Məhkəmə qərarları › İş №e-2(022)-949/2025

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №e-2(022)-949/2025

30.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № e-2(022)-949/2025 30.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Competo” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X2 qarşı iddia ərizə ilə müraciət edərək, cavabdeh X1 11.078,07 (on bir min yetmiş səkkiz manat yeddi qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, məhkəmə xərclərinin və 135,56 (yüz otuz beş manat əlli altı qəpik) məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 16 dekabr 2024 – 17 mart 2025-ci il tarixləri arasında baş vermiş texniki yanlışlıq nəticəsində İddiaçı (bundan sonra – “İddiaçı”) tərəfindən X3 adlı şəxsin (bundan sonra – “Cavabdeh”) bank hesabına hissə-hissə olmaqla, ümumilikdə 11.078,07 (on bir min yetmiş səkkiz manat yeddi qəpik) məbləğində vəsait köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış, yaranmış vəziyyətin izahı verilmiş və köçürülmüş vəsaitin könüllü şəkildə geri qaytarılması tələb edilmişdir. Lakin cavabdeh bu tələbləri yerinə yetirməkdən boyun qaçırmış, nəticədə ödənişin könüllü qaydada geri qaytarılması təmin olunmamışdır. Qeyd olunan ödəniş iddiaçı ilə cavabdeh arasında bağlanmış hər hansı bir müqavilə, öhdəlik və ya digər hüquqi münasibət əsasında həyata keçirilməmişdir. Sözügedən köçürmə sırf texniki səhv nəticəsində baş vermiş, hüquqi əsası mövcud olmamış və bu səbəbdən həmin əməliyyat Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənən əsassız varlanma halı kimi qiymətləndirilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən İddiaçı nümayəndəsi tərəfindən iddia ərizəsinin imzalaması müəyyən olunmur. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: …152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; Şərh olunanlara əsasən və MPM-in 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh X2 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar