Məhkəmə qərarları › İş №e-2(023)-1521/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1521/2023

14.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1521/2023 14.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil1 oğlunun, Cavabdeh X6, Cavabdehlər X15 və X8 nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər X15 və X13 qarşı borc tələbi barədə mülki işə 14 dekabr 2023-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X15 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 20000 manat və cavabdeh X7 16600 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X9 geyim əşyalarının satışı ilə məşğul olan şəxs kimi tanımış və aralarında olan bir neçə illik şəxsi münasibətlərdən sonra sonuncunun təklifi ilə geyim əşyalarının alqı-satqısı üçün birlikdə biznes qurmaq məqsədi ilə ona müxtəlif zamanlarda hissə-hissə olmaqla ümumilikdə 20000 manat məbləğində borc pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən X15 qeyd olunan vəsaiti müxtəlif malların alqı-satqısına istifadə edərək əldə edilən gəliri onunla bölüşməli idi. Lakin artıq uzun müddət keçməsinə baxmayaraq nə əldə edilən gəlir iddiaçı ilə bölüşdürülməmiş, nədəki, alınan 20000 manat vəsait ona geri qaytarılmamışdır. Qeyd olunan halla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş və araşdırma aparılmışdır. Araşdırma zamanı X15 guya iddiaçı tərəfindən ona verilmiş pulun faiz pul olduğunu bildirmiş və alınan vəsaiti geri qaytardığını bildirmişdir. Araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakter daşıdığı müəyyən edilərək cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan məbləğin iddiaçı tərəfindən cavabdeh X10 verilməsi onların aralarında olan whatsapp danışığı və cavabdehin özü tərəfindən yazılmış yazı vasitəsi ilə sübut edilir. Eyni zamanda İddiaçı cavabdeh X6 həyat yoldaşı X13 maşın alqı-satqısı ilə məğul olmaq üçün hissə-hissə olmaqla 16600 manat vəsait borc vermiş, lakin o iddiaçının etibarından sui istifadə edərək aldığı borcu geri qaytarmamışdır. X17 barəsində də Abşeron rayon Polis İdarəsinə müraciət edilmiş, araşdırma aparılan zaman sonuncu İddiaçı qeyd olunan məbləğdə borc pul aldığını etiraf etmiş, lakin maddi imkanı olmadığı üçün borcunu geri qaytara bilmədiyini bildirmişdir. Bu fakt həmçinin X1 ilə öz təsdiqini tapır. Göründüyü kimi cavabdeh X4 20000 manat borcu və cavabdeh X11 16600 manat borcu bugünə qədər geri qaytarılmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil1 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçı Şəfəq Mehtiyeva ilə olan tanışlığa görə birlikdə iş qurmaq üçün ona müxtəlif zamanlarda hissəhissə olmaqla ümumilikdə 20000 manat məbləğində borc pul vermişdir. 8500 manat pulun verilməsinə dair 2021-ci il tarixli əlyazma qəbz vardır. Qalan 11700 manatla bağlı isə səs yazısı vardır. İddiaçı həmin pulu cavabdehə iş qurmaq üçün vermişdir. Həmin pulları verən zaman heç bir borc müqaviləsi bağlanmamışdır. İddiaçının şikayəti ilə bağlı aparılmış araşdırma zamanı verdiyi izahatı ilə 6000 manat təsdiq olunmuşdur. Bundan başqa iddiaçı cavabdeh Şəfəq Məmmədovanın əri Amur Mehtiyevə maşın alqı-satqısı ilə məşğul olmaq üçün 16600 manat pul borc vermiş, lakin Amur Mehtiyev də iddiaçıdan aldığı borcu geri qaytarmamışdır və bununla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılan zaman sonuncu İddiaçı qeyd olunan məbləğdə borc pul aldığını etiraf etmişdir. Cavabdeh X15 məhkəməyə təqdim etdiyi ərizədə iddia müddətini tətbiq etməklə, 2018-ci ildə ona verilən 3000 manat pula görə iddianın qeyri-mümkünlüyünün nəzərə alınmasını istəyir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X15 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Qazax şəhərində paltar mağazası işlədir. İddiaçı 2018-ci ildə ondan mal almışdır. Sonradan iddiaçıdan 3000 manat ayda 15% ödəmək şərti ilə pul almışdır və həmin pulu ödəmişdir. Borcla bağlı qeyd olunan qəbzi iddiaçı ona hədə-qorxu gələrək yazdırmışdır. İddiaçının ona hədə-qorxu gəlməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. İddiaçı oğlu Elsun ilə birlikdə onun evinə gələrək onun ünvanına nəlayiq ifadələr işlətmiş, daha sonra onu və həyat yoldaşını həbs etdirəcəyi ilə hədələmişdir. O iddiaçıdan aldığı borcu faizi ilə birlikdə ödəmişdir. Hazırda onun iddiaçıya borcu yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlər X6 və X8 nümayəndəsi, Vəkil2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, cavabdeh Şəfəq Mehtiyeva iddiaçıdan aldığı pulu faizi ilə birlikdə artıqlaması ilə qaytarmışdır. İddiaçı da cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda 8000 manat aldığını etiraf etmişdir. Sözügedən qəbz və səs yazısı nümayəndəsi olduğu X10 məcburi qaydada yazırılmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cavabdeh X15 tərəfindən yazılmış və imzalanmış qəbzdən görünür ki, xx.xx.2021. 8500 imza. X18 q. Borcluyam. İddiaçı. Qeyd edilmişdir. Cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, araşdırma zamanı X15 verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildə İddiaçı faizlə 1500 manat pul almışdır, lakin sonradan pulu faizi ilə birlikdə tam olaraq qaytarmışdır. Sonradan hər dəfə ona pul lazım olanda İddiaçı faizə borc kimi pul almış, faizi artıq olduğu üçün qaytara bilməyəndə onu hədələməyə və şantaj etməyə başlamışdır. 2021-ci ildə İddiaçı oğlu Elsun ilə birlikdə onun evinə gələrək onun ünvanına nəlayiq ifadələr işlətmiş, daha sonra onu və həyat yoldaşını həbs elətdirəcəyi ilə hədələmişdir. O, 2018- ci ildə İddiaçı 3500 manat pulu faizə götürmüş, həmin pulu faizi ilə birlikdə təxminən 40000-50000 manat olmaqla qaytarmışdır, sonradan onu İddiaçı oğlanları ilə birlikdə hədələdiyi üçün 11.700 manat borcunun olmasını bildirmişdir, lakin onun İddiaçı hazırda heç bir məbləğdə pul borcu qalmamışdır. Araşdırma zamanı X17 da verdiyi izahatında göstərmişdir ki, 2018-ci ildə İddiaçı ilə Qazax rayonunda tanış olmuşdur, təxminən 2 il bundan əvvəl avtomaşının mühərriki nasaz olduğundan İddiaçın 3000 manat pul 15% -lə borc almışdır, lakin vaxtında pulu qaytara bilmədiyindən İddiaçı faizin üstünə əlavə pul artırmuş, xx.xx.2023-cü il tarixinədək təxminən 27.000 manat faiz pul ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 ondan borc faizə pul almış və həyat yoldaşıda hədə altında olduğu üçün ona ödənişlər etmişdir O, şəxsən 16 000 manat pul faiz olaraq İddiaçı almış, həmin pulun 10.000 manatını qaytarsada yerdə qalan 6000 manat pulu maddi imkanı ilə bağlı olaraq ödəyə bilməmişdir. Məhkəmə iclasında elan edilmiş, X16 və X3 yazısı barədə diskdən görünür ki, X17 iddiaçının oğlu ilə danışan zaman onun anası İddiaçı 16 000 manat borcunun olduğunu, X3 yazısında isə onun İddiaçı 11 700 manat borcunun olduğunu və həmin səs yazısının ona və oğluna məxsus olmasını etiraf etmişdir. Ödəniş qəbzlərindən görünür ki, 12.10.22-ci il tarixdə 180 manat, 05.12.22-ci il tarixdə 30 manat, 09.01.23-cü il tarixdə 350 manat, 03.04.23-cü il tarixdə 791 manat, xx.xx.2023-cü il tarixdə 215 manat pul İddiaçı kart hesabına göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə, eləcə də xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda əks olunmuş cavabdehlərin izahatı ilə müəyyən olunur ki, cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı və Şəfəq Mehtiyevaya məxsus səs yazısı ilə onun İddiaçı 11.700 manat borcunun olmasını öz təsdiqini tapmışdır. Bundan başqa X2 Aqibət İskra qızından 16000 manat faizə pul aldığını, həmin məbləğin 10000 manatını qaytardığını, qalan 6000 manat pulu maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirsə də, X8 iddiaçı oğlu ilə danışan zaman onun anası İddiaçı 16 000 manat borcunun olduğunu etiraf etmişdir. X8 iddiaçıya olan borcundan 10000 manat qaytarmasını bildirsə də, həmin borcu ödəməsi ilə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hazırkı iddia tələbi ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə düşür. Bundan başqa X15 tərəfindən təqdim edilmiş 12.10.22-ci il tarixdə 180 manat, 05.12.22-ci il tarixdə 30 manat, 09.01.23-cü il tarixdə 350 manat, 03.04.23-cü il tarixdə 791 manat, xx.xx.2023-cü il tarixdə 215 manat pul İddiaçı kart hesabına göndərilmişdir. Odur ki, iddi qismən təmin edilməli, X5 10.144 manat və X7 16000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin X10 aid olan 9856 manat hissəsində və X12 aid olan 600 manat hissəsində qiymət verərək hesab edir ki, həmin məbləğlərdə pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, nə də cavabdehlər tərəfindən həmin pulun alınması etiraf edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə, iş üzrə Cavabdeh X6 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin araşdırılması zamanı müəyyən etdi ki, sözügedən borc müqaviləsinin 2018-ci il tarixdən yaranması ilə bnağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, hazırkı iddia tələbinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsaslanıb, iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2- ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun İsa borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyibsə, öhdəliyə xitam verildiyini təsdiqləyir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X5 10.144 (on min bir yüz qırx dörd) manat və X7 16000 (on altı min) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar