Məhkəmə qərarları › İş №e-2(022)-39/2024

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-39/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-39/2024 16.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 6457 (altı min dörd yüz əlli yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 84.57 (səksən dörd) manat 57 (əlli yeddi) qəpik pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Chevrolet Cruze” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixində idarə edərkən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00087- 21 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Audi Q5” markalı, 014D006 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Audi Q5” markalı, 014D006 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 11457 (on bir min dörd yüz əlli yeddi) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı Şəhər DYPİ-nin inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olması səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 5000 (beş min) manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 6457 (altı min dörd yüz əlli yeddi) manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0614/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə məhkəməyə məlumat vermədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04 avqust 2021-ci il tarixli MVP0097/2021 saylı Sığorta Aktının surətindən görünür ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində Dream Auto MMC-yə 11457.00 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Xalq Bank ASC-nin xx.xx.2021-ci il tarixli № 1095 saylı ödəniş tapşırığından görünür ki, Qala Söğorta ASC tərəfindən Dream Auto MMC-yə 11457.00 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan qiymətləndirmə aktından görünür ki, Audi 014 D006 dövlət qeydiyyat noşanlı avtomobilə ümumilikdə 11457 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2023-cü il tarixli № 9/8501 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Audi Q5” markalı 014D006 dövlət qeydiyyat nişanlı avtomibilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9565.0 manat müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, 14.05.202İ-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Audi Q5" markalı. 0141D006 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər "Qala Sığorta” ASC tərəfindən tərtib olunmuş №- 1431/21 saxlı xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 11457 (on bir min dörd yüz əlli yeddi) manat müəyyən olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli ekspert rəyində 2015-ci il btıraxılışlı "Audi Q5” markalı, 0141D006 dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 11457 (on bir min dörd yüz əlli yeddi) manat məbləğində olduğu qeyd edilsə də, işlənib hazırlanmış metodikaya əsasən illik 4% aşınma nəzərə alınaraq həmin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 9565 (doqquz min beş yüz altmış beş) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqlivvul hadisəsi nəticəsində “Audi Q5” markalı, 0İ4D006 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 2021-ci ilin real bazar qiymətləri nəzərə alınaraq 11457 (on bir min dörd yüz əlli yeddi) manat məbləğində müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni, “Qala Sığorta" ASC tərəfindən avtomobilə dəymiş zərər məbləği hesablanarkən avtomobilin istehsal ili (2015) deyil, 2021-ci ilin bazar qiymətləri əsas götürülmüş, həmin tarixdə mövcud qiymətlərə uyğun sığorta ödənişi həyata keçirilmiş və köhnəlmə tətbiq edilməmişdir. İş materialından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin subroqasiya tələbi ilə əlaqədar 5000 (beş min) manat "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Audi Q5” markalı 014D006 dövlət qeydiyyat nişanlı avtomibilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9565.0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iş materiallarını, qanunvericiliyin norma və tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətlərinə görə vurulmuş zəzərin 9565 manat müəyyən edilməsi və "xxxx" ASC tərəfindən iddiaçıya 5000 (beş min) manat sığorta ödənişinin həyata keçirilməsi nəzərə alınmaqla (9565- 5000=4565) iddia tələbi qismən təmin edilməli, cavabdehdən vurulmuş zərərə görə subroqasiya tələbi üzrə 4565 (dörd min beş yüz altmış beş) manat pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 84.57 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4565 (dörd min beş yüz altmış beş) manat və 84 (səksən dörd) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu iddiaçı “"xxxx"” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar