Məhkəmə qərarları › İş №e-2(023)-1490/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1490/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1490/2025 01.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə barədə ərizəsi üzrə mülki işə 01 avqust 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 177,71 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1705,59 manat, İşsizlikdən sığorta fonduna olan 105,26 manat, İcbari Tibbi Sığorta Fonduna olan 447,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan X2 Edənlər Birliyinin işsizlikdən sığorta fonduna 105,26 manat, İcbari Tibbi Sığorta Fonduna 447,26 manat, Dövlət Sosial Müdafiə Fonduna 1656,91 manat, dövlət büdcəsinə 177,71 manat məbləğində, Azərbaycan Respublikası Qazax rayonunun X1 Tibbi Sığorta Fonduna 0 manat, Dövlət Sosial Müdafiə Fonduna 0 manat, İşsizlikdən sığorta fonduna 0 manat, dövlət büdcəsinə 0 manat məbləğində, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna 48,68 manat olmaqla, ümumilikdə 2435,82 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********283300, xx.xx.2025-ci il tarixli **********680500, xx.xx.2025-ci il tarixli **********195300, xx.xx.2025-ci il tarixli **********553000, xx.xx.2025-ci il tarixli **********297400, xx.xx.2025-ci il tarixli **********139100, xx.xx.2025-ci il tarixli **********620000, xx.xx.2022-ci il tarixli **********906300, xx.xx.2021-ci il tarixli **********192000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Odur ki, borclu hüquqi şəxs Cavabdeh dövlət büdcəsinə olan ümumilikdə 177,71 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1705,59 manat, İşsizlikdən sığorta fonduna olan 105,26 manat, İcbari Tibbi Sığorta Fonduna olan 447,26 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxxxx 1971-ci il, Doğulduğu yer - Azərbaycan, Qazax; Əzizbəyli k., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, yaranmış borcun bir qismini ödəmişlər, borcun qalan hissəsi isə avqust ayı ərzində tam olaraq ödəniləcəkdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Qazax rayonunun Canalı Bələdiyyəsinin sədri Cavabdeh olmaqla xx.xx.2010-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. xx.xx.2021-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********192000 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Cavabdeh həmin tarixə olan ümumilikdə 161,88 manat, o cümlədən muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 154,54 manat, faizlər üzrə 7,34 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********906300 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonunun Canallı Bələdiyyəsinə həmin tarixə olan ümumilikdə 44,85 manat, o cümlədən maliyyə sanksiyaları üzrə 40,02 manat, faizlər üzrə 4,83 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********62000 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonunun Canallı Bələdiyyəsinə həmin tarixə olan ümumilikdə 85,92 manat, o cümlədən 74,68 manat işsizlikdən sığorta haqqı üzrə, 11,24 manat faizlər üzrə vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********139100 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonunun Canallı Bələdiyyəsinə həmin tarixə olan ümumilikdə 1404,21 manat, o cümlədən muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 1095,19 manat , faizlər üzrə 309,02 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********297400 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs Qazax rayonunun Canallı Bələdiyyəsinə həmin tarixə olan ümumilikdə 514,68 manat, o cümlədən icbari tibbi sığorta haqları üzrə 432,59 manat , faizlər üzrə 82,09 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********283300 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs X2 Edənlər Birliyinə həmin tarixə olan ümumilikdə 1659,11 manat vergi borcu, o cümlədən muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 1358,20 manat, faizlər üzrə 300,91 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********680500 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs X2 Edənlər Birliyinə həmin tarixə olan ümumilikdə 447,26 manat vergi borcu, o cümlədən icbari sığorta haqları üzrə 374,40 manat, faizlər üzrə 72,86 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********195300 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs X2 Edənlər Birliyinə həmin tarixə olan ümumilikdə 105,43 manat vergi borcu, o cümlədən işsizlikdən sığorta haqqı üzrə 89,17 manat, faizlər üzrə 16,26 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********553000 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs X2 Edənlər Birliyinə həmin tarixə olan ümumilikdə 304,15 manat vergi borcu, o cümlədən vergilər üzrə 145,86 manat, faizlər üzrə 38,29 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. Qazax rayonunun Canallı Bələdiyyəsinin, X2 Edənlər Birliyinin və Cavabdeh Şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Qazax rayonunun Canallı Bələdiyyəsinin, X2 Edənlər Birliyinin və Cavabdeh xx.xx.2025-ci il tarixə olan vergi borcu ümumilikdə 2435,82 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, hüquqi şəxs Cavabdeh xx.xx.2010-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Hüquqi şəxs Qazax rayon Canallı Bələdiyyəsinin sədri Cavabdehdur. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayon Canallı Bələdiyyəsinin sədri Cavabdeh (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə ümumilikdə 2435,82 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayon Canallı Bələdiyyəsinin sədri xx.xx.1971-ci ildə Qazax rayonu, Əzizbəyli kəndində doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 355-5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayon Canallı Bələdiyyəsinin sədri xx.xx.1971-ci ildə Qazax rayonu, Əzizbəyli kəndində doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar