Məhkəmə qərarları › İş №e-2(024)-485/2024

Qax Rayon Məhkəməsi Qərardad — İş №e-2(024)-485/2024

21.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qax rayonu İş № e-2(024)-485/2024 21.10.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 Cavabdeh Rafiq oğluna qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair mülki işə Qax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxslər X4 və X3 Cavabdeh Rafiq oğluna qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2015-ci il tarixli, 4Ə-516 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş Seriya FX 024480 saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddia ərizəsi xx.xx.2024-cü il tarixli qərardad ilə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası təyin edilməklə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə barışdıqlarını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 03 nömrəli qərarının 2-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçılar ərizənin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki-Prosesual Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsi baxılmamış saxlanıldığı üçün İddiaçı1 tərəfindən iddia ərizəsinin verilməsi üçün Asan Pay ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.11, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X1 Cavabdeh Rafiq oğluna qarşı «daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı1 tərəfindən Asan Pay ödəmə sistemi vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Qax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Taleh Karimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar