Məhkəmə qərarları › İş №e-2(023)-1210/2024

Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1210/2024

26.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1210/2024 26.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Qazax Rayon Məhkəməsinin hakimi Mansırov Elçin Faxrəddin oğlu, iddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyənetdi: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 7443,29 manat, işsizlikdən sığorta fonduna olan 411,44 manat, icbari Tibbi Sığorta Fonduna olan 1644,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (doğulduğu tarix xx xxxx 1962-ci il, doğulduğu yer Azərbaycan, Qazax ray, Kəmərli K, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər göstərilmişdir. 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında. 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında: 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında; 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında; 305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Göründüyü kimi iddiaçı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi Azərbaycan Respublikası MPMnin XXX Fəslində qeyd oluna xüsusi icraat qaydasında baxılmalı işlər sırasındadır. Beləliklə, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməli, cavabdehin olduğu yerin məhkəməsində xüsusi icraatı qaydasında ərizəçinin məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar