Məhkəmə qərarları › İş №e-2(022)-667/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-667/2023

03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-667/2023 03.05.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı 13.700 manat məbləğində pulun, 3.500 manat məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143 manat 40 qəpik, habelə hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilən vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə baxaraq, MÜƏYYƏNETDİ: 02 may 2023-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 13.700 manat məbləğində pulun, 3.500 manat məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143 manat 40 qəpik, habelə hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilən vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Həmin iddia ərizəsi Azərbaycan Respublkası MPM-nin 35.1 və 149.2.1-ci maddələrinin tələblərinə cavab vermir. Belə ki, Azərbaycan Respublkasının MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərədə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində verilir. Lakin məhkəmə daxil olmuş iddia ərizəsində iş üzrə Cavabdeh poçt ünvanı qismində ünvan 1PM-nin 149.2.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı göstərilməlidir. Halbuki, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı qismində Bərdə Rayon Məhkəməsi kimi qeyd edilmiş, iddia ərizəsi isə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.1 və 152.1.3-cü maddələrinə maddələrinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı 13.700 manat məbləğində pulun, 3.500 manat məbləğində əldən çıxmış faydanın, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 143 manat 40 qəpik, habelə hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilən vəsaitin əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar