Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-1527/2025 11.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə 11 avqust 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 5639,98 manat, İşsizlikdən sığorta fonduna olan 83,1 manat, İcbari Tibbi Sığorta Fonduna olan 903,87 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Qazax Rayonu Xanlıqlar Bələdiyyəsinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 83,1 manat, Dövlət Sosial Müdafiə Fonduna 5639,98 manat, İcbari Tibbi Sığorta Fonduna 903,87 manat olmaqla, ümumilikdə 6626,95 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********385000, xx.xx.2025-ci il tarixli **********424600, xx.xx.2024-cü il tarixli **********242700 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, borclu hüquqi şəxs Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna olan 5639,98 manat, İşsizlikdən sığorta fonduna olan 83,1 manat, İcbari Tibbi Sığorta Fonduna olan 903,87 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində (Doğulduğu tarix - xx xxxx 1990-cı il, Doğulduğu yer - RUSİYA FEDERASİYASİ, ROSTOV VİL., Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - 4YHCSŞV şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, vergi borcunu ödəmədiyindən hazırki borc yayınmışdır, borcu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, hüquqi şəxs Azərbaycan Respublikası Qazax rayonunun Xanlıqlar Bələdiyyəsinin sədri Cavabdeh olmaqla xx.xx.2000-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. xx.xx.2024-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********242700 nömrəli bildirişdən görünür ki, Cavabdeh həmin tarixə olan ümumilikdə 993,29 manat, o cümlədən İcbari Tibbi Sığorta haqları üzrə 662,69 manat, faizlər üzrə 330,60 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********385000 nömrəli bildirişdən görünür ki, Cavabdeh həmin tarixə olan ümumilikdə 83,48 manat, o cümlədən işsizlikdən sığorta haqları üzrə 63,60 manat, faizlər üzrə 19,88 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********424600 nömrəli bildirişdən görünür ki, Cavabdeh həmin tarixə olan ümumilikdə 5997,02 manat, o cümlədən muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə 4509,40 manat, faizlər üzrə 1487,62 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. Qazax rayonunun X1 hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan Qazax rayonunun Xanlıqlar Bələdiyyəsinin xx.xx.2025-ci il tarixə olan vergi borcu ümumilikdə 6626,95 manat borcu vardır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, hüquqi şəxs Cavabdeh xx.xx.2000-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Hüquqi şəxs Qazax rayon Xanlıqlar Bələdiyyəsinin sədri Cavabdehdur. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayon Xanlıqlar Bələdiyyəsinin sədri Cavabdeh (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə ümumilikdə 6626,95 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayon Xanlıqlar Bələdiyyəsinin sədri xx xxxx 1990-cı ildə Rusiya Federasiyası, Rostov Vilayətində doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi - 4YHCSŞV, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 355-5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs Qazax rayon Xanlıqlar Bələdiyyəsinin sədri xx xxxx 1990-cı ildə Rusiya Federasiyası, Rostov Vilayətində doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi - 4YHCSŞV, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1527/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-1527/2025
11.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver