Məhkəmə qərarları › İş №e-2(022)-2173/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-2173/2025

29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-2173/2025 29.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə müraciət edərək, borca görə 203.00 manat Cavabdeh alınaraq onun **********0000 nömrəli abonent koduna ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə verilmiş və iddia ərizəsinə əlavə olunmuş 23 dekabr 2025-ci il tarixli etibarnamədən görünür ki, həmin etibarnamədə Azərbaycan Respublikası MPM-nin 74-cü maddəsində nümayəndəyə verilən səlahiyyətlərdən istifadə etməklə cəmiyyətin hüquq və mənafeyinin bütün instansiya məhkəmələrində müdafiə edilməsi, o cümlədən iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddia predmetinin və ya əsasının dəyişdirilməsi, etirazın verilməsi, məhkəmə aktlarından şikayət, vəsatət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri və bununla bağlı digər zəruri hərəkətlərin yerinə yetirilməsi həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı nümayəndəsi Nümayəndə verilmiş 23 dekabr 2025-ci il tarixli 3-53-2/2-11799/2025 saylı etibarnamədən görünür ki, Nümayəndə olaraq iddiaçı təşkilatın adından iddia ərizəsini imzalamaq səlahiyyəti verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Məhkəmə hesab edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindəmn imzalanmışdır. MPM-in 152.1-ci maddsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qatarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar