Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-525/2024 18.11.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclas katibi (böyük məsləhətçi) Quliyev Elçin Feyzullah oğlunun katibliyi ilə. İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı X7 (nümayəndəsi Vəkil1) Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 12000 (on iki min) manat pulun, ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun, həmçinin onunla Şəki-Regional Vəkil Bürosunun vəkili Vəkil1 və hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 300 (üç yüz) manat pulun alınaraq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli eyni nömrəli qərardadına əsasən iddiaçı X3 əsl İddiaçı ilə əvəz olunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 qızı-İddiaçı hazırki iş üzrə Cavabdeh ilə nikahlarını 19 may 2013-cü il tarixində rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. X3 bildirdiyinə görə qızı ilə cavabdeh ailə qurmamışdan əvvəl Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirərək iddiaçıdan 12000 manat borc pul tələb etmişdir. İddiaçının bildirdiyinə görə həmin vaxt Cavabdeh onun qızı ilə adaxlı olduğundan və iddiaçının gələcəkdə kürəkəni olacağından ona etiraz etməmiş və 12000 manat pulu borc olaraq Cavabdeh vermişdir. Keçən müddət ərzində istər iddiaçının özü, istərsə də, onun qızı İddiaçı cavabdehdən pullarını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. İddiaçının qızı tərəfindən bir neçə digər məsələ, həmçinin də həmin xüsusatla bağlı Binəqədi RPİ-nə müraciət edilmişdir. Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən izahatı alınarkən Cavabdeh bildirmişdir ki, İddiaçı ilə 6 ay bundan qabaq ailə həyatı qurmuşlar. Həmin nikahdan onun övladı yoxdur. Xasiyyətləri uyğun gəlmədikləri üçün İddiaçı ilə ayrılmaq üçün müraciət etmişdir. Hal-hazırda Nizami rayonu 8 saylı Mediasiya təşkilatında baxılır. xx.xx.2024-cü il tarixdə axırıncı dəfə mediasiyada baxılanda o heç kimi döyməmişdir. Ümumiyyətlə o, Qönçəyə əl qaldırmamışdır. Ola bilsin ki, nə isə ucadan mübahisə etmişlər. Bundan sonra o, Qönçəyə zəng etməmiş, Qönçə isə ona vatsap tədbiqində söyüşlər yazaraq təhqir etmişdir. O, mebel almaq üçün İddiaçı atası Kamaldan 10,000 (on min) manat pul almışdır. Həmin mebellər hal-hazırda yaşadıqları evdədir. Qönçədən işə düzəlmək adı ilə pul almamışdır. O, ümumiyyətlə heç kimi öldürməklə hədələməmişdir. Qönçənin dediklərinin hamısı yalandır. O, Qönçədən 12,000 (on iki min) manat yox 10,000 (on min) manat atasından pul almışdır. Qönçənin təhqiqata təqdim etdiyi yazışmaları o yazmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09:42 radələrində o, Qönçəni atası evindən götürməyə getmişdir. Həmin vaxt onlar mübahisə etdiklərinə görə, Qönçə atasının evinə getmişdir. Vatsapda o, Qönçəyə, “Mən gəlim səni aparım, yoxsa marşrutla gələcəksən?” deyə səs atmışdır. Qönçəni atasının evindən götürərək, 28 may metrostansiyasının 2-ci çıxışında olan “Coco beauty by Zehra” salonuna aparmışdır. Qönçə onun maşın idarə etdiyi zaman, telefonunu götürərək həmin yazıları vatsapda yazmışdır. O, Qönçənin onu şərləmək istədiyindən qorxaraq, həmin vaxt Qönçə ilə birlikdə olduğu və həqiqətən də avtomobili idarə etdiyinə dair sübut kimi şəkilini çəkmişdir. Şəkilin çəkilmə saatı və tarixi telefonunda vardır. Həmin şəkil vatsap yazışması ilə iki dəqiqə fərq ilə çəkilmişdir. Həmin izahatdan da göründüyü kimi, Cavabdeh iddiaçıdan borc aldığını etiraf etmişdir. Lakin o izahatında 12000 manat deyil 10000 manat pul aldığını, guya həmin pulu da mebel almaq üçün aldığını bildirmişdir. Bunu bildirsə də həmin xüsusatlarla bağlı hər-hansı bir sübut təqdim etməmişdir, iddiaçının bildirdiyinə görə cavabdeh verdiyi pulu qaytarmadığı üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olur. Odur ki, Cavabdeh 12000 (on iki min) manat pulun, ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun, həmçinin onunla Şəki-Regional Vəkil Bürosunun vəkili Vəkil1 və hüquqlarının müdafiəsi üçün bağladığı müqavilə üzrə 300 (üç yüz) manat pulun alınaraq X4 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və əlavə olaraq izahat verərək göstərdi ki, iddia tələbi 12000 manat dəyərində mülk tələbidir. Elşənlə tanış olduqdan sonra iş planlı şəkildə olmuşdur. Elşən ona bacısı ilə qalmamasını təklif etmişdir. Belə ki, bacısı boşanmış və bir uşağı vardır. Elşən onlara başqa yerdə ev almasını təklif etmiş, bir miqdar pulunun olduğunu, müəyyən məbləğin çatmadığını bildirmiş, çox miqdarda pul istəmişdir. O, atası və anası ilə məsləhət etmiş, valideyinləri hazırda pulu düzəldə bilməyəcəklərini, 2-3 aya toplayıb verə biləcəklərini demişlər. El adəti necədirsə onlarda da o cür olmuş, nişansa nişan, toysa toyları olmuşdur. O, evə köçərkən onları makler, Elşən isə onu narahat edirdi ki, bəs nə oldu, valideyinləri ona borc pul verəcəkdi. Yenidən valideyinlərinə müraciət etmiş, valideyinləri cəmi 12000 manat pul toplamışlar. Onlardan isə haradasa 15000-20000 min manat pul gözləyirdilər. Elşənlə özünü atasının iş yerinə çağırmışlar. İş yeri Novxanıda yerləşmiş, anası da həmin vaxt orada olmuşdur. Atasının iş yerinə getmiş, atası 12000 manat pulu sayaraq Elşənə vermiş, Elşən pulu sayıb götürmüşdür. Bundan sonra Elşənlə evə qayıtmışlar. O, 2021-ci ilin iyun ayının 28-i evlənmiş, 2 aydan sonra pul Elşənə verilmişdir. Elşən pulu borc məqsədi ilə götürmüş, Çünki ev almağa gücü çatmamışdır. Elşən evi 33000 manata almışdır. O, elə bilirdi ki, Elşən evi öz adına alır, lakin ev cavabdehin bacısı Turanə xanımın adına alınmışdır. Həmin vaxt dava-dalaşlı olmamış, mehribançılıq və münasibətləri yaxşı olmuşdur. İyun ayının 28-ci evlənmiş, iki ay sonra da pul verilmişdir. Pulu Elşənə atası vermiş, yanlarında da anası olmuşdur. Elşənlə birlikdə getmiş, həmin vaxt Elşənin avtomobili olmuşdur. Gedib atasının iş yerindən 10000 manat pulu Elşən özü sayaraq götürmüşdür. Elşən pulu alan zaman fındıq məhsulunu toplayıb borcu qaytaracağını bildirmişdir. Birinci il fındıqları olmamış, odur ki bu ilə söz vermiş, lakin hələ də pulu ödəməmişdir. Həmin ev Binəqədidə yerləşir. O, həmin evdə yaşamış, hal-hazırda cehiz əşyaları da həmin evdə yerləşir. Elşən evin yarı pulunu vermiş və onlar həmin evdə yaşamışlar. Elşənin heç bir ev almadığından onun məlumatı olmamış, sonradan ayılmışdır. Elşən onu 3-4 aydan sonra evdən qovmuşdur ki, ev onun deyildir. Sən demə həmin ev Elşənin bacısı Turanənin idi. Evi aldığı adamlar tez-tez zəng edərək və evə gələrək onları narhat edirdilər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, ilk öncə iddia qaldırılarkən bilmirdi ki, orada ona nə yazdırıblar. Sonra isə izahat sənədlərə yüklənəndə bilmişdir ki, orada ona Qönçə yazdırmışlar. Qərarda da Kamal yazdırmışlar. Gəlib müraciət etmişdir ki, dəqiqləşdirsinlər, Qönçəyə, yoxsa Kamala borcu vardır, harada almışdır, necə almışdır?. Pul məsələsinə gəlincə isə o məhkəməyə şəxsən səs yazıları və zəng yazısı təqdim etmişdir, hansı ki video qeydə almışdır. Demək istəyir ki, onun nə Qönçəyə, nə də atasına heç bir borcu yoxdur. İddiaçının istinad etdiyi polis şöbəsində verdiyi izahatı hədə-qorxunun təsiri altında məcbur qalaraq yazmışdır. Həmin izahatın alınması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və digər Dövlət orqanlarına müraciətlər etmişdir. İddiaçı şikayəti ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərdi ki, Cavabdeh təxminən 5 ay bundan əvvəl tanımışdır. O, Kamal Bayramovun qudasıdır. Qızı boşandıqdan sonra Qönçənin atası Kamala zəng etmişdir ki, onun evinin qızıllarını qaytarsın. Çünki o, qızını ərə verdikdən sonra qızına qonaqlığında qızıl hədiyyə etmişdir. Qızı ayrıldıqdan sonra Kamala zəng edərək onun evini və uşaqlarının qızıllarını qaytarmasını tələb etmişdir. Kamal ona demişdir ki, uşaqların evi yoxdur, ev alacaqsan. Demişdir ki, alacaqdır, problem yoxdur. Kamal ailəsi ilə birlikdə onun evinə gəlmiş, həmin vaxtı Kamala 9000 manat pul vermişdir. Daha sonra isə Kamalın balaca oğlu ona zamin durmuş, bankdan, 7000 manat kredit götürmüş və Kamala əlbəəl pulları vermişdir. Qızı boşandıqdan sonra isə Kamala evi verməsini demişdir. Kamal isə yeznəsinin imkanlı olduğunu, ona deyəcəyini, yeznəsinin köməklik edəcəyini və onun pulunu qaytaracağını demişdir. Kamaldan səs çıxmadığını gördükdə onun yeznəsini axtarmağa başlamış və Elşəni tapmışdır. Elşən isə cavabında Kamalın onu özündən betər günə qoyduğunu demişdir. Məhkəmə iclasında X5 ifadə verərək göstərdi ki, o Cavabdeh əmisi oğludur. Bakı şəhərində birlikdə işləmişlər. İşlədiyi müddətdə Qönçə hər gün zəng edərək Elşəndən pul tələb edirdi ki, “niyə sənin bacının evi var, mənim evim yoxdur, niyə sənin bacının avtomobili var mənim yoxdur?”, “maşını adıma keçir, evi adıma keçir”. Sonra isə zəng edərək kiməsə borcu olduğunu demişdir. Elşən bacısının qızıllarını, 6000 manat və 4000 manat pulu aparıb Qönçəyə vermişdir. "xxxx" ASC-dən 4200 manat kredit götürərək Qönçəyə vermişdir. Sonra isə o Elşəni bacısına deyəcəyi ilə, bacısının qızıllarını qaytarmayacağı ilə hədələmişdir. Elşən də qorxurdu ki, Qönçə bacısına deməsin. Qönçənin qardaşları Elşəni hədələyirdilər ki, onun bacısının uşağına nəsə edəcəklər, onu da itirəcəklər, adamları da var. O işlədiyi müddətdə Elşənin yanında qalmışdır. Binəqədidə işləmiş, sonra isə işdən çıxaraq Xırdalanda işləmişdir. Hər axşam o Elşəngildə olmuş, bütün baş verənlərin şahidi olmuşdur. Bu söhbətlər Elşənlə Qönçə boşanana yaxın olmuşdur. Həmin vaxt Elşən öz evində qalırdı, Qönçə isə artıq çıxıb getmişdir. Onun yanında isə kimsə kiməsə pul verməmişdir. Əmioğlusu telefonla danışanda Qönçə ondan pul tələb edirdi. Elşən bacısının qızıllarını Qönçəyə vermişdir ki, qaytaracaqlar. Elşənin bacısı oğlu yeni il bayramına az qalmış telefonla oynayanda “Whatsapp” mesajlarına baxırdı. Həmin vaxtı Qönçə yazmışdır ki, onu bacısına deyəcəkdir və hədələyirdi ki, bacısının qızıllarını qaytarmayacaqdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, İddiaçı onun qızıdır. Toydan bir az əvvəl Elşənin bacısı Turanə xanım ona zəng etmiş, onunla görüşmək istədiyini, ancaq görüşdə heç kəsin olmamasını xahiş etmişdir. Onun evində gəlini olduğu üçün Turanə xanım onu Binəqədi rayonu ərazisində bir çay evinə dəvət etmişdir. Turanə xanım ona evlərinin kiçik olduğunu, toy olduqdan sonra qızı Qönçə ilə onun qardaşının həmin evə yerləşməyəcəyini, 33000 manata bir ev gördüklərini, həmin evi almaq istədiklərini bildirmişdir. O, da lap yaxşı “kim evinin olmasını istəməz ki” demişdir. Turanə ona pullarının çatmadığını və kömək edə biləcəklərini soruşmuşdur. O da kömək edə bilməyəcəklərini, lakin həyat yoldaşı ilə məsləhət edəcəyini, onun da oğlanları ilə danışacağını əgər gücləri çatarsa köməklik edəcəklərini demişdir. Turanə ona 15000 manat məbləğində borca pul lazım olduğunu bildirmişdir. Turanə 5000 manat pul düzəltdiyini və makler Rafiq adlı şəxsə verdiyini demişdir. O isə özbaşına olmadığını, əri və oğlanlarına məsləhət etməli olduğunu demişdir. Turanə ona borca pul verməsini, sentyabr ayında fındıq mövsümündə məhsulu yığıb satdıqdan sonra, əgər məhsul olmazsa torpağı satıb qaytaracağını demişdir. O, evdə ərinə demiş, oğlanları ilə məsləhətləşmiş, yekunda razılaşmışlar. Bir az keçmiş, toy olmuş, Novxanıda qızı, əri Kamal, yeznəsi Elşən evdə oturmuş, yeyib-içmiş, o da süfrəyə qulluq etmiş, əri də sayıb pulu vermişdir. Onlar işlədikləri həyət evində də yaşayırlar. Ora onların evidir. Yoldaşı bağ evində işləyir. Bağ evini onlara veriblər, onlar 14 ildir ki, yoldaşı ilə birlikdə orada qalırlar. Oğluna isə Binəqədidə ev almışlar və oğlu orada qalır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Məhkəmə sorğusu əsasında məhkəməyə təqdim edilmiş Cavabdeh tərəfindən Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədova verilmiş izahatdan görünür ki, cavabdeh təhqiqatçının İddiaçı 12000 (on iki min) manat pul alması barədə sualına, İddiaçı 12000 (on iki min) manat yox, 10000 (on min) manat pul aldığını etiraf etmişdir. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 sentyabr 2024-cü il tarixli qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh və İddiaçı aralarında yaranmış mülki münasibətlərdən irəli gələn öhdəliklər ilə əlaqədar Azərbaycan Respublikasının MPM-niin 149 və 150-ci maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah olunmuşdur. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis mayoru Nahid Məmmədovun “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 aprel 2024-cü il tarixli Qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu DİO-nın istintaq, təhqiqat və əməliyyataxtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini kiçik ədliyyə müşaviri Günay Məmmədlinin Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Nümayəndə qardaşı Cavabdeh Binəqədi RPİ-nin əməkdaşları tərəfindən işgəncəyə və digər qanunsuz hərəkətlərə məruz qalmasına dair müraciəti əsasında Binəqədi rayon prokurorluğunda toplanmış material araşdırmanın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmişdir və həmin müraciət əsasında hazırda Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılır, nəticəsindən asılı olaraq qanunamüvafiq qərarın qəbul edilməsi təmin ediləcəkdir. Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun 13 avqust 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə” qərarından görünür ki, Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Nahid Məmmədovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və toplanmış material əlavə yoxlama aparılması üçün Binəqədi RPİ-nin 43-cü PB-nə göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinin Cavabdeh ünvanladığı 27 may 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə DİN-nin “102” Xidməti zəng mərkəzi sisteminə ünvanladığı müraciət araşdırılmış və araşdırma aparılan zaman müraciətdə qeyd olunan xüsusatlar öz təsdiqini tapmamışdır. İddiaçı ilə Cavabdeh “Whatsapp |Messenger” proqramı vasitəsi ilə sms yazışmalarından çıxarışdan görünür ki, Cavabdeh İddiaçı pul tapa bilməməsini, onun tapa biləcəyi təqdirdə müqavilə bağlamasını, İddiaçı isə Cavabdeh avtomobili girov qoymasını, pul götürməsini Cavabdeh həmin avtomobilə o qədər pul vermədiklərini, 4000 manat verdiklərini, avtomobili Qönçənin adına keçirə biləcəyini yazmışdır. İddiaçı ilə Cavabdeh digər “Whatsapp Messenger” proqramı vasitəsi ilə sms yazışmalarından çıxarışdan görünür ki, Cavabdeh İddiaçı 12000 manat borclu olduğunu, ancaq geri qaytarmayacağını bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş USB kart oxuyucuya yüklənmiş səs yazısından görünür ki, Cavabdeh İddiaçı - sən bacım Turanənin haqqına girirsən, bacısı Turanənin ona mən pul alacam, heç olmazsa Qönçənin xalasının faizini ver ki, onun yanında pis vəziyyətdə qalmasın, 10000 manat məsələsini əgər həqiqətən də borc tapırsa Qönçənin atası və anası ilə danışaq və ən uzağı may ayına kənddə nəsə sataq və üstünü düzəldib verərik demişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “DVD” diskinə yazılmış 1-ci səs yazısından görünür ki, İddiaçı söz-söhbətdən bezdiyini, onun adına ya evi, ya da avtomobili keçirtməsə gəlməyəcəyi barədə özünə söz verdiyini, 10000 manat tapa bilmirsə onunla razılaşdığını, harada ucuz maşını ada keçirtməyin olmasını tapa bilirsə 200 manat pulu özü verəcəyini, ancaq ondan sonra 100 manatı və o birisini də heç olmazsa Elşənin verməsini demişdir. 2-ci səs yazısından görünür ki, o boş verməyəcəyini, notarius vasitəsi ilə də istəmədiyini, ya maşının, ya da evin adına rəsmişlədirməsini tələb edir. 3-cü səs yazısından görünür ki, iddiaçı Cavabdeh özünün şərt irəli sürməli olduğunu, Elşənin ona heç bir şərti ola bilməyəcəyini göstərmişdir. Videogörüntüdən görünür ki, Cavabdeh əlində olan mobil telefon vasitəsi ilə ***-***- **-** nömrəsi ilə əlaqə saxlanılmış və səsucaldıcı vasitəsi ilə İddiaçı ilə danışarkən iddiaçı Cavabdeh daşı ətəyindən tökməsini, 10000 manatı qəbullanmasını, ona 6 ay vaxt verəcəyini, 6 ay ərzində həmin məbləği ödəməsini, ərizəsini geri çəkəcəyini, gedib bacısı ilə məsləhət etməsini və belə fikri olarsa ona deməsini bildirmişdir. Cavabdeh isə 10000 manatı ona verəcəyi təqdirdə ona qarşı əmlak tələbi barədə heç bir dava açmayacağını soruşduqda İddiaçı təsdiq edərək “bu yazılı surətdə olur, o beş ay olur, ay sağol belə olacaq” deyə cavab vermişdir. İşə əlavə edilmiş Şəki Regional Vəkil Bürosunun verdiyi 158 nömrəli məktubdan görünür ki, X7 Vəkil1 ilə bağladığı xx.xx.2024-cü il tarixli 404 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində büronun bank hesabına 300 manat ödəniş etmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh Qax rayonu Əmircan kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ödənilmiş qəbzdən görünür ki. iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 127 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə toplanmış materialları nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər ailə qurmuş və cavabdeh tərəfindən iddiaçıdan evin alınması üçün 10000 (on min) manat pul alınmışdır. Tərəflər nikaha daxil olmaqla aralarında etibarlı ailə münasibətləri yaranmış, cavabdeh həmin məbləği fındıq məhsulu yığıldıqdan sonra və məhsul olmazsa Qax rayonu ərazisindəki torpaq sahəsini satdıqdan sonra qaytaracağını öhdəsinə götürmüş, lakin vədinə əməl etməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının hesabına əsassız 10.000 (on min) manat gəlir əldə etməklə əsassız varlanmışdır. Belə ki, hüquq və öhdəliklərin yaranma əsaslarından biri kimi əsassız varlanma Mülki Məcəllənin 14.2-ci maddəsində öz əksini tapmışdır. Əsassız varlanmadan irəli gələn öhdəliklər müstəqil olmaqla bərabər müqavilədən kənar öhdəlik hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hüquq normalarının təhlilindən də görünür ki, əsassız varlanmadan irəli gələn öhdəliklər qanundan əmələ gələn öhdəlik qrupuna şamil olunduğu üçün müqavilənin deyil, məhz qanunun birbaşa göstərişləri ilə əmələ gəlir. Əsassız varlanan şəxs dedikdə hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edənlər nəzərdə tutulur. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Yəni məlum olduğu kimi nə qanunda, nə də tərəflər arasında bağlanmış müqavilədə əsassız varlanan şəxsə hər hansı əmlakın verilməsi nəzərdə tutulmur. Əsassız varlanma zamanı həllini tapmalı olan bir digər məsələ isə varlanmış şəxsin əldə etdiyi əmlakın xərcləri üçün məhrum olana qarşı yaranan kompensasiya tələbidir. Beləliklə də, məhkəmə iclasında işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübut hesab edilən cavabdehin iddiaçıya 10.000 (on min) manat borcunun olmasını əks etdirən Binəqədi RPİ-də araşdırılması aparılan materiallara əlavə edilmiş Cavabdeh iddiaçıdan 10.000 (on min) manat pul almasına dair etirafedici izahatı, “USB” kart oxuyucuya yüklənmiş Cavabdeh İddiaçı - “sən bacım Turanənin haqqına girirsən, bacısı Turanənin ona mən pul alacam, heç olmazsa Qönçənin xalasının faizini ver ki, onun yanında pis vəziyyətdə qalmasın, 10000 manat məsələsini əgər həqiqətən də borc tapırsa Qönçənin atası və anası ilə danışaq və ən uzağı may ayına kənddə nəsə sataq və üstünü düzəldib verərik” deməsi ilə bağlı, “DVD” diskdə əks olunan İddiaçı Cavabdeh söz-söhbətdən bezdiyini, onun adına ya evi, ya da avtomobili keçirtməsə gəlməyəcəyi barədə özünə söz verdiyini, 10.000 manat tapa bilmirsə onunla razılaşdığını, harada ucuz maşını adına keçirmək mümkün olmasını tapa bilirsə 200 manat pulu özü verəcəyini, ancaq ondan sonra 100 manatı da və o birisini də heç olmazsa Elşənin verməsini, pulu notarius vasitəsi ilə də istəmədiyini, ya maşının, ya da evin adına rəsmiləşdirməsini tələb etməsini, Cavabdeh özünün şərt irəli sürməli olduğunu, Elşənin ona heç bir şərtinin ola bilmədiyini göstərməsini əks etdirən səs yazıları, eləcə də Cavabdeh əlində olan mobil telefon vasitəsi ilə ***-***-**-** nömrəsi ilə əlaqə saxlanılan və səsucaldıcı vasitəsi ilə İddiaçı ilə danışarkən İddiaçı Cavabdeh daşı ətəyindən tökməsini, 10.000 manat borcu qəbullanmasını, ona 6 ay vaxt verəcəyini, 6 ay ərzində həmin məbləği ödəməsini, əvəzində ərizəsini geri çəkəcəyini, cavabdehə gedib bacısı ilə məsləhət etməsini və belə fikri olarsa ona deməsini əks etdirən və Cavabdeh isə 10.000 manatı ona verəcəyi təqdirdə ona qarşı əmlak tələbi barədə heç bir dava açmayacağını soruşduqda İddiaçı təsdiq edərək “bu yazılı surətdə olur, o beş ay olur, ay sağol belə olacaq deməsini əks etdirən videgörüntü, “Whatsapp Messenger” vasitəsi ilə yazışmaları əks etdirən smslərlə və Şahid3 Qulan qızının ifadələri ilə qismən sübuta yetirilmişdir ki, Cavabdeh iddiaçı tərəfin verdiyi 10000 (on min) manat pulu ona geri qaytarmamaqla iddiaçının hesabına əsassız varlanmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə məhkəmə iclasında ifadə verən mübahisə tərəfinin təşəbbüsü ilə məhkəməyə dəvət olunan şahidlər Şükürov X9 atası Kamalın onun qızıllarını, pulunu alıb qaytarmaması, X1 isə İddiaçı Elşənə zəng vuraraq hədələməsi, ev, maşın tələb etməsi və s ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şahidlərin ifadələr Cavabdeh İddiaçı borc pul almaması, ona borcu olmamasını əks etdirmir və onların ifadələrinin hazırki mübahisə ilə heç bir əlaqəsi yoxdur. İddia tərəfinin təşəbbüsü dindirilən Şahid3 Novxanıda qızı, əri, yeznəsi Elşənin evdə oturduğunu, yeyibiçdiyini, özünün süfrəyə qulluq etdiyini və ərinin, pulu sayıb Cavabdeh verdiyini təsdiq etmişdir. İddiaçıya 12000 (on iki min) manat pul verdiyini göstərsə də, məhkəməyə bununla bağlı əsaslı və mötəbər sübut növü təqdim etməmiş, məhkəmə iclasında verdiyi izahatlarında gah cavabdehə 12000 (on iki min), gah da 10000 (on min manat) pul verildiyini göstərmişdir. Beləliklə iş materialları, işin faktiki halları, işdə olan əsaslı və mötəbər sübutlar hesab edilən Cavabdeh Binəqədi RPİ-də verdiyi izahat, məhkəməyə təqdim edilmiş səs yazıları, smslər və Şahid3 ifadəsi ilə iddia tələbi qismən, yəni 10000 (on min) manata dair hissədə sübuta yetirilmişdir. Elşən Mamhudlunun təziq altında polis idarəsində işgəncəyə məruz qalması və məcbur edilərək İddiaçı 10000 (on min) manat borc pul alması barədə izahat verməyə məcbur edilməsi məsələsinə münasibət göstərərkən məhkəmə qeyd edir ki, iş materiallarında olan təhqiqatçının hər iki qərarından görünür ki, İddiaçı şikayəti əsasında həmin fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və tərəflərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh polis şöbəsində iddiaçıdan 10000 manat borc aldığını etiraf etmiş, iddiaçının pul tələbi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia qaldırmasını gördükdən sonra müvafiq hüquq-mühafizə orqanlarına izahatı ona göstərilən zorakılığın təsiri altında məcburən yazması barədə şikayətlər etməyə başlamış, həmin şikayətlərin nəticəsi, ona fiziki və yaxud psixiki işgəncə verilməsini təsdiq edəcək hər hansı bir sübutu, aparılan araşdırmaların yekunları barədə qəbul edilmiş qərarları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana kimi olan müddət ərzində təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin göstərdiklərini işin faktiki hallarını gizlətmək və məsuliyyətdən yaxa qurtarmaq kimi qiymət verir. Məhkəmə yuxarıda qeyd olunan səs yazılari və videgörüntünü əks etdirən sübutların mötəbər hesab edilməsi ilə bağlı qeyd edir ki, N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, qeyd edilməlidir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı). Lakin hazırkı iş üzrə məhkəmələr tərəfindən telefon danışıqlarını və yazışmaları əks etdirən diskin qanuni əsaslarla əldə edilməmiş sübut sayılmasına, habelə həmin məlumatların əsassız olmasına dair hər hansı hüquqi qiymətləndirmə aparılmamış və bununla bağlı gəlinən qənaət əsaslandırılmamışdır. Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı öz-özlüyündə mülki hüquq subyektlərinin iradə sərbəstliyinin ifadəsi kimi qiymətləndirilə bilməz. İradə ifadəsinin zədələnməsi səbəbindən əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən iddianın əsaslı olub-olmaması iradə ifadəsinin hansı şərtlər və şərait daxilində edildiyinin aydınlaşdırılması ilə mümkündür. Belə növ mübahisələr üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün müqavilənin doğruluğu, zorakılıq və ya hədə təsiri altında bağlanıb-bağlanılmaması kimi faktlara dair məlumatları əks etdirən sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmalı, həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Göründüyü kimi, İddiaçı Cavabdeh verilmiş pul məbləğinin ona qaytarılması ilə bağlı, Cavabdeh isə Qönçə Mamhudluya borcunun olmaması ilə bağlı, yəni pozulmuş hüquqlarının müdafiə etmək məqsədi ilə həmin səs yazıları və görüntüləri məhkəməyə təqdim etmiş, hər iki tərəf səs yazılarının özlərinə məxsus olmasını göstərmiş, bunu məhkəmədə mübahisələndirməmişlər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10000 (on min) manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə baxışının gedişində əsaslar yarandığından iddiaçı əsl iddiaçı ilə əvəz edildiyi üçün (əsl olmayan tərəfin əvəz edilməsi) X4 hüquqi yardım göstərməyə görə vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən tutulması hissəsində də iddia təmin edilməməlidir. MPM-nin məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qismən təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 120 (bir yüz iyirmi) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qax rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №e-2(024)-525/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-525/2024
18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver