Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-2168/2025 17.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı 2 saylı X2 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı X2 Mərkəzi Cavabdeh qarşı Meşə fondu sahəsində özbaşına malqara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 506 manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 2 saylı X2 Mərkəzinin hesabına tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 2 saylı X2 Mərkəzi iddianı onunla əsaslnadırmışdır ki, 2 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə mərkəzin Avey meşəbəyliyinin 6 saylı meşə olayısında reyd keçirən zaman Qazax rayonu Daş Salahlı kənd sakini X1 tərəfindən özbaşına olaraq malqarasını Dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1 maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində Dövlət meşə fonduna AR NK-nin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 506 (beş yüz altı) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2025-ci il tarixli 3-14-27-12/2-239/2025 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, bildridi ki, cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasının meşə fondunun sahəsinə gətirib otarması nəticəsində iddiaçı təşkilata 506 manat maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, mal-qarasını meşə fonduna aid torpaq sahəsində otarmışdır. Lakin həmin torpaq sahəsinin meşə fonduna məxsus olmasını bilmirdi. Meşə fondunun əməkdaşları ona xəbərdarlıq etmişlər ki, meşə fonduna məxsus olan torpaq sahəsində mal-qaranı otarmasın, lakin hansı torpaq sahəsinin meşə fonduna aid olmasını bilməmişdir. Meşə fonduna vurduğu ziyanı hissə-hissə ödəyəcəkdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İşdə olan 01 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində Azərbaycan Respublikası İXMnin 400 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 2 saylı X2 Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh 2 saylı X2 Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə Avey meşəbəyliyinin 6 saylı meşə dolayısının ərazisində özbaşına mal-qara otarmaqla Azərbaycan Respublikası İXM-nin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyinizə dair 2 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol tərtib edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan 2 saylı X2 Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-14-27-12/2- 239/2025 saylı məktubundan görünür ki, Dövlət meşə fonduna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasnda aparılmış hesablamalarla ümumilikdə 506 manat məbləğində maddi zərərin vuruiması müəyyən edilmişdir. Zərər məbləğini 10 gün müddətində könüllü ödəmədiyi təqdirdə vurulmuş zərərin könüllü ödəməkdən imtina kimi qiymətləndirilməklə məhkəməyə iddia ərizəsi veriləcəyi barədə Cavabdeh bildirilmişdir. İş materiallarında olan 01 dekabr 2025-ci il tarixli, 010403 nömrəli aktın surətindən görünür ki, Avey meşəbəylinin 6 saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı Qazax rayonu Daşsalahlı kənd sakini Cavabdeh 6 saylı dolayının ərazisində qanunsuz olaraq 172 baş qoyun, 29 baş keçi olmaqla cəmi 201 baş xırda buynuzlu mal-qaranın aşkar etmişlər. Yoxlama zamanı müəyyən edildi ki, 6 saylı Cavabdeh izahat alınmış, lakin akta imza imza etməkdən imtina etmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində meşə fonduna 506 manat məbləğində zərər vurulmuş, lakin Cavabdeh tərəfindən 506 manat məbləği hazırki tarixədək ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. «Meşə Qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli 145 saylı Qərarının 2-ci bəndinə görə «Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş «Respublika meşələrində əsas meşə və kol cinslərinin köküstə buraxılış nırxları»nda işlik oduncağa (qabıqsız) görə altı yüksəldici əmsal və oduna (qabıqla) görə on yüksəldici əmsal tətbiq edilmişdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilməli, meşə fonduna vurulmuş zərərin əvəzi qismində 506 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət büdcəsi nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: 2 saylı X2 Mərkəzinin iddiası təmin edilsin. Cavabdeh 2 saylı X2 Mərkəzinin xeyrinə vurulmuş zərərin əvəzi qismində 506 manat məbləğində pul vəsaiti tutulsun. Dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti Cavabdeh dövlət büdcəsinin nəfinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Mansırov
Məhkəmə qərarları › İş №e-2(023)-2168/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-2168/2025
17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver