Məhkəmə qərarları › İş №e-2(022)-418/2025

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-418/2025

23.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-418/2025 23.05.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi, iddiaçı “X7” X12 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X7” X12 Cavabdeh qarşı “özünəməşğulluğa kömək göstərilməsinə dair müqavilə üzrə istifadəyə verilmiş avadanlıqların natura şəklində geri qaytarılması tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: Özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər, yəni 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A), 1 ədəd m ıikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cmx40cmx14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69 sm x123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1,9KWh/24h, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2-1, birbaşa soyutma sistemi: ice City BC- 425), 1 ədəd elektron tərəzi 40 kq (BEİCHEN 40 kq), 1 ədəd iş masası (metal, paslanmayan polad, 120smx60smx80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelleri ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqları, HLZ 120*60*80) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 11 avqust tarixli müqavilə və 2022-ci il 11 avqust tarixli aktla vətəndaş Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğun təşkili Qaydası’’nın tələblərinə əsasən, özünüməşğuiluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olubolmamasının yoxlanılması ilə bağlı monitorinq keçirilmiş və 2024-ci il 1 may tarixli yekun monitorinq aktına əsasən Cavabdeh verilmiş “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər aşkar edilməmişdir. Cavabdeh aktivləri satdığını bildirmişdir. Bu barədə aktda müvafiq qeyd aparılmışdır. Agentlik tərəfindən vətəndaş Cavabdeh ünvanlanmış 05 noyabr 2024-cü il tarixli 3-17-2/2-B-54908/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivlərin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubları ilə əlaqədar Cavabdeh oğlu tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. İddiaçının tələbi: Cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh Вuludova Məhluqə Niyabxan qızı (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A)1 ədəd mikser (7 litr tutumu, 220V/50HZ, EB 7L), 1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cmx40cmx14cm BFE Ü-17B), 1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123 sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24n, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2-1, birbaşa soyutma sistemi: ice City BC-425) 1 ədəd elektron tərəzi 40 kq(BEİCHEN 40 kq) və 1 ədəd iş masasının (metal, paslanmayan polad, 120smx60smx80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelled ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqlan HLZ 120*60*80) natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş edilmişdir. Cavabddehin etirazı: Cavabdeh 21 fevral 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, avadanlıqları aldığı gündən etibarən hər ay yoxlama aparılaraq, agentliyin əməkdaşı X11 tərəfindən videoçəkilişlər edilib və şəkillər çəkilib. İddiaçı ilə aralarında bağlanan müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilə şərtlərinə əməl olunduğu təqdirdə 1 il sonra həmin avadanlıqların cavabdehin mülkiyyətinə verildiyi qeyd edilmişdir. Demək ki, 2022-ci ilin avqustun 11-dən 2023-cü ilin avqustun 11-nədək cavabdeh müqavilə şərtlərini pozmayıb ki, 2024-cü ilin may ayında da həmin avadanlıqlar onda olub. 2024-cü ilin may ayında yəni, bir il səkkiz ay sonra artıq cavabdehin mülkiyyətinə keçən avadanlıqlara monitorinq keçirilmişdir. Monitorinq zamanı avadanlıqlar yerində olub. Lakin bəziləri, xüsusilə də soyuducu saz vəziyyətdə olmadığından cavabdeh həmin əşyaları satılmağa qoymuş, lakin satmamışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd etmişdir. Tərəflərin izahatı: İddiaçı “X7” X12 nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: 11 avqust 2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X3 Filialının əməkdaşı X4 və özünəməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında akt imzalanmışdır. Akta əsasən 1 ədəd 1 kameralı və 4 mərtəbəli konveksiya sobası (maşın ölçüsü: L*W*H (mm) 835*770*575/, 220V/50HZ, tava ölçüsü: 40cmx60cm, BFE ESD-8A)1 ədəd mikser(7 litr tutumu, 220V/50HZ, EB 7L),1 ədəd fermentasiya kabinəsi, 6 mərtəbəli (maşın ölçüsü: BFE WG-6D), 1 ədəd xəmir topları üçün qablar (ölçüsü: 66cmx40cmx14cm BFE Ü-17B),1 ədəd soyuducu (virtin) (şüşə, 200smx69smx123sm, yenilənmiş gərginlik/tezlik: 220V/50HZ, enerji sərfiyyatı: 1.9KWh/24n, soyuducu doldurma tutumu: R134a 130g, işləmə temperaturu: 2-1, birbaşa soyutma sistemi: ice City BC-425)1 ədəd elektron tərəzi 40 kq(BEİCHEN 40 kq) vəl ədəd iş masasının (metal, paslanmayan polad, 120smx60smx80sm, paslanmayan poladdan hazırlanmış, fırçalanmış, mətbəx MDF panelled ilə təchiz olunub, üst səthi düz, biri rəfin altındadır, 38 mm diametrli dəyirmi boru ayaqlan HLZ 120*60*80) avadanlıqları X1 təhvil verilmişdir. 11 avqust 2022-ci il tarixli, 2022/ÖM/07735 saylı müqavilədən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 ilə özünəməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh arasında özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının 05 noyabr 2024-cü il tarixli, 3-172/2-B- 54908/2024 saylı məktubundan görünür ki, 01 may 2024-cü il tarixdə Cavabdeh ünvanında aparılan monitorinq zamanı istifadəsinə verilmiş əmlıaklardan sözügedən müqavilənin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyi aşkarlanmışdır. 01 may 2024-cü il tarixdə keçirilmiş monitorinqi əks etdirən video görüntlərdən müəyyən olundu ki, monitorinq müqavilənin müddəti bitdikdən sonra, Cavabdeh yaşadığı ünvanın həyətində aparılmış, mübahisə predmeti olan avadanlıqların nasaz olması səbəbindən Cavabdeh tərəfindən satışa qoyulduğu bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.15-ci maddəsinə əsasən özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir; 8.0.5-ci maddəsinə əsasən şəxslərin qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi, sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi məqsədi ilə onlara köməklik göstərilməsi; 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünəməşğulluğun təşkili Qaydası”nın: 2.1-ci bəndinə əsasən özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir: 2.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi; 8.2-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi ildə ən azı iki dəfə foto və ya videoçəkilişdən istifadə etməklə aparılır; 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi, özgəninkiləşdirdiyi, digər şəxsin istifadəsinə verdiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389-cu maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında müqavilə münasibətləri “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən yaranmışdır. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2022-ci il 11 avqust tarixli 2022/ÖM/07735 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Un məmulatı istehsalı” zərfinə daxil olan aktivlər natura şəklində, akt əsasında verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəf mübahisə predmeti olan əşyaları cavabdehə özünüməşğulluq, yəni, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi, eləcə də, sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsində köməklik göstərilməsi məqsədilə verilmişdir. Özünüməşğulluq, yəni, şəxsin müstəqil surətdə və ya dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi, ölkəmizdə sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi məqsədilə dəstək üslubu kimi mühüm bir konsepsiyadır. Bu, həm fərdi şəxslərin iqtisadi müstəqilliyini təmin edir, həm də ölkənin iqtisadiyyatının dövriyyəsini artırmağa kömək edir. Nəzərə almaq lazımdır ki, hazırkı mülki iş üzrə irəli sürülmüş iddia tələbinin əsaslılığına münasibətdə sübutemə yükü iddiaçı tərəf olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 üzərindədir. Məhkəmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 izah edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin pozulmasına dair Cavabdeh məsuliyyətinə dair xüsusatları aşkara çıxarmaq və bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etmək iddiaçı tərəfin üzərinə düşür. Burada, iddiaçının məhkəməyə, cavabdeh tərəfindən mübahisəli əşyaların təyinatı üzrə istifadə edilmədiyinə dair dəlil təqdim etməsi tələb olunur. İddia tələbi üzrə sübutetmə yükünün iddiaçının üzərində olması nəzərə alınmaqla onun tərəfindən müvafiq müqavilənin qüvvədə olduğu müddət ərzində monitorinqin keçirilməsini, cavabdeh tərəfindən ona verilmiş əmlakın təyinatına uyğun olmayaraq istifadə etməməsi və müqavilə şərtlərinə əməl edilməməsini sübut edən müvafiq sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Bu hal da, iddiaçının müqavilənin qüvvədə olduğu müddət ərzində cavabdeh tərfindən ona verilmiş əmlakın təyinatı üzrə istifadə olunmadığını sübut edə bilməməsi ilə nəticələnmişdir. Cavabdeh X2 məhkəməyə bildirdiyi iddia ərizəsinə etirazla müəyyən olunmuşdur ki, iddiaçı tərəf müqavilənin qüvvədə olduğu müddət ərzində deyil, müqavilə müddətinin bitməsindən bir il səkkiz ay sonra avadanlıqlara dair monitorinq həyata keçirmiş və avadanlıqların geri qaytarılması tələb olunmuşdur. Göstərilən bu əsas müqavilə şərtlərinə uyğunluq baxımından şübhələr yaradaraq, iddiaçının sübutetmə yükünü daha da ağırlaşdırmışdır. Tərəflər arasında bağlanan müqavilənin 3.1.2-ci bəndinə əsasən müqavilə şərtlərinə əməl olunduğu təqdirdə 1 il sonra həmin avadanlıqların cavabdehin mülkiyyətinə verildiyi qeyd edilmişdir. Müqavilə şərtlərinin pozulması ilə bağlı məhkəmə bildirir ki, əgər cavabdeh tərəfindən bu şərtlərə əməl edilməsə idi, həmin avadanlıqlar 2022-ci ilin avqustun 11-dən 2023-cü ilin avqustun 11-nədək iddiaçı tərəfindən geri tələb edilməli idi. Məhkəmə araşdırılması zamanı həmin bir il ərzində məsələ ilə əlaqədar pozuntunun aşkar olunmadığı, eləcə də avadanlıqların geri qaytarılması ilə bağlı heç bir tədbirin görülmədiyi məlum olmuşdur. Belə ki, iddiaçı təşkilat tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünəməşğulluğun təşkili Qaydası”nın 2.1.5-ci bəndinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi aparılması imperativ norma olaraq təsbit olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yalnız bu müddətin bitməsindən sonra, yəni 01 may 2024-cü il tarixdə müvafiq monitorinq aparılmışdır ki, bu da qanunvericiliyin tələblərinə ziddir. İddiaçı iddia ərizəsində göstərir ki, Cavabdeh mübahisə predmeti olan əmlakı özgəninkiləşdirmişdir. Bu tələbə münasibətdə cavabdehin artıq onun mülkiyyətinə keçmiş əmlakın özgəninkiləşdirmək hüququ olmasına baxmayaraq, onları satmadığı, yalnız istifadəyə yararsız olması əsası ilə satışa qoyduğu aşkar olunmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehə bu hüququ məhs iddiaçı tərəf onlar arasında bağlanan müqavilənin 3.1.2-ci bəndinə əsasən vermişdir. Lakin iddiaçı tərəfindən cavabdehə göndərilmiş 05 noyabr 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, mübahisə predmeti olan əmlakın qaytarılması 01 may 2024-cü il tarixdə keçirilmiş monitorinq nəticəsində “təyinat üzrə istifadə edilməmə (özgəninkiləşdirmə)” əsası ilə qaytarılması tələb olunmuşdur. Bununla əlaqədar olaraq məhkəmə bildirir ki, iddiaçı tərəf həmin tələb hüququnu aşağıdakı əsaslara görə həyata keçirə bilməz:

1. Monitorinq qanunvericiliyin tələbinə uyğun olaraq müqavilənin qüvvədə olduğu müddət ərzində deyil, bu müddətin keçməsindən sonra aparılmış;

2. Cavabdeh həmin əmlakı özgəninkiləşdirməmiş, yalnız istifadəyə yararsızlıq səbəbi ilə sataraq, özünüməşğulluq məqsədilə vəsait əldə etmək istəmiş, baxmayaraq ki, həmin əmlakı özgəninkiləşdirmək Cavabdeh dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı tərəf göstərilən pozuntulara (müqavilənin qüvvədə olduğu müddət ərzində ən az iki dəfə monitorinqin aparılması, bu müddət ərzində mübahisə predmeti olan əmlakın təyinatı üzrə istifadə edilməməsi və həmin müddət ərzində onların özgəninkiləşdirilməsi) dair iddianın təmin edilməməsini istisna edə bilən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar