Məhkəmə qərarları › İş №e-2(022)-162/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-162/2025

08.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-162/2025 08.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X5” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evinə cavabdehlər X4 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, İddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, X4, Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi verərək onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, **********70-10301 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Qeyd olunduğu kimi, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. AR MM-nin 228.1-ci maddəsinə əsasən, “yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydə alınmış olsun”. Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçisi Cavabdeh3 və X4, Cavabdeh1 və Cavabdeh2 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlərin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh3, X4 və Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvlərinin Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Həmçinin AR DİN xx.xx.2024-cü il tarixli MAPS arayışlarına əsasən X4, Cavabdeh1 hazırda "xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evində qeydiyyatdadır. AR DİN MAPS şöbəsindən əldə etdiyimiz xx.xx.2024-cü il tarixli MAPS arayışına əsasən Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, ev 135-də X1 qeydiyyatdadır. Ona görə də iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evinə cavabdehlər X4, X1 və Cavabdeh1 istifadə hüququna xitam verilməsi, iddiaçı “Unibank" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, X1, X4, Cavabdeh1, X2 və onların ailə üzvlərinin çıxarılmaqla həmin fərdi yaşayış evinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. Cababdeh Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək, borcundan müəyyən hissəsini ödədiyini, maddi cəhətdən imkanının zəif olmasını, borcunun qalan hissəsini də ödəyəcəyini göstərdi. Cavabdehlər Cavabdeh1,Cavabdeh3, Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı № ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh3 Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, ev 135-də 460.7 kvmdən ibarət yaşayış evi və 0.11 ha torpaq sahəsi olan fərdi yaşayış evi tam payla (********** qeydiyyat nömrəli) xx.xx.2017-ci il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət rüyüstrində reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 06 aprel 2022-ci il tarixli icra qeydinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3 məxsus ipoteka predmetl olan DƏDRX-nln 8 saylı Ərazi idarəsinin reyestr nömrəsi **********70-10301 qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında mülkiyyətində olan 0.11 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 460.7 kv/m, yaşayış sahəsi 147.3 kv/m, köməkçi sahəsi 313.4 kv/m olan 7 otaqdan ibarət yaşayış evinə və 0.11 ha torpaq sahəsinə tutmanın yönəldilməsini öhdəsinə götürmüşdür.(Öhdəliyi müəyyən edən müqaviləyə əsasən vaxtında ödənilməmiş 72237.27 AZN əsas borc, 3429.90 AZN . icra qeydinin aparılması üçün bank tərəfindən ödənilmiş 25.00 AZN döviət rüsumu olmaqla cəmi tutulmalı 75692,17 AZN təşkil edir). İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsi, ev 135-də olan 460.70 kvm-dən ibarət yaşayış evi və 0.11 ha torpaq sahəsi tam payla (********** qeydiyyat nömrəsi) xx.xx.2023-cü il tarixdə Unibank” Kommersiya Bankı “ASC-in xüsusi mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində qeyd olunur ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki qanunvericilikdə əmlaka sahiblik, istifadə və sərəncam hüququnun mahiyyəti açıqlanaraq, Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilmişdir ki, sahiblik hüququəmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə mülki işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evinə cavabdehlər X4, X1 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilməli, iddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, X4, Cavabdeh1, X1, Cavabdeh2 və onların ailə üzvləri çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 74 (yetmiş dörd) manat 79 (yetmiş doqquz) qəpik pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evinə cavabdehlər X4, X1 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin, iddiaçı"xxxx" KB ASC-nin mülkiyyətində olan Biləsuvar şəhəri, Mübariz İbrahimov küçəsində 0.11 ha torpaq sahəsi və üzərində yerləşən 135 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, X4, Cavabdeh1, X1, Cavabdeh2 və onların ailə üzvləri çıxarılmaqla həmin fərdi yaşayış evi boşaldılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar