Məhkəmə qərarları › İş №e-2(023)-836/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(023)-836/2025

13.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № e-2(023)-836/2025 13.06.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili Nümayəndən iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qanuni nümayəndə, X20, X28, X17 və X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi X28 və X6 qanuni nümayəndəsi (himayəçisi) Qanuni nümayəndə İddiaçı qarşı “əldən çıxmış faydanın və vurulmuş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əliyev X11 Günay Arif qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.024 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikili üçün ödənilmiş 28000 manat və həmin torpaq sahəsində aparılmış əsaslı təmir-tikintiyə sərf edilmiş 30072,86 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 265 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 22 oktyabr 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 0.024 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikiliyə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yerləşən 0.024 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikilini İddiaçı sahibliyinə vermiş, qarşılığında 28000 manat məbləğində pul almışdır. Ümumilikdə alqı-satqının dəyərinin 28000 manat olması və torpaq sahəsinin üzərində inşası başa çatmamış evin olması Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-804/2022 saylı 11 fevral 2022-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə işin mübahisələndirilməyən halı kimi müəyyən edilmişdir. Hazırki Cavabdeh 2021-ci il tarixdə Qazax Rayon Məhkəməsində Qazax Rayon Notariat Ofisinə və hazırki İddiaçı qarşı “əqdin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməklə evdən çıxarılma” tələbinə dair iddia qaldırmış, həmin iddiaya qarşılıqlı olaraq hüquqlarını müdafiə etdiyi İddiaçı tərəfindən dəymiş ziyanla bağlı iddia verilmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-108/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia rədd edilmiş, lakin Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-804/2022 saylı 11 fevral 2022-ci il tarixli qətnaməsi ilə Qazax Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək, başqa əsaslarla ilk və qarşılıqlı iddia rədd edilmişdir. Belə ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-804/2022 saylı 11 fevral 2022-ci il tarixli qətnaməsində qarşılıqlı iddianın rədd edilməsinin əsası kimi ilkin iddia üzrə alqı-satqının etibarsızlığına əsas verən hər hansı bir halın olmamasını qeyd edərək, bununla bağlı qarşılıqlı iddianında təmin edilməsinin mümkünsüzlüyünü vurğulamışdır. Məhkəmə qətnaməsində qeyd edilir ki, ilk iddia üzrə iddiaçı tərəfindən müqavilənin ləğvi tələbi irəli sürülmədiyindən qarşılıqlı iddia üzrə iddiaçının vurulmuş ziyan qismində torpaq sahəsi üzərində yerləşən yarımçıq tikili və daş hasarın tikilməsinə və darvaza qoyulmasına görə 28298 manat çəkilmiş xərc məbləğini tələb etməsi anlaşılan olmamışdır. Bundan sonra Cavabdeh iddia tələbinin əsasını dəyişərək müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş və sonda sözügedən müqavilənin ləğvinə nail olmuşdur. Belə olduğu təqdirdə hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Belə ki, müqavilənin ləğv edilməsinin nəticələrinə əsasən onun adına rəsmiləşdirilmiş sözügedən torpaq sahəsi və üzərindəki tikili Cavabdeh qaytarılmalı və o həmin əmlakdan çıxarılmalıdır. Belə olduğu təqdirdə onun Cavabdeh alqı-satqının ümumi dəyəri kimi verdiyi 28000 manat pulu və torpaq sahəsinin üzərində inşası başa çatmamış evin tikinti və təmiri üçün çəkilmiş xərcləri tələb etmək hüququ yaranır. Mübahisəli torpaq sahəsi üzərindəki evin tikintisinin başa çatması Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-804/2022 saylı 11 fevral 2022-ci il tarixli məhkəmə qətnaməsi ilə işin mübahisəsiz halı kimi qeyd edilmiş, eyni zamanda Qazax Rayon Məhkəməsinin icraatında olan 2(023)-108/2021 saylı mülki iş üzrə də, yarımçıq tikintiyə çəkilmiş xərcin hesablanması üzrə ətraflı araşdırma aparılmışdır. Qazax Rayon Məhkəməsinin icraatında olan 2(023)-108/2021 mülki iş üzrə izahat verən Cavabdeh izahatında ona 1000 manat, 300 və 850 manatın verildiyini etiraf etmişdir. Həmçinin Qazax Rayon Məhkəməsinin icraatında olan 2(023)-108/2021 saylı mülki iş üzrə evin yenidən təmir olunması üçün dam örtüyündən başqa daş hasara və dəmir darvazaya nə qədər material sərf edildiyi və dəyərinin nə qədər olması ilə yanaşı, ünvan 1 ünvanında yerləşən 0.024 ha torpaq sahəsi üzərində hansı yeni təmir işlərinin görülməsi barədə ekspert qarşısında suallar qoyulmuş, cavabında isə ekspert tərəfindən SMETA tərtib edilməklə görülən işlərin ümumi qiyməti 30072, 86 manat müəyyən edilmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, cavabdeh qismində olan şəxs vəfat etmiş, lakin onun vərəsələri işə cəlb olunmuşur. İşin fakitiki hallarından və şahid ifadələrindən görünür ki, həmin əmlaka 30072, 86 manat civarında xərc çəkilmişdir. İş üzrə ekspertiza rəyi də mövcuddur. Ümumiyyətlə belə işlə bağlı çoxlu sayda məhkəmə qətnamələri də vardır. Belə ki, həmin məhkəmə qətnamələrində alqı-satqı müqaviləsinin olduğu qeyd olunsada, sonradan həmin alqı-satqı müqaviləsi ləğv edilmişdir. Qeyd olunanlar iş üzrə şahid ifadələri ilə də kifayət qədər sübut olunur. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin hüquqi varislərinin qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etməmiş, qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsini xahiş etmişdir. Bundan sonra Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)- 1057/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilməsi; Ödənilmiş 265 manat məbləğində dövlət rüsumunun (tarix: xx.xx.2024; qəbzin nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-682/2025 saylı, xx.xx.2025-ci tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Qazax Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2(023)-1057/2024 nömrəli qərardadı ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Qazax Rayon Məhkəməsinə qaytarımışdır. Bundan sonra Cavabdeh hüquqi varislərinin qanuni nümayəndəsi (himayəçisi) Qanuni nümayəndə qarşlıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ilkin iddia ərizəsinin təmin edilməməsi barədə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əldən çıxmış faydanın əvəzi kimi 23.680 manatın alınıb, onlara ödənilməsi barədə, evin və torpaq sahəsinin köhnəlməsi, amortizasiya xərclərinin əvəzi olaraq, 4.000 manatın alınıb onlara ödənilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənəvi zərərin əvəzi kimi 2.320 manatın alınıb onlara ödənilməsi və İddiaçı qarşılıqlı iddianın verilməsi ilə bağlı ödədiyi 180.40 manatın alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh hüquqi varislərinin qanuni nümayəndəsi (himayəçisi) Qanuni nümayəndə qarşlıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, icraatda olan mülki işlə bağlı mərhum Cavabdeh vərəslik işi Qazax rayon Notariat Ofisində xx.xx.2024-cü il tarixdə yekunlaşaraq, V-461/2024 nömrəli, xx.xx.2024-cii il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında mərhumun əri- X21, X28 və X17 müəyyən edilmişdir. Aqil və Xumar Qazax RİHB-mn 31 oktyabr 2024-cü il tarixli, 9- nömrəli Sərəncamı əsasında onun himayəsinə verilmişlər. Həmin şəhadətnaməni aldıqdan sonra məhkəmə ilə bərabər, Qazax İcra və Probasiya Şöbəsinə də Qazax rayon Məhkəməsinin 2(023)-101 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcra Haqqında“ AR Qanunun 31-ci maddəsinə əsasən tərəfin vərəsə və ya varisi ilə əvəz edilməsi haqqında müraciət etmişdir. Müraciəti əsasında Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Nəbiyevin 16 dekabr 2024-cü il tarixli Qərarı əsasında tələbkar Cavabdeh vərəsələri X21, X28 və X12 ilə əvəz edilmişdir. Həmin icra sənədi üzrə İddiaçı 13 fevral 2025-ci il tarixdə məcburi qaydada icra edilmişdir. xx.xx.2019-cu il tarixli, AN-İ 0760881-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh mərhum Cavabdeh 0.024 ha torpaq sahəsini və üzərində yerləşən evi almışdır və indiyə kimi də evi və torpaq sahəsini təhvil verməmiş və çıxmamışdır. Halbuki, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və icra işi vardır. İddiaçı hətta bu barədə Qazax rayon icra və Probasiya Şöbəsində izahat da yazmışdır. İddiaçı həmin evdən və torpaq sahəsindən qanunsuz istifadə etməsi halı həmin qətnamələrlə tam təsdiq edilir. Həmin qətnamələrdən görünür ki, İddiaçı həmin ev və torpaq sahəsi üzərində nə mülkiyyətçi, nə də istifadəçi kimi heç bir hüququ olmamış və belə bir hüququ qazanmamış, əldə etməmişdir. xx.xx.2019-cu ildən indiyə kimi İddiaçı 62 ay ərzində həmin evdə və torpaq sahəsində qanunsuz və əsassız yaşaması sağlığında Cavabdeh, sonradan isə onlara təhvil verməməsi icra işi ilə tam təsdiq edilir. Həmin 5 il 2 ay ərzində həmin evdən və torpaq sahəsindən istifadə edə bilməməyi və mülkiyyətçi kimi sərəncam verə bilməməyi nəticəsində illər və ümumi müddət üzrə təkcə kirayə xərcləri ilə hesablasaq, 23.680 manat əldən çıxmış fayda vardır. Odur ki, cavabdehin hüquqa zidd hərəkəti nəticəsində, yəni əmlakından məhrum olması nəticəsində mülki dövriyyədən əldə edə biləcəyi gəlirlərdən (əldə edə biləcəyi real faydadan) məhrum olmuşdur. Belə ki, həmin evin və torpaq sahəsinin çox strateji və asfalt yol kənarında, Qazax rayon Mərkəzi Xəstəxanasına, Bazarstore ticarət Mərkəzinə, X36, iki məktəbə, Kollec və Universitetə, eləcə də marşrut xəttinə çox yaxın olduğu nəzərə alınsa, həmin evin illər ərzində infilyasiya, son illərdə bir sıra Universitetlərin Qazax rayonunda fəaliyyət göstərməsi və eləcə də AR MN N saylı hərbi hissənin və AR DSX-nin N saylı hərbi hissənin Qazax rayonuna gəlib, burada zabit və hərbi əməkdaşlarının burada yaşayıb, işləməsi və digər xərcləri nəzərə alınsa aylıq kirayə xərcləri minimum aşağıdakı kimi olmuşdur: 2019-cu il ərzində aylıq 300 manat-300x2 ay=600 manat; 2020-ci il ərzində aylıq 320 manat-320x12ay=3.840 manat; 2021-ci il ərzində aylıq 350 manat-350x12 ay= 4.200 manat, 2023-cü il ərzində aylıq 430 manat-430x12 ay= 5160 manat, 2024-cü il ərzində aylıq 450 manat-450x12 ay= 5400 manat, cəmi 23680 manat təşkil edir. Əldən çıxmış faydadan başqa, cavabdeh həmin evdə 5 ildən artıq müddətə yaşaması nəticəsində həmin evi istifadə edərək köhnəltmiş, torpaq və evi amortizasiyaya, aşınmaya uğratmışdır və dəyərini aşağı salmışdır. Həmin amortizasiya xərcləri isə 5( beş) il ərzində ekspert və mütəxəssis baxışı keçirilsə ən azı 4.000 (dörd min) manat təşkil edəcəkdir. Həmçinin cavabdeh məhkəmələr ərzində və son məhkəmə qətnaməsindən sonra evin dəyərinin aşağı salınması üçün bir çox hərəkətlər etmişdir. Evə yol tərəfdən baxdıqda təkcə evin darvazasının nə qədər məhv edildiyi, hasarın bünövrəsinin su ilə məhv edildiyi aşkarca görünür. Evə daxil ola bilmədiyindən evin daxilini görə bilmir. Ancaq, evin yol tərəfdən görünən hissəsindən də evin amartizasiyaya uğradıldığı görünür. Bundan başqa, cavabdehin bu qanunsuz hərəkəti nəticəsində vurulmuş mənəvi zərər milyonlarla ölçülsə də, hələlik onu 2.320 (iki min üç yüz iyirmi) manat qiymətləndirir. Xüsusilə qeyd edir ki, cavabdehin bu qanunsuz və zorakı hərəkətləri nəticəsində həm mərhum Cavabdeh, həm də onun ölümündən sonra onlara və vərəsələrinə maddi ziyan və mənəvi zərər vurulmuşdur. Eləcə də həmin qanunsuz hərəkətlər nəticəsində Cavabdeh sağlamlığına da ciddi xələl gətirilmişdir və səhhəti kəskin şəkildə pozularaq, cavan yaşda vəfat etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi və qanuni nümayəndəsi Qanuni nümayəndə ilk iddianın qəbul etmədiyini, qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin (vəkili) Nümayəndə ilk iddianı müdafiə edərək bildirdi ki, iş üzrə məhkəmə qətnamələri mövcuddur və mübahisəli evə çəkilmiş xərc həm ekspertiza rəyi, həm də iş materiallarında olan qətnamələrlə subut olunur. Eyni zamanda qeyd edir ki, qarşılıqlı iddia ərizəsi əsassızdır, belə ki, mübahisəli evi mərhum Cavabdeh alan zamanı tam təmirli olmamışdır. Belə ki, həmin evdə yaşamaq üçün hər hansı bir şərait olmamışdır. İddiaçı həmin torpaq sahəsində ev inşa etdirmişdir. Odur ki, ilk iddianın təmin edilməsini qarşılıqlı iddianın isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi və qanuni nümayəndəsi Qanuni nümayəndə məhəkəməyə ünvanladığı ərizədə səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərərək, məhkəmə iclasının təxirə salınmaasını xahiş etmişdir. Cavabdeh X20, X28, X17 və X13 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ilk və qarşılıqlı iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin (vəkilini) izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında bildirdi ki, İddiaçı ilə dostluq münasibəti var. İşlədiyi müddətdə Babək ev almaq istəyirdi. Babək Qırmızı körpüdə olduğundan o, Babəkin evindən 9000 manat pul götürüb cavabdeh Günaya vermişdir. Həmin pulu evin alınması ilə bağlı vermişdir. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X29 izahatında bildirdi ki, o İddiaçı ailəsində böyük gəlindir. Onun qaynanası evdən 1000 manat maklerə və 1000 manat da Günaya pul vermişdir. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X31 izahatında bildirdi ki, o, İddiaçı anasıdır. O, 1000 manat Günaya, 1000 manatda maklerə beh vermişdir. Müxtəlif tarixlərdə Günaya pullar vermişdir. Sonra oğlu Qırmızı körpüdə işlədiyi üçün adamlar göndərirdi və onların vasitəsi ilə Günaya pul verirdi. O, Xəzər adlı şəxsə 9000 manat pul vermişdir ki, Günaya versin. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, o, İddiaçı evində usta kimi işləmişdir. Belə ki, evin hasarını, dam örtüyünü, darvazanın və evin altının işlərini görmüşdür. Evin tam ünvanını bilmir, lakin qaz idarəsinin yaxınlığında yerləşir. Evin sahibi Babəkdir. Günay adlı şəxsi tanımır. İşlədiyi müddətdə əl haqqı 3000 manat pul almışdır. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X23 izahatında bildirdi ki, o, İddiaçı qonuşusudur və evində usta kimi işləmişdir. O, Babəkin qaz idarəsinin yaxınlığında yerləşən evində işləmişdir. Günay adlı şəxsi tanımır. Həmin evdə döşəmə, tavan izolyasiya işləri görmüşdür. Materialları Babəkin qardaşı Sərdarla almışlar. 2200 manat usta haqqını Babək vermişdir. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X24 izahatında bildirdi ki, o, iddiaçı ilə tanış olmuşdur. İddiaçının evində usta kimi malyar işləri görmüşdür. Babəkdən 4800 manat pul almışdır. Günay adlı şəxsi tanımır. Evin tam ünvanını bilmir, lakin ev qaz idarəsinin yaxınlığında yerləşir. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X25 izahatında bildirdi ki, iddiaçının evində usta kimi işlər görmüşdür. Günay adlı şəxsi tanımır. Həmin evdə montaj işləri görüb. Babəkdən 4800 manat pul almışdır. Həmin evdə 4 nəfər şəxslə işləyib. Evin materiallarını Babək aldırıb. Əvvəlki məhkəmə iclaslarında şahid qismində dindirilmiş X26 izahatında bildirdi ki, o, İddiaçı qardaşıdır. Onların evində Günaya evin alınması üçün 1000 manat beh verilmişdir. Sonradan tərəflər aralarında razılaşdıqdan sonra evin tikintisinə o nəzarət edib. Ev qaz idarəsinin yanında yerləşir. Evin tikilməsinə təxmini 30080 manat xərc çəkmişdir. Anası qohumu Xəzər vasitəsilə pulun bir hissəsini Günayın bacısına vermişdir. Qazax Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 2(023)-108/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Qazax rayon notariat ofisi və İddiaçı Zohra oğluna qarşı əqdin etibarsız hesab edilməsi, həmin müqavilə ilə əldə olunmuş çıxarışın ləğv edilməsi, İddiaçı Zohrab oğlunun Qazax şəhəri Əhməd Seyidov küçəsi 4 sahə 1 ünvanında yerləşən 0.24 ha torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməmiş. İddiaçı Zohrab oğlunun Cavabdeh satın aldığı Qazax səhəri Əhməd Seyidov küçəsi 4, sahə 1Bdə yerləşən hazırda onun mülkiyyətində olan 0.24 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş yardımçı tikili üçün ödədiyi 28.000 manat və yarımçı tikilini ev halına salınması üçün aldığı materiallar üçün xərclədiyi 28.298 manat, ümumilikdə 56.298 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 2(104)-804/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(023)-108/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı Cavabdeh və qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, həmin qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. İlk və qarşılıqlı iddia təmin edilməmişdir. Qazax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(023)-101/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlandığı andan ləğv edilməsi; Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin nəticələrinin ləğv edilməsi; Qazax rayon notariat ofisində bağlanmış 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında cavabdeh İddiaçı adına ünvan 1B-də yerləşən 0.024 hektar torpaq sahəsinə dair verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Cavabdeh İddiaçı ünvan 1B-də yerləşən 0.024 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 1181/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 oktyabr 2023-cü il tarixli 2(104)-2167/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, 2V-911 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh vərəsələri X18, X28 və X9r. İşdə olan Qazax rayon İcra Hakimiyyətinin başçısının 9-23/373 saylı, xx.xx.2024-cü il tarixli sərəncamının surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X28 və xx.xx.2009cü il təvəllüdlü X1 Şövkət Arif qızının himayəsinə verilmişdir. İşdə olan Qazax rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X21 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və ailə tərkibində övladları Cavabdeh (xx.xx.2024-cü il tarixdə vəfat edib) və X14r. İşdə olan qohumluq barədə elektron çıxarışdan görünür ki, Cavabdeh X19, X15 və X30 adlı övladları vardır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan gürünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-101/2023 nömrəli icra sənədi tam icra olduğundan icra sənədinə xitam verilmişdir. İşdə olan Qanuni nümayəndə ərizəsindən görünür ki, Aqil Məmmədov hazırda həqiqi hərbi xidmətdədir və özü artıq yetkinlik yaşına çatmışdır. X3 isə xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İlkin iddia ərizəsi üzrə bildirir ki, İddiaçı nə evin və torpağın alqısatqısı üçün pul verməmiş, evə xərc çəkməmişdir. Sonuncu məhkəmə dövründə və halhazırda xərclər çəkibsə, onu bilmir. Həmin evə xərc çəkiləcək heçnə olmamışdır. İcraatda olan mülki işlə bağlı mərhum Cavabdeh vərəslik işi Qazax rayon Notariat Ofisində xx.xx.2024-cü il tarixdə yekunlaşaraq, V-461/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında mərhumun vərəsələri - X21, X28 və X17 müəyyən edilmişdir. Aqil və Xumar Qazax RİHBnın 31 oktyabr 2024-cü il tarixli, 9- 23/373 nömrəli Sərəncamı əsasında onun himayəsinə verilmişlər. Həmin şəhadətnaməni aldıqdan sonra məhkəmə ilə bərabər, Qazax rayon İcra və Probasiya Şöbəsinə də Qazax rayon Məhkəməsinin 2(023)-101 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “İcra Haqqında“ AR Qanunun 31-ci maddəsinə əsasən tərəfin vərəsə və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında müraciət etmişdir. Müraciəti əsasında Qazax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru cənab Tural Nəbiyevin 16 dekabr 2024-cü il tarixli Qərarı əsasında Tələbkar Cavabdeh vərəsələri X21, X28 və X17 ilə əvəz edilmişdir. Həmin icra sənədi üzrə İddiaçı 13 fevral 2025-ci il tarixdə məcburi qaydada icra edilmişdir. Ona görə də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə indi müraciət edir. xx.xx.2019-cu il tarixli, AN-İ 0760881-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən cavabdeh mərhum Cavabdeh 0.024 ha torpaq sahəsini və üzərində yerləşən evi təhvil almışdır və indiyə kimi də evi və torpaq sahəsini təhvil verməmiş və çıxmamışdır. Halbuki, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və icra işi vardır. İddiaçı hətta bu barədə Qazax rayon İcra və Probasiya Şöbəsində izahat da yazmışdır. İddiaçı həmin evdən və torpaq sahəsindən qanunsuz istifadə etməsi halı həmin qətnamələrlə tam təsdiq edilir. Həmin qətnamələrdən görünür ki, İddiaçı həmin ev və torpaq sahəsi üzərində nə mülkiyyətçi, nə də istifadəçi kimi heç bir hüququ olmamış və belə bir hüquq qazanmamış, əldə etməmişdir. xx.xx.2019-cu ildən indiyə kimi İddiaçı 62 ay ərzində həmin evdə və torpaq sahəsində qanunsuz və əsassız yaşaması və sağlığında Cavabdeh, sonradan isə onlara təhvil verməməsi icra işi ilə tam təsdiq edilir. Həmin 5 il 2 ay ərzində həmin evdən və torpaq sahəsindən istifadə edə bilməməsi və mülkiyyətçi kimi sərəncam verə bilməməyi nəticəsində illər və ümumi müddət üzrə təkcə kirayə xərcləri ilə hesablasaq, 23.680 manat əldən çıxmış fayda vardır. Odur ki, cavabdehin hüquqazidd hərəkəti nəticəsində, yəni əmlakından məhrum olması nəticəsində mülki dövriyyədən əldə edə biləcəyi gəlirlərdən( əldə edə biləcəyi real faydanan) məhrum olmuşdur. Belə ki, həmin evin və torpaq sahəsinin çox strateji və asfalt yol kənarında, Qazax rayon Mərkəzi Xəstəxanasına, Bazarstore ticarət Mərkəzinə, X36, iki məktəbə, Kollec və Universitetə, eləcə də marşrut xəttinə çox yaxınlığını nəzərə alsaq, həmin evin illər ərzində infilyasiya, son illərdə bir sıra Universitetlərin Qazax rayonunda fəaliyyət göstərməsi və eləcə də AR MN N saylı hərbi hissənin və AR DSX-nin N saylı hərbi hissənin Qazax rayonuna gəlib, burada zabit və hərbi əməkdaşlarının burada yaşayıb, işləməsi və digər xərcləri nəzərə alsaq, aylıq kirayə xərcləri minimum aşağıdakı kimi olmuşdur: 1.2019-cu il ərzində aylıq 300 manat – 300x2 ay=600 manat; 2020-ci il ərzində aylıq 320 manat- 320x12ay=3.840 manat; 2. 2021-ci il ərzində aylıq 350 manat-350x12 ay= 4.200 manat; 3.2022-ci il ərzində aylıq 390 manat-390x12ay= 4.680 manat; 4. 2023-cü il ərzində aylıq 430 manat- 430x12ay=5.160manat; 5. 2024-cü il ərzində aylıq 450 manat 450 x12ay= 5.400 manat, cəmi: 23.680 (iyirmi üç min altı yüz səksən) manat əldən çıxmış faydadan başqa, cavabdeh həmin evdə 5 (beş) ildən artıq müddətə yaşaması nəticəsində həmin evi istifadə edərək, köhnəltmiş, torpaq və evi amortizasiyaya, aşınmaya uğratmışdır və dəyərini aşağı salmışdır. Həmin amortizasiya xərcləri isə 5 (beş) il ərzində ekspert və mütəxəssis baxışı keçirilsə ən azı 4.000 (dörd min) manat təşkil edəcəkdir. Həmçinin cavabdeh məhkəmələr ərzində və son məhkəmə qətnaməsindən sonra evin dəyərinin aşağı salınması üçün bir çox hərəkətlər etmişdir. Evə yol tərəfdən baxdıqda təkcə evin darvazasının nə qədər məhv edildiyi, hasarın bünövrəsinin su ilə məhv edildiyi aşkarca görünür. Evə daxil ola bilmədiyimizdən evin daxilini görə bilmir. Ancaq, evin yol tərəfdən görünən hissəsindən də evin amartizasiyaya uğradıldığı görünür. Bundan başqa, cavabdehin bu qanunsuz hərəkəti nəticəsində vurulmuş mənəvi zərər milyonlarla ölçülsə də, biz hələlik onu 2.320( iki min üç yüz iyirmi) manat qiymətləndiririk. Xüsusilə qeyd edirik ki, cavabdehin bu qanunsuz və zorakı hərəkətləri nəticəsində həm mərhum Cavabdeh, həm də onun ölümündən sonra onlara və vərəsələrinə maddi ziyan və mənəvi zərər vurulmuşdur. Eləcə də həmin qanunsuz hərəkətlər nəticəsində Cavabdeh sağlamlığına da ciddi xələl gətirilmişdir və səhəti kəskin çşəkildə pozularaq, cavan yaşda vəfat etmişdir. Ona görə də, İddiaçı ilkin iddia ərizəsinin təmin edilməməsi barədə; 2. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əldən çıxmış faydanın əvəzi kimi 23.680 manatın alınıb, onlara ödənilməsi barədə; 3. Evin və torpaq sahəsinin köhnəlməsi, amortizasiya xərclərinin əvəzi olaraq, 4.000 manatın alınıb, bizə ödənilməsi barədə; 4. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənəvi zərərin əvəzi kimi 2.320 manatın alınıb, onlara ödənilməsi barədə və; 5. İddiaçı Qarşılıqlı iddianın verilməsi ilə bağlı ödədiyi 180.40 manatın, alınıb, onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, 22 oktyabr 2019-cu il tarixli 4Ə-884 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan 0,024 ha torpaq sahəsi və üzərində yerləşən yarımçıq tikilini İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən 28.000 manata satmışdır. Torpaq üzərində tikilinin layihəsi onun adına sənədləşdirilmiş və Qazax rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmişdir. Lakin İddiaçı razılaşdıqları 28.000 manat məbləğində pulu ona ödəməmişdir. Qeyd olunan hallar işin mübahisəsiz halı kimi Qazax Rayon Məhkəməsinin və Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qətnamələri ilə müəyyən edilmişdir. Bundan sonra İddiaçı hazırki tələblə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.024 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən yarımçıq tikili üçün ödənilmiş 28000 manatın və həmin torpaq sahəsində aparılmış əsaslı təmir-tikintiyə sərf edilmiş 30072,86 manatın alınmasını xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı həmin tikiliyə 30072,86 manat pul xərcləmişdir. Qeyd edilənlərə əsasən ilk iddia evin tikilməsinə xərclənmiş xərcə dair hissədə təmin edilməli, lakin yarımçıq tikili üçün ödənilmiş 28000 manata aid hissədə İddiaçı tərəfindən ödənilməsi subut olunmadığından, həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1094-cü maddəsinə görə əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh hüquqi varisi və qanuni nümayəndəsi Qanuni nümayəndə qarşılıqlı iddia ərizəsinə aid hissəyə qiymət verərək qeyd edir ki, Qanuni nümayəndə qarşılıqlı iddia ərizəsində əldə çıxmış faydanı, maddi və mənəvi zərəri tələb etmiş, lakin əldən çıxmış faydanın nədən ibarət olması barədə, hansı illər üzrə kirayə pulunun istənilməsini göstərməmişdir. Qarşılıqlı iddiaçı iddia ərizəsində əldən çıxmış faydanın, maddi və mənəvi zərərin əsasını təşkil edən və təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa işin hallarından aşkar görünür ki, İddiaçı mübahisəli torpaq sahəsində olan yarımtikilini Cavabdeh alan zaman həmin tikili yaşayış məqsədilə kirayə verilməsi üçün yararlı olmamış, sonradan İddiaçı həmin tikiliyə sahiblik etdiyi dövrdə öz şəxsi vəsaiti hesabına 30072,86 manat məbləğində xərc çəkmişdir. Beləliklə, məhkəmə yuxarda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Qanuni nümayəndə tərəfindən verilmiş qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməinin 31 may 2002-ci il tarixli qərarına əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər(ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mülki Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Həmin norma yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması başa düşülür. Bu mənfi nəticələr iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məcəllənin 21.2-ci maddəsində göstərilən şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 180,22 manat məbləğində pul vəsaiti Qanuni nümayəndə, X8, X10, X4 və X2 tutularaq İddiaçı ödıənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilk iddiası qismən təmin edilsin. Qanuni nümayəndə, X8, X10, X4 və X2 müştərək qaydada 30072,86 manat pul və 180,22 manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddiaçı oğlunun ilk iddiası qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar