Məhkəmə qərarları › İş №e-2(022)-2181/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-2181/2025

29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-2181/2025 29.12.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 01 dekabr 2011-ci il tarixli, 35169744 saylı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 263 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 29 dekabr 2025-ci il tarixdə İddiaçı Cavabdeh qarşı 01 dekabr 2011-ci il tarixli, 35169744 saylı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 263 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmaıldır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanmalıdır. Məhkəməyə daxil olmuş iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsi İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən imzalanmışdır. Lakin iddia ərizəsinə Nümayəndə əsas iş yerinin İddiaçı olması və iddia ərizəsinə əlavə edilmiş etibarnamədə Nümayəndə həmin hüquqi şəxsin adından iddia ərizəsini imzalamaq səlahiyyətinin olması göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 69.1 və 69.2-ci maddəsinə əsasən hər bir hüquqi şəxs müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə görə isə iddia ərizəsinin imzalanması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək kitabçası saxlanılan yer onun əsas iş yeri sayılır. Belə olan halda, məhkəmə hesab edir ki, hüquqi şəxsin nümayəndəsinin əsas iş yerinin həmin hüquqi şəxs olması işçinin əmək kitabçasının (onun həmin iş yerinə aid hissəsinin) hüquqi şəxsin rəhbərinin imzası və həmin hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş surəti ilə müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə görə iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 01 dekabr 2011-ci il tarixli, 35169744 saylı müqaviləsinə əsasən ödənilməmiş borc qismində 263 manat 47 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçının nümayəndəsinə izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar