Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № e-2(023)-1913/2025 20.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Musayev Nemət Əlimusa oğlu, Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı CavabdehNƏ qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehNƏ qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiasının təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə e-kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, onların iştirakı olmadan baxılmasını və ekspertizaya göndərilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Lakin məhkəməyə daxil olmuş, iddia ərizəsi formasına və məzmununa riayət edilmədikdə və siyahıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və həmin Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ : İddiaçı CavabdehNƏ qarşı torpaq sahəsinin naturada bölünməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qazax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-1913/2025
Qazax Rayon Məhkəməsi Qərardad — İş №e-2(023)-1913/2025
20.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver