Məhkəmə qərarları › İş №e-2(024)-391/2024

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-391/2024

03.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-391/2024 03.05.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Malik İbrəhim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan qurumu Qax rayon Qıpçaq Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 2639.74 manat məbləğində sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi–xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ******** doğulduğu tarix – xx xxxx 1992-ci il təvəllüdlü) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, lakin ərizəçi məhkəməyə ərizə göndərərək mülki iş üzrə təyin ediləcək məhkəmə proseslərinə 13 saylı Ərazi Vergilər İdarəsinin etibarnamə üzrə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi 13 saylı Ərazi Vergilər İdarəsi ərizəsində göstərmişdir ki, vergi ödəyicisi olan Qax rayon Qıpçaq bələdiyyəsi (VÖEN **********) sosial sığorta öhdəliklərini Azərbaycan Respublikasının Vegi Məcəlləsi ilə müəyyən edilmiş müddətə yerinə yetirmədiyi üçün Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2024cü il tarixə 2100.21 manat, İşsizlikdən Sığorta Fonduna 132.43 manat və İcbari Tibbi Sığorta Fonduna 407.10 manat olmaqla, ümumilikdə 2639.74 manat məbləğində borcu yaranmışdır. Yaranmış borc məbləğlərinin 5 (beş) gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən müvafiq tarixli və nömrəli sosial sığorta haqları üzrə borcunun ödənilməsinə dair borc bildirişləri göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamlar verilmişdir. Lakin vergi ödəyicisinə borc məbləğinin ödənilməsi üçün bildirişlər verilməsinə və bank hesablarına müvafiq sərəncamlar qoyulmasına baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Göstərdiklərini nəzərə alaraq qeyd olunan qurumu Qax rayon Qıpçaq Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 2639.74 manat məbləğində sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi– xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ******** doğulduğu tarix – xx xxxx 1992-ci il təvəllüdlü) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer uzrə verilir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 355-7.6-cı maddəsinin tələblərinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək muvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günu ərzində həmin məhdudlaşdırılmanın götürülməsi barədə qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Şərh edilən sübutlara obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, qeyd olunan qurumu Qax rayon Qıpçaq Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 2639.74 manat məbləğində sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi–xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ******** doğulduğu tarix – xx xxxx 1992-ci il təvəllüdlü) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı və qətnamə dərhal icra edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Qax rayon Qıpçaq Bələdiyyəsinin (VÖEN **********) dövlət büdcəsinə olan ümumilikdə 2639.74 manat məbləğində sosial sığorta haqları üzrə borcunun ödənilməsini təmin etmək üçün onun rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi–xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ******** doğulduğu tarix – xx xxxx 1992-ci il təvəllüdlü) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qax Rayon Məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Malik Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar