Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-1331/2025 24.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, X1 maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qərarın icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏNETDİ: X2 maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ərizəsi ilə müraciət edərək, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-884/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə icra vərəqəsi təqdim edilməsi, qərarın icrasını təmin etməsi üçün müvafiq tədbirlər görülməsi, əgər Müdafiə Nazirliyi bu qərarın icrasından yayınarsa, qanunvericiliyə uyğun olaraq müvafiq məcburi tədbirlərin görülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Biləsuvar Rayon Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2(022)-884/2018 saylı qətnaməsi ilə çıxarılmış qərar əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N və N () saylı hərbi hissələrinin tərkibində 1992–1993-cü illərdə döyüş şəraitində xidmət etmiş şəxs kimi tanınmışdır. Qətnamənin nəticə hissəsindən göstərildiyi kimi, onun 1992-ci ildən 1993-cü ilin mart ayınadək Müdafiə Nazirliyinin N və N () saylı hərbi hissələrinin tərkibində erməni silahlı birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməyi faktı müəyyən edilmişdir. Lakin onunla bağlı müvafiq hüquqi statusların – müharibə iştirakçısı, müharibə veteranı və bu əsasda sosial təminat hüquqlarının tanınması üçün məhkəmə qətnaməsinin icrası zəruridir. Hazırda qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş olsa da, müvafiq icra tədbirlərinin həyata keçirilmədiyini və Müdafiə Nazirliyi tərəfindən ona dair rəsmi status sənədi – hərbi xidmətin tanınması, veteran vəsiqəsi və ya digər hüquqların verilmədiyini nəzərə alaraq bu ərizəni təqdim edir. Odur ki, Biləsuvar Rayon Məhkəməsinin 2(022)- 884/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə icra vərəqəsi təqdim edilməsi, qərarın icrasını təmin etməsi üçün müvafiq tədbirlər görülməsi, əgər Müdafiə Nazirliyi bu qərarın icrasından yayınarsa, qanunvericiliyə uyğun olaraq müvafiq məcburi tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş Biləsuvar rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2(022)-884/2018 saylı qətnaməsinin surətindən görünür ki, X3 iddiası qismən təmin edilmiş, X3 1992-ci ildən 1993-cü ilin mart ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyi 777 nömrəli və N () saylı hərbi hissələrinin tərkibində xidmətdə olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni silahlı birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İddia ərizəsindən görünür ki, iddiaçı X4 1992-ci ildən 1993-cü ilin mart ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyi 777 nömrəli və N () saylı hərbi hissələrinin tərkibində xidmətdə olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni silahlı birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə dair Biləsuvar rayon məhkəməsinin 17 iyul 2018-ci il tarixli 2(022)-884/2018 saylı qətnaməsinə istinad etməklə həmin qətnamənin icrası məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə icra vərəqəsi təqdim edilməsini, əks təqdirdə cavabdehə qarşı məcburi icra tədbirlərinin görülməsini tələb etmişdir. Göründüyü kimi iddiaçı mülki məhkəmə icraatı qaydasında qətnamənin məcburi icrası tələbini irəli sürmüşdür ki, bu da həmin işə mülki məhkəmə qaydasında baxılmasını istisna edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X1 Biləsuvar Rayon Məhkəməsinin 2(022)-884/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə icra vərəqəsi təqdim edilməsi, qərarın icrasının təmin edilməsi üçün müvafiq tədbirlər görülməsi, Müdafiə Nazirliyi bu qərarın icrasından yayınarsa, qanunvericiliyə uyğun olaraq müvafiq məcburi tədbirlərin görülməsinə dair ərizəyə mülki məhkəmə qaydasında baxılmalı deyildir. Ona görə də iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qərarın icrasının təmin edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2(022)-1331/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-1331/2025
24.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver