Məhkəmə qərarları › İş №e-2(024)-155/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-155/2024

08.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-155/2024 08.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9433 (doqquz min dörd yüz otuz üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 114.33 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, Cavabdeh2 əvvəlki məhkəmə iclasına gəlsə də, sonuncu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh2 iştiakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, Cavabdeh1 iddianı qəbul etməmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının əridir. 2019-cu ildən bacısı və əri Qax rayonunda yaşayırlar. 2021-ci ildə bacısı Fərqanə və əri Famil işləmədikləri üçün maddi imkanları yaxşı olmamışdır. Ona görə də onlar ondan mütəmadi borc istəyiblər. O da bacısının xətrinə onlara daima borc vermişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən göründüyü kimi xx.xx.2021-ci il tarixdə 510 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, 29 mart 2021-ci il tarixdə 351 manat, xx.xx.2021-ci il tarixdə 302 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 160 manat, xx.xx.2021-ci il tarixdə 490 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və 1000 manat olmaqla cəmi 4433 manat borc pul vermişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən evi satdıqdan sonra evin pulundan 5000 manat cavabdehlərə borc pul vermişdir. O, dəfələrlə həmin 9433 manat pulu cavabdehlərdən tələb etsə də müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınırlar. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9433 (doqquz min dörd yüz otuz üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 114.33 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək göstərdi ki, cavabdehlərə borc vermişdir və onlar da borcu qaytarmalıdırlar. Çeklə ayın tarixi ilə pulu cavabdehlərin özlərinə vermişdir. Bakıda Zığ Qəsəbəsində evi satanda da 5000 manat cavabdehlərə borc vermişdir. Bütün qohum əqrəba və ailə bilir. Keçən məhkəmədə də cavabdeh özü demişdir ki, borcu götürüb, ancaq kiməsə verib. Ancaq o cavabdehlərə borcu vermişdir. Cavabdehlər əvvəl demişlər ki borcu qaytaracaqlar. 5000 manatı cavabdehlər borc kimi istəyiblər və deyiblər ki qaytaracaqlar. Həmin pulu özünün evdə vermişdir. Həmin vaxtı anası və atası da orada olmuşdur. Həmin borcu Fərqanəyə görə vermişdir. Onda səs yazısı da vardır. Məhkəməyə təqdim etdiyi qəbzlərdə qeyd olunan pulları Familin adına göndərsə də hər ikisi ondan borc istəmiş o da vermişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərdi ki, nə o pulların heç birini bilmir, nə də 5000 manat pulu bilmir, nə də bir qəpik pul görməmişdir. Elşənlə Familin arasında nə olubsa özləri həll etsinlər, onu həmin işlərin içinə qatmasınlar. Onun heç bir işdən zərrə qədər xəbəri yoxdur. Varsa İddiaçı sübut gətirsin, cəzası nədirsə çəkməyə hazırdır. O ancaq özünə cavabdehdir. İddiaçının quyruğu qapı arasında qalan kimi ata anasını ortaya qoyur. İndi də anasını sürüyüb gətirmişdir. Anası iki ayağından əməliyyat olunmalıdır. İki dəfə anasının gözündən o əməliyyat etdirmişdir. O, iddiaçıdan borc istəməmişdir. İddiaçı yalan danışır. İddianı qəbul etmir. Cavabdeh2 əvvəlki məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı 9400 manat pulu ona sübut etməlidir. Famil çıxartsın qəbzi kimə verib? Elşənin bankı var ki hər dəfə ona pul göndərir? Elşən evi 34500 manata satmışdır. Onda sübutlar var müqavilə kimlə bağlanıb, neçəyə bağlıyıblar. Səs yazıları hamısı var. Onun adı qeyd olunan qəbzlərlə bağlı o pulu Elşən göndərib, ancaq soruşun kimə göndərib? Həmin pulla Elşənin borclarını ödəmişdir. Onun əlində sübutları var. İddianı qəbul etmir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Quliyev X1 şəhəri, Təbriz küçəsi. ev 70 ünvanında qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, İddiaçı Qax rayonu Qaxbaş kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh2 adı qeyd olunan ödəniş qəbzlərindən görünür ki, onun adına xx.xx.2021-ci il tarixdə 510 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, 29 mart 2021-ci il tarixdə 351 manat, xx.xx.2021-ci il tarixdə 302 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 160 manat, xx.xx.2021-ci il tarixdə 490 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və 1000 manat olmaqla cəmi 4433 manat borc pul göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün ümumilikdə 114.80 (bir yüz on dörd manat 80 qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmış və İddiaçı tərəfindən Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə 510 manat, xx.xx.2021-ci il tarixdə 520 manat, 29 mart 2021-ci il tarixdə 351 manat, xx.xx.2021-ci il tarixdə 302 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 160 manat, xx.xx.2021-ci il tarixdə 490 manat, xx.xx.2021-ci il tarixdə 500 manat və 1000 manat olmaqla cəmi 4433 manat pul göndərilmişdir. Hazırda iddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9433 (doqquz min dörd yüz otuz üç) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 114.33 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbinin 510 manat, 520 manat, 351 manat, 302 manat, 100 manat, 500 manat, 160 manat, 490 manat, 500 manat və 1000 manat olmaqla cəmi 4433 manata dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh2 adına göndərilmiş ödəniş qəbzləri ilə sübuta yetirilmişdir. Cavabdeh2 onun adına göndərilmiş pul məbləğlərinin ona aidiyyatının olmamasını, başqa şəxslərə verilməsi üçün İddiaçı tərəfindən həmin pulların ona göndərildiyini göstərsə də, göstərdikləri ilə bağlı məhkəməyə hər hansı bir əsaslı və mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan qəbzləri əsaslı və mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, tələbin həmin hissəsi Cavabdeh2 münasibətdə sübuta yetirilmişdir. Çünki Cavabdeh1 məhkəmə iclasında iddiaçıdan borc pul aldığını təkzib edərək iddia tələbini qəbul etməmişdir. İddiaçı qeyd olunan pul məbləğlərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 verdiyini, əslində həmin borc məbləğini bacısı Fərqanəyə görə hər iki cavabdehə verdiyini göstərsə də, Cavabdeh1 ondan borc alması barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmiş, bu hal məhkəmə tərəfindən müəyyən olunmamışdır. İddia tələbinin İddiaçı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən evi satdıqdan sonra evin pulundan 5000 manat cavabdehlərə borc pul verməsi və həmin məbləğin tələbi ilə bağlı məhkəmə qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı İddiaçı cavabdehlərə 5000 manat borc verməsi ilə bağlı məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmişdir. Cavabdehlərdən Cavabdeh2 əvvəlki məhkəmə iclasında, Cavabdeh1 isə məhkəmə iclaslarında izahatlarında İddiaçı ünvan 1 ünvanında yerləşən evi satdıqdan sonra evin pulundan 5000 manat cavabdehlərə borc pul verməsi barədə göstərdiklərini qəbul etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tələbinin Cavabdeh2 qarşı 4433 (dörd min dörd yüz otuz üç) manata aid hissəsində haqlıdır. Bundan başqa iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 114.33 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğin iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq 64.33 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada alınıb iddiaçıya ödənilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4433 (dörd min dörd yüz otuz üç) manat pul, 64.33 (altmış dörd manat 33 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, dövlət rüsumunn qalan hissəsi iddiaçıya aid edilməli, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 4433 (dörd min dörd yüz otuz üç) manat pul, 64.33 (altmış dörd manat 33 qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Dövlət rüsumunn qalan hissəsi İddiaçı aid edilsin. İddianın qalan hissəsi əsassız olduğundan rədd edilsin. Qax rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim: Malik Qarayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar