Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-22/2024 20.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsinin açıq hərracda satılması tələbinə dair mülki işə 20 fevral 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 m2, yaşayış sahəsi 40,8 m2, yardımçı sahəsi 35,6 m2 olan fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, xx.xx.2022 tarixli ********** nömrəli qeydə əsasən ev üzərində İddiaçı2 (3/12 hissədə), X1 (3/12 hissədə), cavabdehlər Cavabdeh2 (1/12 hissədə) və Cavabdeh1 (5/12 hissədə) mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Reyestri” X17 3-21-3-02/2-6015/2023 saylı məktubunda qeyd olunmuşdur. O, paylı mülkiyyətlərində olan evin 6/12 hissəsinin mülkiyyətçiləri olan Cavabdeh2 və Cavabdeh1 müraciət edərək, evin ¼ hissəsinin mülkiyyətçiləri kimi onların hər birinə, evin dəyərinin ¼ hissəsini təşkil edən 45.000 manat, 90.000 (doxsan min) manat vəsait ödənilməsi müqabilində evdə mülkiyyət hjüquqlarından imtina etməyi təklif etmişlər. Həmin təklifə cavabdehlər bildirmişlər ki, onların həmin məbləği ödəmək imkanları yoxdur və onlara 89980 manat ödənilməsi müqabilində, paylarından imtina etməyi və evi onların adına rəsmiləşdirməyi iddiaçılara təklif edirlər. Mülkiyyətçilər, evin dəyərinin yarısının ödənilməsi müqabilində paylarından imtina etməyi bir-birinə təklif etmişlər. Beləliklə, hazırki mərhələdə həmin əmlakın açıq hərracdan satılaraq, əldə olunan məbləğdən mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi, həm iddiaçıların, həm cavabdehlərin mənafeyinə uyğundur. Bu səbəbdən, iddiaçılar əmlakın hərracdan satılmasını və satışdan əldə olunan məbləğin mülkiyyətçilərin paylarına uyğun olaraq proporsional qaydada onlar arasında bölünməsini zəruri hesab edirlər. İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan baxılması və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, xx.xx.2022 tarixli ********** nömrəli qeydə əsasən ev üzərində İddiaçı2 (3/12 hissədə), X1 (3/12 hissədə), cavabdehlər Cavabdeh2 (1/12 hissədə) və Cavabdeh1 (5/12 hissədə) mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Onun həmin evə görə iddiaçılara kompensasiya ödəmək imkanı yoxdur. Evin hərraca çıxarılmasına razı deyil. Odur ki, iddianın qanuni həll olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın qanuni həll olunmasını xahiş etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 xüsusi mülkiyyət kimi 1/4 hissədə İddiaçı2, ¼ hissədə İddiaçı1 və 1/2 hissədə X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ölüm haqqında elektron şəhadətnamədən görünür ki, X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(023)- 368/2014 nömrəli qətnaməsinə əsasən X1 və İddiaçı2 X10 və qeyrilərinə qarşı evin real bölgüsünün aparılması, evdən istifadəyə qanunsuz təsirin qarşısının alınması, evə köçürülmə, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, evdən qanunsuz istifadənin qarşısının alınması və evdən köçürülməyə dair ilkin iddia tələbi qismən təmin edilməsi, X6 və İddiaçı2 ümumi mülkiyyətdə olan Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanda yerləşən iki mərtəbəli ümumi sahəsi 76,4 kv m, yaşayış sahəsi 40,8 kv m, yardımçı sahəsi 35,6 kv m olan 2 yaşayış otağından və təsərrüfat damından ibarət fərdi yaşayış evinə istifadəyə maneçilik aradan qaldırılmsı və onların həmin evə köçürülməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, X9 X3 və qeyrilərinə qarşı evə dair tərtib olunmuş texniki pasportun, vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 03 oktyabr 2014-cü il tarixli 18340 saylı rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən evin yaşayış və qeyri-yaşayış sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri aparılmış ölçü işləri nəticəsində iş materiallarında olan texniki pasportun ölçülərinə uyğun olduğu, X2 və İddiaçı2 paylarına düşən 1\4 hissəsinin yaşayış və yardımçı sahələrinin, həyətyanı torpaq sahəsinin ölçüləri hər birinə ayrı-ayrılıqda ümumi sahədən 31,5 kv.m, yaşayış sahəsindən 10,2 kv.m, yardımçı sahədən 21,3 kv.m və həyətyanı torpaq sahəsindən 186 kv.m düşdüyü, ünvan 2 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsi planlı yerləşməsini, otağların təyinatlığını, tikililərin qarşı tərəfdən küçə ilə əhatə olunan hissədə yerləşməsini, eləcə də iki yaşayış otağından ibarət olduğunu nəzərə alaraq evin və həyətyanı torpaq sahəsinin tərəflər arasında üç hissəyə bölünməsinin İnşaat Norma və Qaydalarının 1.1, 2.2., 2.4 və 2,7 bəndlərinin eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)- 1351/2021 nömrəli qətnaməsinə əsasən, iddiaçılar Cavabdeh2 və X4 cavabdehlər X15, X7 və üçüncü şəxs Qazax rayon notariat ofisinə qarşı “vərəsə kimi tanınma, miras payın bölünüb verilməsi və mülkiyyət hüququnun verilməsi" tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi, ünvan 3anında yerləşən evin 1/6 hissəsi və VAZ- 2101 markalı, 35BC508 dövlət qeydiyyat nömrəli avtomobil üzərində Cavabdeh2 vərəsəlik hüququnun tanınması, Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 3anında yerləşən evin 1/12 hissəsi üzərində Cavabdeh1 vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(023)- 1351/2021 nömrəli qərardadına əsasən, Qazax Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(023)-1351/2021 saylı qətnaməsindəki yanlışlıqların düzəldilməsi, “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/4 hissəsinə dair 1/12 hissəsi üzrə Cavabdeh2 vərəsəlik hüququnun tanınması” sözlərinin “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 1/6 hissəsi üzrə Cavabdeh2 vərəsəlik hüququnun tanınması” kimi oxunması və “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/12 hissəsi və ünvan 3anında yerləşən evin 1/12 hissəsi üzərində Cavabdeh1 vərəsəlik hüququnun tanınması” sözləri “Qazax şəhəri M.Çarçıyev küçəsi 23 ünvanında yerləşən evin 1/2 hissəsinə dair 5/6 hissəsi və ünvan 3anında yerləşən evin 5/6 hissəsi üzərində Cavabdeh1 vərəsəlik hüququnun tanınması” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Göründüyü kimi, mübahisə predmeti olan əmlakın naturada bölünməsi mümkün deyildir. Belə ki, Qazax Rayon Məhkəməsinin 29 oktyabr 2014-cü il tarixli 2(023)-368/2014 nömrəli qətnaməsinə əsasən X1 və İddiaçı2 X10 və qeyrilərinə qarşı evin real bölgüsünün aparılması, evdən istifadəyə qanunsuz təsirin qarşısının alınması, evə köçürülmə, qeydiyyat vəsiqəsinin etibarsız hesab edilərək ləğv edilməsi, evdən qanunsuz istifadənin qarşısının alınması və evdən köçürülməyə dair ilkin iddia tələbi “evin real bölgüsünün aparılması” hissəsində təmin edilməmiş, həmçinin ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən yaşayış evinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən təsdiq edilir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilmişdir. Bu səbəblərdən məhkəmə belə qənaətə gəlir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (ümumi sahəsi 125.90 kv.m olan) İddiaçı2 3/12 hissə (1/4 hissə) və İddiaçı1 3/12 hissə (1/4 hissə), Cavabdeh2 1/12 hissə ( 1/2 hissəsinə dair 1/6 hissəsi) Cavabdeh1 5/12 hissə (1/2 hissəsinə dair 5/6 hissəsi) payı müəyyən edildiyindən və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin (ümumi sahəsi 125.90 kv.m olan) paylı mülkiyyətçiləri arasında paylara mütənasib olaraq naturada bölünməsi mümkün olmadığından, mübahisəli fərdi yaşayış evi açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(023)-1094/2023 qərardadına əsasən İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsinin açıq hərracda satılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. X5 Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadına əsasən Qazax Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli 2(023)-1094/2023 qərardadı və həmin qərardadla bağlı 20 oktyabr 2023-cü il tarixli, 2(023)-1094/2023 saylı qərardadı ləğv edilmiş və mülki iş baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 m2, yaşayış sahəsi 40,8 m2, yardımçı sahəsi 35,6 m2 olan fərdi yaşayış evinin açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsaitin mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 ünvanda 0,0756 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 76,4 m2, yaşayış sahəsi 40,8 m2, yardımçı sahəsi 35,6 m2 olan fərdi yaşayış evi açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait mülkiyyət paylarına uyğun şəkildə mülkiyyətçilər arasında bölünsün Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-22/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-22/2024
20.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver