Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1237/2024 07.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 və maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə mülki işə 07 avqust 2024-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 7443,29 manat, İşsizlikdən sığorta fonduna olan 411,44 manat, İcbari Tibbi Sığorta fonduna olan 1644,43 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan Qazax Rayonu Qazax Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 411,44 manat, Dövlət Sosial Müdafiə Fonduna 7443,29 manat, İcbari Tibbi Sığorta Fonduna 1644,43 manat olmaqla, ümumilikdə 9499,16 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********935900, xx.xx.2024-cü il tarixli **********200200, xx.xx.2024-cü il tarixli **********386900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bu səbəbdən də, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Odur ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri Cavabdeh (xx xxxx 1962-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuş, şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında borcunu ödəyəcəyini deyərək, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunan hüquqi şəxs haqqında məlumatdan görünür ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin rəhbəri Cavabdeh olmaqla xx.xx.2000-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********* saylı VÖEN verilmişdir. xx.xx.2024-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********0 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin həmin tarixə olan işsizlikdən sığorta haqqı üzrə 379.64 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 32.56 manat, inzibat cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat ümumilkidə 412.20 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin həmin tarixə olan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 12.411.07 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 1,358.52 manat, inzibat cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat ümumilkidə 13,769,59 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli İcbari tibbi sığorta haqqları üzrə borcun ödənilməsinə dair **********8 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonu X1 tibbi sığorta haqları üzrə 1,464.15 manat, maliyyə sanksiyaları üzrə 0.00 manat, faizlər üzrə 180.28 manat, inzibat cərimə üzrə 0.00 manat, digər üzrə 0.00 manat ümumilkidə 1,644.43 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xəbərdarlıq məktubundan görünür ki, vergi ödəyicisi olan Qazax rayonu Qazax Bələdiyyəsinin xx.xx.2024-cü il tarixə olan vergi borcu 16628,88 manat təşkil etmiş və həmin borcun 15 gün müddətində ödənilməsi tələb edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin xx.xx.2000-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********* saylı VÖEN verilmişdir. Hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin rəhbəri Cavabdehdur. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin rəhbəri Cavabdeh (VÖEN 4********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun İşsizlikdən sığorta fonduna 411,44 manat, Dövlət Sosial Müdafiə Fonduna 7443,29 manat, İcbari Tibbi Sığorta Fonduna 1644,43 manat olmaqla, ümumilikdə 9499,16 manat borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində Fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12–ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri xx xxxx 1962-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 355-5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayonu Qazax Bələdiyyəsinin icra orqanının rəhbəri xx xxxx 1962-ci ildə Qazax rayonu Kəmərli kəndində doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-1237/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1237/2024
07.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver