Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-436/2025 06.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 14 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə barədə ərizəsi üzrə mülki işə 06 fevral 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 308,27 manat, İşsizlikdən sığorta fonduna olan 1834,04 manat, İcbari Tibbi Sığorta Fonduna olan 721,05 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs X3 vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə İcbari Tibbi Sığorta Fonduna 721,05 manat, Dövlət Sosial Müdafiə Fonduna 308,27 manat, İşsizlikdən sığorta fonduna 1834,04 manat olmaqla, ümumilikdə 2863,36 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********364100, xx.xx.2024-cü il tarixli **********197400, xx.xx.2024-cü il tarixli **********807900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, borclu hüquqi şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün X1 icra orqanının rəhbəri xx xxxxxx 1988-ci ildə Qazax rayonu Daşsalahlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Rövşən Mustafayev məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs iddianı qismən qəbul edərək bildirmişdir ki, qeyd olunan vergi borcu dövlət xəzinədarlığından maliyyələşən büdcədən kənar ödənişdir. Lakin 14 saylı Ərazi Vergilər İdarəsi qeyd olunan vergi borcunun hansı ayın borcu olduğunu qeyd etməmişdir və bununla bağlı sənədləri təqdim etməmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, hüquqi şəxs X1 rəhbəri Maraqlı şəxs olmaqla xx.xx.1996-cı il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. xx.xx.2024-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********1 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs X2 həmin tarixə olan ümumilikdə 14.475,20 manat vergi borcu, o cümlədən 14.071,00 manat muzdlu və qeyri muzdlu işdən əldə edilən gəlirlər üzrə vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********9 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs X2 həmin tarixə olan ümumilikdə 721,05 manat vergi borcu, o cümlədən 719,61 manat İcbari Tibbi Sığorta haqları üzrə vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2024-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********4 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs X2 həmin tarixə olan ümumilikdə 1834,04 manat vergi borcu, o cümlədən 1429,20 manat İşsizlikdən sığorta haqları üzrə vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. X1 Şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan X1 xx.xx.2025-ci il tarixə olan vergi borcu 2863,36 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, hüquqi şəxs X3 xx.xx.1996-cı il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Hüquqi şəxs X1 rəhbəri Maraqlı şəxsdur. Vergi ödəyicisi olan hüquqi şəxs X1 rəhbəri Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə ümumilikdə 2863,36 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12–ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs X1 icra orqanının rəhbəri xx.xx.1988-ci ildə Qazax rayonu, Daş Salahlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-1EW3A82, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) (VÖEN **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 355-5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs X1 icra orqanının rəhbəri xx.xx.1988-ci ildə Qazax rayonu, Daş Salahlı kəndində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-1EW3A82, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) (VÖEN **********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №e-2(023)-436/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-436/2025
06.02.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver