Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-27/2025 21.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X1 məhkəmə-iclas katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh 19 may 2025-ci il tarixdə məhkəməyə poçt-teleqram vasitəsi ilə müraciət edərək məhkəmənin 21 may 2025-ci il tarixə təyin olunmuş baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mülki iş materiallarına əsasən cavabdehin Bakı şəhərində yaşadığı və işlədiyi üçün məhkəmə iclaslarında bilavasitə iştirak edə bilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-2.1-ci maddəsinə əsasən məhkəmə bir sıra hallarda məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər. Həmin Məcəllənin 10-2.1.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslər, onların nümayəndələri (qanuni nümayəndələri), vəkil, şahid, ekspert, mütəxəssis, tərcüməçi ölkədən kənarda və ya ölkə daxilində başqa şəhərdə (rayonda) olmaqla, üzrlü səbəbdən onların məhkəmə iclasında şəxsən iştirak etməsi mümkün olmadıqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə bilər. Göstərilənləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə müvafiq olaraq Cavabdeh videokonfrans əlaqə sistemindən istifadə edilməklə “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlanılaraq, məhkəmə iclasında iştirakı təmin edilmişdir. Cavabdeh mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə mülki işin baxılmamış saxlanılması ilə bağlı məhkəməyə təqdim etdiyi ərizəsinin təmin olunmasına etiraz etmədiyini bildirdi. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, işdə olan sübutları araşdıraraq, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlamalıdır; 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Bundan başqa, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu ödənilməsini təsdiq edən sənəd, iddia ərizəsinə əlavə edilmiş digər sənədlərin əslləri ilə birlikdə, iddiaçıya qaytarılmalıdır. Məhkəmə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə 21 may 2025-ci il tarixli ərizəsi təmin edilməli, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 84.75 (səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçı tərəfin ərizəsi üzrə baxılmamış saxlandığından mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı müəyyən edilmiş 50 (əlli) manat məbləğində məhkəmə xərci İddiaçı dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi” barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli, o cümlədən İddiaçı tərəfindən Biləsuvar Rayon Məhkəməsinə 29 iyun 2024-cü il tarixli, **********57 nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 84.75 (səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı müəyyən edilmiş 50 (əlli) manat məbləğində məhkəmə xərci İddiaçı dövlət büdcəsinin xeyrinə tutulsun. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №e-2(022)-27/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-27/2025
21.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver