Məhkəmə qərarları › İş №e-2(023)-501/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-501/2024

23.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-501/2024 23.02.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə 23 fevral 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs «Nizami- 7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2595,46 manat, işsizlikdən sığorta fonduna olan 105,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 420,67 manat borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan «Nizami- 7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin işsizlikdən sığorta fonduna olan 105,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 420,67 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2595,46 manat olmaqla, ümumilikdə 3121,93 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədilə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********495200, xx.xx.2023-cü il tarixli **********493800, xx.xx.2023-cü il tarixli **********199900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, hüquqi şəxs tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 2595,46 manat, işsizlikdən sığorta fonduna olan 105,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 420,67 manat borcun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri xx xxxx 1978-ci ildə Qazax rayonunda doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, «Nizami-7» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri Cavabdeh olmaqla xx.xx.2019cu il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********495200 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həmin tarixə işsizlikdən sığorta fonduna ümumilikdə 105,8 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********493800 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həmin tarixə İcbari Tibbi Sığorta Fonduna ümumilikdə 420,67 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli vergi borcunun ödənilməsinə dair **********199900 nömrəli bildirişdən görünür ki, hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həmin tarixə Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 2595,46 manat vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin vergi borcu Dövlət Sosial Müdafiə Fonduna olan 2595,46 manat, işsizlikdən sığorta fonduna olan 105,8 manat, İcbari Tibbi Sığorta Fonduna olan 420,67 manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, «Nizami- 7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2019-cu il tarixdə hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri Cavabdehdur. Vergi ödəyicisi olan hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin rəhbəri Cavabdeh (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə ümumilikdə 3121,93 manat məbləğində vergi borcu yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM-nin 305.1.12–ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs «Nizami-7» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icra orqanının rəhbəri xx xxxx 1978-ci ildə Qazax rayonunda doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsixxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 355-5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan hüquqi şəxs «Nizami-7»Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin icra orqanının rəhbəri xx xxxx 1978-ci ildə Qazax rayonunda doğulmuş Cavabdeh (şəxsiyyəti təsdiq sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar