəfindən verilmiş məlumat əsasında tərəflərindən abonent Cavabdeh yaşadığı ünvana baxış keçirilmiş, məlum olmuşdur ki, abonent Cavabdeh d=57 mm-lik L=27.0 p/m hissəsinin və D=40 mm-lik qaz kəmərinin isə L=15 p/m məsafə olmaqla dəmir hasar çəkməklə mühafizə zonasını pozaraq küçə qaz xəttini həyətyanı sahəsinə salmışdır. Bu da qaz xəttinə texniki qulluq göstərməyə maneə yaratmaqla, texniki norma istismar qaydalarına ziddir. “Azəriqaz" X1 X2 İdarəsinin 24 iyul 2024-cü il tarixli, 14-2-2-10/2-1702/2024 nömrəli “qaz xəttinin mühafizə zonasının bərpa edilməsi haqqında" xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh onun tərəfindən qaz kəmərinin mühafizə zonasının pozulması Azərbaycan Respublikasinin Nazirler Kabinetinin 21 iyun 1999cu il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələblərinin kobud surəldə pozulması barədə məlumat verilmiş, bütün bunlan nəzərə alaraq 10 gün müddətində daşıyıcı qaz kəmərinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi Cavabdeh tələb olunaraq, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi və məhkəmə xərclərinin ondan tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında sübut qismində tədqiq olunmuş fotoşəkillər və CD formatlı diskdən görünür ki, “Azəriqaz" X1 X2 İdarəsinin Biləsuvar Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən qaz kəmərlərinə baxış keçirilərkən Biləsuvar rayonu, Əmənkənd kəndi ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından küçə kənarı ilə keçən Lənkəran X2 İdarəsinin Biləsuvar Xidmət Sahəsinin balansında ve istismarında olan qaz kəmərlərinə baxış keçirilmişdir. Baxış zaman Cavabdeh tərəfindən öz həyətyanı sahəsinin qarşısının hasara alınan zamanı qaz kamərinin qanunsuz olaraq həyətdaxilinə salınması aşkarlanması müəyyən olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 3.0.1-ci maddəsinə əsasən şəhərsalma fəaliyyəti – Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin inkişafının ümumi məkan konsepsiyasının və torpaqdan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi, ərazilərin planlaşdırılması, tikintisi və abadlaşdırılması, məskunlaşma sisteminin formalaşdırılması və inkişafı, əhalinin məşğulluğunun tənzimlənməsi, ətraf mühitin, tarixi landşaftın və tarix və mədəniyyət abidələrinin mühafizəsi üzrə həyata keçirilən fəaliyyət; 3.0.2-ci maddəsinə əsasən məskunlaşma sistemi – insanların sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası məqsədilə şəhərlərin və digər yaşayış məntəqələrinin məkan baxımından təşkili kimi başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 19-cu maddəsinin 2-ci hissəsinə əsasən mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 1998-ci il tarixdə təsdiq etdiyi "Qaz təchizatı haqqında" Azarbaycan Respublikası Qanununun: 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərinin mühafizə zonası dairəsində tikintı işləri aparılmasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın: 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddələri təşkil edir və hazırkı işdə həmin maddələrin dispozitiv şərtləri mövcuddur. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Biləsuvar rayonu, Əmənkənd kəndi ünvanında yerləşən Cavabdeh məxsus olan fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından küçə kənarı ile keçən Lənkəran X2 İdarəsinin Biləsuvar Xidmət Sahəsinin balansında ve istismarında olan qaz kəmərləri Cavabdeh tərəfindən öz həyətyanı sahəsinin qarşısının hasara alınan zamanı qanunsuz olaraq həyətdaxilinə salınması aşkarlanmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsində şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsipləri göstərilmişdir ki, həmin prinsiplərə də təhlükəsizliyin təmin edilməsi və ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi də daxil edilmişdir. Göründüyü kimi, hazırda söküntüsü tələb edilən qaz kəmərinin mühafizə zonasında inşa edilmiş cavabdehə məxsus tikinti də şəhərsalma və tikinti fəaliyyətinin əsas prinsiplərinin pozuntusu ilə tikilmişdir. Yenə həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, tikinti obyekti aşağıdakı tələblərə uyğun layihələndirilməli və tikilməlidir: 57.2.1 yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalıdır. 57.2.3 istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə zəmin yaratmamalıdır. Mülki iş materiallarından və məhkəmə iclasından tədqiq edilən sübutlardan da göründüyü kimi, tikinti obyekti qaz kəmərinin mühafizə zonasında inşa edilməklə yanğın təhlükəsizliyi baxımından etibarlılığı nəzərə alınmamışdır. Həmçinin, cavabdeh tərəfindən tikilinin qanunvericiliyin tələbləri pozulmaqla magistral qaz kəmərinin mühafizə zonasında inşa edilməsi, bunun ilk növbədə gələcəkdə cavabdehin həyatı üçün yüksək təhlükə mənbəyi olacağı, sözügedən qaz kəməri ilə yüksək təzyiqli qaz nəql olunduğu üçün onun gələcəkdə zədələnməsi və ya qaz sızması baş verməsi halında bunun qarşısı alınmaz xoşagəlməz nəticələr doğuracağı məhkəmə tərəfindən müəyyən edilmişdir. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı Lənkəran X2 İdarəsinin ünvan 1 kəndi ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=57 mm-lik və D=40 mm-lik qaz kəmərinin mühafizə zonasında, Cavabdeh məxsus olan tikili onun öz hesabına sökülərək, mühafizə zonası boşaldılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Lənkəran X2 İdarəsinin ünvan 1 kəndi ünvanında yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısından keçən orta təzyiqli, yerüstü D=57 mm-lik və D=40 mm-lik qaz kəmərinin mühafizə zonasında, Cavabdeh məxsus olan tikili onun öz hesabına sökülərək, mühafizə zonası boşaldılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq İddiaçınə qaytarılsın. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-1309/2024
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1309/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver