Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № e-2(022)-648/2023 13.07.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış evindən çıxarılmaları tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 izahatında göstərilmişdir ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(022)-1641/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərracın yekunları barədə xx.xx.2017-ci il tarixli 35/12 nömrəli protokol əsasında İddiaçı ASC tərəfindən əldə edilmişdir və əmlaka dair bankın mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış sahəsini bir ay ərzində boşaltmalı olduqları halda, bu günədək vəzifələrini icra etməmişlər. Sonda iddiaçının nümayəndəsi X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və həmin yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə prosesinə gələ bilməyəcəyini və işin təxirə salınmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 2(022)-1641/2015 saylı 21 dekabr 2015-ci il tarixli qətnamısinə əsasən cavabdehlər X4 və Cavabdeh1 kredit borcuna görə ödənildiyi vaxt Azərbaycan Respublikası manatı məzənnəsi ilə 42975.73 ABŞ dolları və dövlət rüsumuna görə isə 30 manat alınıb İddiaçı ASC-yə verilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Biləsuvar şəhəri, M.B.Qasımov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 132 kvm ümumi, 65.9 kvm əsas, 66.1 kvm köməkçi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 15A nömrəli fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 35/12 saylı protokoldan görünür ki, 02 iyun 2017-ci il tarixdə Biləsuvar rayon məhkəməsinin 2(022)-1641/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinin, Biləsuvar rayonu üzrə icra şöbəsinin 1364/2016 saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubunun və İddiaçı ASC-nin 2644 saylı xx.xx.2017-ci il tarixli məktubunun icrasına əsasən Cavabdeh1 məxsus Biləsuvar şəhəri M.B.Qasımov küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 132 kvm ümumi, 65.9 kvm əsas, 66.1 kvm köməkçi sahədən ibarət 1 mərtəbəli 5 otaqlı 15A nömrəli fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 22312.50 manata İddiaçı ASC-nə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən № ******* saylı Çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində ümumi sahəsi 132 kvm olan fərdi yaşayış evi (**********66-10301 daşınmaz əmlakın reyestr nömrəsi ilə ********** qeydiyyat nömrəsi ilə) xx.xx.2018-ci il tarixdə tam pay olaraq İddiaçı ASC-nin adına mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində 6 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. işin mübahisəsiz hallarından müəyyən edilir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində İddiaçı ASC mülkiyyətində olan torpaq sahəsi və orada mövcud olan fərdi yaşayış evinə dair sərbəst sərəncam vermək hüququndan məhrum edilmişdir. Beləliklə, məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatnı dinləyərək, sübutları hərtərəfli araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin mülkiyyətinə verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalı və həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Mirili X3 şəhəri M.B.Qasımov küçəsi 15A ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın və həmin yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat məbləğdə pul vəsaiti tutularaq İddiaçı ASC-nə ödənlsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №e-2(022)-648/2023
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(022)-648/2023
13.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver