Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-1983/2025 13.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 012750 saylı Aktın etibarsız hesab edilməsi və həmin akt əsasında yazılmış borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib olunmuş 20 oktyabr 2025-ci il tarixli 012750 saylı Aktın etibarsız hesab edilməsi, hesabından əsassız olaraq cərimə hesabına tutulmuş pulların onun smart elektrik kartına geri qaytarılması və həmin akt əsasında hesablanmış 1000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə dəqiqləşmə verərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Biləsuvar rayonunun Bəydili kəndində özünə məxsus mənzildə yaşayır və elektrik sayğacı öz adınadır. Həmin ünvanda elektrik xəttindən istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən işıq sayğacına, elektrik xətlərinə heç zaman müdaxilə olunmamışdır. Hər ay interval üzrə ödənişlərini etmişdir. xx.xx.2025-ci il tarixdə sayğacında məbləğ qurtardığı üçün siqnal görmüş, sayğaca 20 manatlıq ödənişi yükləyərkən ondan 16 manatı həmin anda, yəni kartla ödədiyi məbləğin 80 faizinin sayğacdan avtomatik olaraq silindiyini görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, ona cərimə yazılmışdır. Bu barədə Biləsuvar rayon Azərişıq fililialına müraciət etmiş, orada ona X3 Şəbəkədən 1000 manat cərimə aktı yazıldığını bildirmişlər. Ona izah olunmuşdur ki, 15 və yaxud 16 noyabr 2025-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Biləsuvar filialının əməkdaşları X1, kəndin işıq nəzarətçisi X2, Niftəli adlı mantyor və tanımadığı digər şəxsin, özləri ilə gətirdikləri elektrik mantyorunun, yaşadığı evin çöl hissəsində elektrik sayğacına baxdıqlarını, guya onun sayğacdan kənar elektrik xəttindən istifadə etdiyini göstərmişlər. Halbuki, qeyd olunan xətt yeddi-səkkiz ay bundan əvvəl kəsdiyi müsbət cərəyan keçən xətt olmuş, həmin xətt olduğu kimi qalmış və bu xətlərə kənar müdaxilə olunmamışdır. Ona görə də, növbəti elektrik dirəyinə qədər gedən xəttə heç bir elektrik cəryanı olmamışdır. Sonda iddiaçı cavabdeh "xxxx" ASC-nin barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə tərtib olunmuş 20 oktyabr 2025-ci il tarixli 012750 saylı Akta əsasən hesablanmış 1049.40 manat borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəzarət Departamenti Satışa Nəzarət idarəsi tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli AKT NDM № 012750 saylı aktına görə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, abonentin həyətinə 0,4kv-luq bir ədəd xətdən kənar 1x10mm-lik aliminium naqil daxil olur. İş materiallarında olan abunə haqqında abonentin saldosundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 1049.40 manat məbləğdə cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilmlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. İşin müəyyən edilmiş halları və iş materiallarından görünür ki, cavabdeh 20 oktyabr 2025ci il tarixli AKT NDM № 012750 saylı aktında abonentin yaşayış evinə quraşdırılmış elektirik sayğacından kənar xətt çəkməklə elektrik enerjisindən istifadə etdiyini göstərsə də, məişət abonenti olaraq iddiaçının inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməklə onun təqsirili olasını təsdiq edən məhkməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə işin hallarını və qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli NDM № 012750 saylı akta əsasən hesablanmış 1049.40 manat məbləğdə cərimə İddiaçı abonent hesabından silinməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddırlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli 012750 saylı akta əsasən İddiaçı hesablanmış 1049 (min qırx doqquz) manat 40 (qırx) qəpik məbləğdə cərimə onun abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №e-2(022)-1983/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-1983/2025
13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver