Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-132/2024 15.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 15 avqust 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2445 manat əmlaka dəymiş ziyanın, hüquqi yardım göstərilmsi üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat xidmət haqqının, cəmi 2665 (iki min altı yüz altmış beş) manat pul alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 06 sentyabr 2023-cü il tarixdə saat 10:34 radələrində etibarnamə əsasında idarə etdiyi ** ET *** nömrəli Honda İnsight markalı avtomobillə yol hərəkəti qaydasını pozaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Abşeron Rayon Polis İdarəsinin Yol Polis Şöbəsi tərəfindən Cavabdeh barəsində 06 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxili, 3(012)-1683/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati həbs növündə tənbeh cəzası təyin edimişdir. Hadisə zamanı xəsarət alan olmasada, avtomaşınına maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan ** ET *** dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtomaşına 2445 manat məbləğində maddi ziyan dəymiş və həmin avtomaşını öz vəsaiti əsasında təmir etdirmişdir. Məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin 05 saylı zərər aktı ilə çəkilmiş 2445 manat manatlıq xərc təsdiqlənmişdir. Dəfələrlə zərər vurana müraciət etməsinə baxmayaraq o, qeyd olunan pul məbləğinin ödənilməsindən və avtomobilin təmir olunmasında ona kömək etməkdən imtina etmişdir. İnzibati xəta üzrə protokola baxılan zaman onun əmlakına vurulmuş ziyanla bağlı məsələ həll edilmədiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən cavabdehdən 2445 manat əmlaka dəymiş ziyanın, hüquqi yardım göstərilmsi üçün vəkilə ödənilmiş 220 (iki yüz iyirmi) manat xidmət haqqının, cəmi 2665 (iki min altı yüz altmış beş) manat pul alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi teleqramda üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd edərək, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxili, 3(012)-1683/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati həbs növündə tənbeh cəzası təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05 saylı zərər aktından görünür ki, İddiaçı məxsus olan Honda İnsight markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cəmi 2445 manat məbləğində zərər dəymişdir. 20 iyul 2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı Honda İnsight markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixədək idarə etmək səlahiyyəti vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli, 9/1047 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 5№-li zərər aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı "Honda İnsight” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2295,00 manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh etibarnnamə əsasında idarə etdiyi “Honda İnsight” markalı minik markalı avtomobili ilə yol hərəkəti qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və bu hadisə nəticəsində Honda İnsight markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomaşına 2445 manat məbləğində maddi ziyan vurmuşdur. Səlahiyyətli orqanın müvafiq qərarına əsasən həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş maddi zərər bilavasitə cavabdehin hüquqazidd əməlləri nəticəsində vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, o, avtomobilinə dəymiş maddi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə, cavabdehdən tutulacaq zərərin məbləğini araşdıraraq qeyd edir ki, İddiaçı iddia tələbində avtomobilinə dəymiş maddi zərərin məbləğini 2445 manat qeyd etsə də, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən avtomobilin təmir bərpa xərci təxminən 2295,00 manat təşkil edir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh avtomobilə dəymiş ziyanın təmir bərpa xərci olan 2295,00 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 219 manat pul köçürülmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan vəkil xərci və ekspertiza xərci də cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 219 manat vəkil xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2295,00 (iki min iki yüz doxsan beş) manat maddi zərər alınaraq İddiaçı ödənilsin. Cavabdeh vəkil xərcinə görə ödənilmiş 219 (iki yüz on doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-132/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-132/2024
15.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver