Məhkəmə qərarları › İş №e-2(024)-596/2025

Qax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(024)-596/2025

28.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № e-2(024)-596/2025 28.10.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövən qızının katibliyi, İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh-Cavabdeh 10.000 (on min) manat maddi və 50.000 (əlli min) manat mənəvi zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh-Cavabdeh arasında olan nikah münasibətləri 01 iyul 2023-cü ildə 1 №li Sumqayıt «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və həmin şöbənin nikahın bağlanması haqqında akt qeydləri kitabında 846 №-li nikah qeydi aparılmış, habelə bu fakt həmin şöbənin təqdim etdiyi eyni tarixli AZ-İİ seriyalı 570521 №li nikah haqqında şəhadətnamə ilə təsdiqlənir. Bu nikahdan 15 may 2024-cü ildə X2 anadan olmuş və bu barədə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq doğum haqqında şəhadətnamə təqdim edilmişdir. Bildirir ki, tərəflər arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin e- 2(012)633/2025 №li, 22 may 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan 15 may 2024-cü ildə doğulmuş X2 yanında saxlanılmışdır. Məlumat üçün qeyd edir ki, cavabdeh-Cavabdeh ilə ilk aylar nikah münasibətləri normal olmuşdur. Cavabdehin anasının 2023-cü ilin sentyabr ayından ailə münasibətlərinə müdaxilə etməsi nəticəsində o, onu yuxarıda qeyd edilmiş faktiki ünvanda hamilə vəziyyətində tək qoyaraq qeydiyyatda olduğu Qax şəhərində yerləşən valideynlərinə məxsus evə köçmüşdür. O, faktiki ünvanda kirayənişin qismində tək yaşayır və hamilə olduğuna görə heç yerdə işə qəbul edilmir, habelə heç yerdən maddi dəstək almırdı. Bu maddi sıxıntılar içində dəfələrlə Cavabdeh kömək üçün zəng etmiş və mesajlar göndərmiş, lakin bunun heç bir nəticəsi olmadı. O hər dəfə müxtəlif bəhanələrlə maddi dəstəkdən yayınır, hətta onu əsassız günahlarla suçlayır və böhtanlar deməkdən çəkinmirdi. Hətta cavabdeh-Cavabdeh birgə nikahdan doğulmuş 15 may 2024-cü il təvəllüdlü X2 ilə bağlı atalığın müəyyən edilməsi barədə iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə müraciət etdi. Məlum mülki iş üzrə keçirilmiş «Maddi sübutların ekspertizası» barədə 27/2025- MTBŞ №li, 11 mart 2025-ci il tarixli ekspert rəyi ilə X1 bioloji atasının cavabdeh-E.A. Məmmədlinin olması faktı təsdiqləndi. Bütün bu sarsıntılar həm onun, həm də hamilə olduğu uşağın sağlamlığına təsirsiz ötüşmədi. Belə ki, "xxxx" QSC-in klinikasında 22 yanvar 2024-cü il tarixdə növbəti həkimginekoloq müayinəsində olarkən, ona «16 həftəlik hamiləlik, erkən düşük təhlükəsi» diaqnozu qoyuldu və həmin gün üzərimdə «uşaqlıq boynunda tikiş» proseduru icra edildi. Bu faktlar "xxxx" QSC-in klinikasının təqdim etdiyi 341/24 №li 20. avqust 2024-cü il tarixli arayışla təsdiqlənir. Bundan əlavə, birgə nikahdan X2 15 may 2024-cü il tarixdə anadan olandan sonra, sağlamlıq durumunun kritik olmasını nəzərə alaraq, mütəmadi həkim nəzarətində olmuş, müxtəlif peyvəndlər və müxtəlif təyinatlı müayinələr aparılmış, habelə müalicələr edilmişdir. «X4»ın təqdim etdiyi yeni doğulmuşlarda «Topuq qanı» analizi barədə arayışı və müayinələrlə bağlı edilmiş ödəniş qəbzləri bu faktları təsdiq edir. Onun və birgə nikahdan doğulmuş Davud Məmmədlinin müayinə və müalicəsi ilə bağlı sərf etdiyi maddi vəsaitlər təxminən aşağıdakı kimidir: 1) Faktiki yaşadıqları mənzilə görə hər ay 420 manat kirayə haqqı və həmin mənzillə bağlı bütün kommunal xərcləri nəzərə alaraq orta hesabla hər ay 600 (altı yüz) manat: Uşağın tibbi nüayinədən keçirilməsi və doğuşu ilə bağlı xərclər:-10 oktyabr 2023-cü il tarixli qəbz № A********** 50 (əlli) manat -10 oktyabr 2023-cü il tarixli qəbz № A00260715 40 (qırx) manat-20 oktyabr 2023-cü il tarixli qəbz № A00261821 40 (qırx) manat-11 dekabr 2023-cü il tarixli qəbz №A00267265 100 (yüz) manat-22 yanvar 2024-cü il tarixli sənədə əsasən 210 (iki yüz on) manat. -11 mart 2024-cü il tarixli qəbz №00277000 100 (yüz) manat -22 aprel 2024-cü il tarixli qəbz №A0028945 100 (yüz) manat-08 may 2024-cü il tarixli mədaxil qəbzi 250 (iki yüz əlli) manat-15 may 2024-cü il tarixli mədaxil qəbzi 700 (yeddi yüz) manat-23 may 2024-cü il tarixli qəbz № A00284206 14 (on dörd) manat-17 may 2024-cü il tarixli mədaxil qəbzi 9 (doqquz) manat-29 yanvar 2024-cü il tarixli qəbz №0021085 92.12 (doxsan iki) manat.-14 iyun 2024-cü il tarixli qəbz № A00286564 50 (əlli) manat. -18 iyun 2024-cü il tarixli qəbz № A00286742 90 (doxsan) manat. Hüquqi yardımla bağlı xərclər: -31 iyul 2024-cü il tarixli üzləşmə aktına əsasən 2520 (iki min beş yüz iyrmi) manat, -24 iyun 2025-ci il tarixli EM-369VK-33405/25 saylı müqaviləyə əsasən 500 (beş yüz) manat və s. Beləliklə, cavabdeh-Cavabdeh 2023-cü ilin sentyabr ayında onu yuxarıda qeyd edilmiş faktiki ünvanda hamilə vəziyyətində tək və maddi cəhətdən köməksiz vəziyyətdə qoyaraq qeydiyyatda olduğu Qax şəhərində yerləşən valideynlərinə məxsus evə köçmüş, maddi və mənəvi sıxıntılar içində dəfələrlə Cavabdeh kömək üçün zəng və mesajlar göndərməyimə baxmayaraq, o hər dəfə müxtəlif bəhanələrlə maddi dəstəkdən yayınmış, onu əsassız günahlarla suçlamış və hətta böhtanlar demişdir. Nəticədə o mənəvi sarsıntılar, habelə iztirablar keçirmiş, bu isə həm onun, həm də hamilə olduğu uşağın sağlamlığının pozulmasına səbəb olmuşdur. Məhz bu səbəbdən hamiləlik dövründə dəfələrlə müayinələrə məruz qalmış, sağlamlığının bərpa olunması üçün müxtəlif dərman pereparatları qəbul etmiş və bununla bağlı ona çoxlu sayda inyeksiyalar edilmişdir. Bütün bu sarsıntı və iztirablara baxmayaraq, cavabdeh- Cavabdeh onu xəyanətdə suçlayaraq, birgə nikahdan doğulmuş 15 may 2024-cü il təvəllüdlü X2 ilə bağlı atalığın müəyyən edilməsi barədə iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə müvafiq iddia ərizəsi ilə müraciət etmişdir. Məlum mülki iş üzrə keçirilmiş «Maddi sübutların ekspertizası» barədə 27/2025-MTBŞ №li, 11 mart 2025-ci il tarixli ekspert rəyi ilə X1 bioloji atasının cavabdeh- Cavabdeh olması faktı təsdiqlənmişdir. Cavabdeh-Cavabdeh bu müddət ərzindəki təqsirli və hüquqa zidd əməlləri nəticəsində ona birbaşa vurduğu ziyan və zərəri təsdiq edən sübutların bir qismi qorunmuş və o həmin sübutları hazırki iddia ərizəsinə əlavə etmişdir. Yuxarıda qeyd edilmiş faktları və sübutları nəzərə alaraq hesab edir cavabdeh-Cavabdeh ümumilikdə ona 10.000 (on min) manat məbləğində maddi zərər vurmuşdur. Bundan əlavə, cavabdehin hüquqazidd əməlləri nəticəsində o və hamilə olduğu uşağı mənəvi sarsıntı, habelə iztirablar keçirmiş, hal-hazırda da bu sarsıntı və iztirablar davam edir, bununla bağlı sağlamlına xeyli zərər vurulmuşdur. Hesab edir cavabdeh ona bu mülki hüquq pozuntusuna görə 50.000 (əlli min) manat mənəvi zərər vurmuşdur. Sözü gedən əməlin nəticələrini, həm özünün, həm də azyalı uşağın pozulmuş hüquqlarının və sağlamlığının bərpa edilməsi üçün xərc çəkmiş, vaxt sərf etmiş, halbuki həmin müddət ərzində səmərəli işlə məşğul olub müvafiq gəlir əldə edə bilərdi. Məhkəmədən cavabdeh- Cavabdeh 10.000 (on min) manat maddi və 50.000 (əlli min) manat mənəvi zərərin ona ödənilməsi barədə müvafiq barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək göstərdi ki, onunla Cavabdeh arasında 01 iyul 2023-cü il tarixdə nikah bağlanmışdır. Bu nikahdan 15 may 2024-cü il tarixdə X2 anadan olmuşdur. Onlar cəmi 3 ay bir yerdə yaşamışlar. Sonra cavabdeh onu tərk etmişdir. O, cavabdehi birlikdə yaşadıqları kirayə evdə hamilə halda gözləmişdir. Heç nə demədən birdən-birə çıxdı getmişdir. Daha sonra bildirdi ki, ailəsi onların evliliyinə razi deyildirlər. Ona hər şeyi yoluna qoyacağını deyirdi. Ona yaşatdığı stresslərə görə övladının erkən doğum riski var idi. O, onu itirə bilərdi. Həmçinin doğulduqdan sonra cavabdeh uşağın saxlanılması üçün heç bir koməklik göstərməmişdir. Cavabdeh hamilə olduğu vaxtlarda ona tez-tez zəng edərək atalıq testinin olub-olmasını soruşurdu və o da əsəbləşirdi. Həmin zaman bütün söz söhbətlər hamiləliyinə mənfi təsir göstərmişdir. İddianın təmin olunmasını xahiş edir. İddiaçı və etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah münasibətləri 01 iyul 2023-cü ildə 1 №li Sumqayıt «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Bu nikahdan 15 may 2024-cü ildə X2 doğulmuş və bu barədə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq doğum haqqında şəhadətnamə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin e- 2(012)633/2025 №li, 22 may 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan 15 may 2024-cü ildə doğulmuş X2 iddiaçının yanında saxlanılmışdır. Cavan bir xanım xəyallar quraraq evlənib. Bir neçə müddət sonra bu xəyalları puç olmuşdur. Onun stress keçirməməyi qeyri-mümkündür. Qarşı tərəfin vəkili də öz sözləri ilə demişdir ki, belə misallar Respublikada minlərlədir. Onlar iş materiallarına tərəflər arasında olan yazışmaları əlavə etmişlər. Həmin yazışmalardan görünür ki, cavabdeh iddiaçıya nə vaxtsa gələcəyini bildirir. Həmin bu hadisələr nəticəsində iddiaçının uşağının düşmə təhlükəsi yaranır. İddiaçı hamiləlik dövründə bir sıra müalicələr almışdır. Hamiləlik dövründə əldə olanan arayışları və qəbzləri məhkəməyə təqdim etmişlər. İddia ərizəsində qeyd edilən iddiaçıya kimi 10.000 manat maddi ziyan dəymişdir. Mənəvi zərərlə əlaqədar olaraq sübutları vardır. Məhkəməyə vəsatətlə müraciət edərək, psixoloji ekspertizanın keçirilməsini xahiş etmişlər. Lakin bu vəsatəti məhkəmə təmin etmədi. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 7 №li, 03 oktyabr 2008-ci il tarixli qərarın İ hissəsinə görə, «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vuruldukda ödənilə bilər. Həmin Qərarın İİ hissəsinə görə, «zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.» Cavabdeh 10.000 manat maddi və 50.000 manat mənəvi zərərin İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı hər zaman Bakıda yaşamışdır və ata evi də Bakı şəhərindədir. Tərəflər cəmi iki ay bir yerdə yaşamış, daha sonra münasibətləri alınmadığına görə ayrılmışlar. Belə misallar Respublikada minlərlədir. 9 ayın sonunda Sevda xanımın normal səviyyədə uşağı dünyaya gəlib. Demək olar bütün hamilə qadınlarda hamiləliyi dövründə bir sıra problemlər yaranır. Bu çox normaldır. Bundan əlavə dövlət xəstəxanalarına xəstə müraciət etdiyi zaman qeydiyyata alır, həkim təyin olunur və hamiləlik dövrü həkim tərəfindən izlənilir. Bunlar hamısı dövlətin vəsaiti hesabına başa gəlir. Boşanan bir çox qadın sarsıntı keçirə bilər. Ortada mənəvi sarsıntı və iztirablar yoxdur. İddiaçı keçən məhkəmə iclasında qeyd edir ki, 600 manata kirayədə qalıb. Ola bilər. Lakin ərin borcu deyildir ki, qadının yaşadığı evin kirayəsini ödəsin, kommunal borclarını versin. Onlar iddia tələbini tamamilə əsassız hesab edirlər. Ona görə ki, iddiaçının hansı gəliri əldə etməsi, yaxud hansı gəlirinin əldən çıxması məlum deyil. İddiaçıya qarşı hansı qanunsuz əməl olunub ki, o mənəvi ziyan çəkir? Onlar iki ay bir yerdə ər-arvad münasibətində yaşayıblar. İddiaçıda doğuş zamanı hər hansı problem yaranmamışdır. İddiaçının hamiləlik dövründə keçirdiyi uşağın düşmə təhlükəsi hamıda ola bilər. İddiaçı hamiləliyi dövründə dövlət xəstəxanasına da müraciət edə bilərdi. Hal-hazırda dövlət xəstəxanalarında olan avadanlıq özəl tibb müəssisələrində yoxdur. Onun özəl tibb müəssisəsinə müraciət etməsi tamamilə öz şəxsi işidir. İş materillarına əlavə edilmiş tərəflər arasındakı yazışmalardan görünür ki, Cavabdeh konkret olaraq iddiaçının yanına gələcəyini demir. Həmçinin ərin öhdəliyində arvadın kirayə haqqını ödəmək yoxdur. Cavabdeh hal-hazırda Məmmədli iddiaçı qarşısında bir öhdəliyi var. O da aliment öhdəliyidir ki, hər ay vaxtlı vaxtında ödəyir. İddia tələbi tamamilə əsassızdır. Kim harada istəyir kirayədə qalır, öz problemidir. İki ay birlikdə yaşadıdan sorna ayırlmışlar, iddiaçı anası evində də qala bilərdi, daha bahalı evdə qala bilərdi. Bu iddiaçının öz problemidir. Yəni onların arasında hər hansı bir rəsmi razılaşma olmamışdır ki, iddiaçı çıxdıqdan sonra onun kirayə pulunu ödəyəcək və yaxud qanunda belə bir öhdəlik yoxdur ki, iddiaçının kirayə pullarını həyat yoldaşı ödəməlidir. Qısaca bildirir ki, müalicə ilə bağlı dövlət xəstəxanası vardır və iddiaçı orada qeydiyyatdadır, orada ona həkim ayrılır, həkim nəzarəti altında olur. Bütün bunlar dövlət tərəfindən həyata keçirlir. Bütün bunlar dövlət tərəfindən həyata keçirlir. İddiaçıə könüllü olaraq hər hansı bir yerdə analiz verə bilər, bu onun şəxsi işidir. Doğuş da normal həyata keçirilmişdir, uşaq da hazırda normalıdır. Cavabdeh tərəfindən aliment də ödənilir. Mənəvi ziyandan söhbət belə gedə bilməz. Onda belə çıxır ki, hər bir boşanan tərəf bir birinə qarşı maddi və mənəvi ziyan tələbi ilə bağlı iddia qaldırsınlar. İddiaçının mənəvi iztirab keçirməsini sübut edən hər hansı bir əsas da yoxdur. Yəni bu hallar ətraflı araşdırılb və hesab edirlər ki, iddia tələbi tamamilə əsassızdır. İddianı qəbul etmir və məhkəmədən iddia təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər: AZ-İİ seriyalı 570521 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları 01 iyul 2023-cü ildə 1 №li Sumqayıt «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 846 №-li nikah qeydi aparılmışdır. AZ-İV 974002 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 may 2024-cü il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İddiaçı ilə ***-***-**-** mobil nömrəli abonentin Whatsapp messenger proqramı vasitəsi ilə danışıqlarından görünür ki, S.Z.Cavabdeh adı ilə müraciət etdiyi həmin şəxsdən onun yanına qayıtmasını xahiş etmiş, həmin şəxs gəlməyə çalışdığını, lakin o gücə sahib olmadığını özündən asılı olmayan səbəblərə görə gələ bilmədiyini. v s… qeyd etmiş, İddiaçı həkimə 1.550 manat ödəməli olduğunu,1.000 manatı pul tapıb ödədiyini qeyd etmişdir. İddiaçı ilə «Ceyhun Bey ev» adlı şəxsin Whatsapp messenger proqramı vasitəsi ilə sms yazışmalarından görünür ki, İddiaçı həmin şəxsdən evin kirayə pulunu ödəmək üçün kart hesabını göndərməsini xahiş etmiş, kart hesabına 420 manat, 420 manat pul köçürmüş, Azəriqaz İB-in borc barədə xəbərdarlığın fotosunu göndərmiş, kart hesabına 460 manat pul vəsaiti köçürmüşdür. İddiaçı ilə «Guntakin ev yeni» adlı şəxsin Whatsapp messenger proqramı vasitəsi ilə sms yazışmalarından görünür ki, İddiaçı həmin şəxsin kart hesabına 460 manat, 480 manat, 460 manat, 470 manat, 400 manat, 460 manat pulun ödənilməsinə dair qəbzin fotosunu göndərmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi PHŞ-nin 27/2025-MTBŞ №li, 11 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, qəbul olunmuş müvafiq beynəlxalq noramalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Cavabdeh ekspertizaya təqdim olunmuş X1 atası olması təsdiq olunmuşdur. Uşağın tibbi nüayinədən keçirilməsi və doğuşu ilə bağlı xərclər: -10 oktyabr 2023-cü il tarixli № A********** qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 50 (əlli) manat pul ödənilmişdir. -10 oktyabr 2023-cü il tarixli № A00260715 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 40 (qırx) manat pul ödənilmişdir. -20 oktyabr 2023-cü il tarixli № A00261821 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 40 (qırx) manat pul ödənilmişdir. -11 dekabr 2023-cü il tarixli № A00267265 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 (yüz) manat pul ödənilmişdir. -22 yanvar 2024-cü il tarixli sənədin surətindən görünür ki, iddiaçı tərəfindən 210 (iki yüz on) manat pul ödənilmişdir. -11 mart 2024-cü il tarixli № 00277000 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 (yüz) manat ödənilmişdir -22 aprel 2024-cü il tarixli № A0028945 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 (yüz) manat ödənilmişdir. -08 may 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 250 (iki yüz əlli) manat ödənilmişdir. -15 may 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 700 (yeddi yüz) manat ödənilmişdir. -23 may 2024-cü il tarixli № A00284206 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 14 (on dörd) manat ödənilmişdir. -17 may 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 9 (doqquz) manat dövlət rüsumu ödənilmişdir -29 yanvar 2024-cü il tarixli № ******* qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 92.12 (doxsan iki) manat ödənilmişdir. -14 iyun 2024-cü il tarixli № A00286564 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 50 (əlli) manat ödənilmişdir. -18 iyun 2024-cü il tarixli № A00286742 qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 90 (doxsan) manat dövlət rüsumu ödənilmişdir. -31 iyul 2024-cü il tarixli üzləşmə aktından görünür ki, hüquqi yardımla bağlı xərc 2.520 (iki min beş yüz iyrmi) manat təşkil edir. -24 iyun 2025-ci il tarixli EM-369VK-33405/25 saylı müqavilədən görünür ki, hüquqi yardımla bağlı xərc 500 (beş yüz) manat təşkil edir. Bakı Medical Plazanın verdiyi 341/24 №li, 20 avqust 2024-cü il tarixli arayışının surətindən görünür ki, xx xxxx 1995-ci il təvəllüdlü İddiaçı ondan ötəri ki, o həqiqətən xx.xx.2024-cü il tarixində "xxxx" QSC klinikasında həkim-ginekoloq müayinəsində olmuşdur. Həkim tərəfindən xəstəyə «16 həftə hamiləlik. Erkən düşük təhlükəsi» diaqnozu qoyulmuşdur. 22 yanvar 2024-cü il tarixində «uşaqlıq boynunda tikiş» proseduru icra olunmuşdur. «X5»ın yeni doğulmuşlarda torpaq qanı analizindən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağa həmin analiz tətbiq edilmişdir. Qarşılıqlı üzləşmə aktından görünür ki, İddiaçı tərəfindən ayın sonuna yığım üzrə ümumi qalıq 2239.12 manat ödənilmişdir. «Pul Pal» ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquq xidmətlərinə görə «Kiçikbəyov və partnoyarları» vəkil bürosunun hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmənin mövqeyi : Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işin aradırlan halları və işdə olan sübutların bir-biri ilə əlaqəli şəkildə tədqiqi nəticəsində müəyyən edildi ki, tərəflərin nikahları 01 iyul 2023-cü il tarixdə 1 №li Sumqayıt «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 846 №-li akt qeydi aparılmışdır. Birgə nikahdan tərəflərin 15 may 2024-cü ildə Davud oğlu uşağı doğulmuşdur. Tərəflərin nikahları Abşeron Rayon Məhkəməsinin e-2(012)-633/2025 №li, 22 may 2025-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahdan 15 may 2024-cü ildə doğulmuş X2 yanında saxlanılmışdır. İddiaçı Cavabdeh 10.000 (on min) manat maddi və 50.000 (əlli min) manat mənəvi zərərin ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin 10.000 manat maddi ziyana dair hissəsi ilə bağlı qeyd edir ki, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Sübutetmə yükü üzərinə düşən iddiaçı uşağın doğulması ilə bağlı müayinə və müalicə barədə tibbi sənədlər və müalicə üçün çəkilmiş xərclərlə bağlı sübutlar təqdim etsə də, ona cavabdeh E.A.Məmmədovun təqsiri ucbatından maddi ziyan dəyməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırkı iddianın predmeti olan mübahisə üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Beləliklə iddiaçı ona E.A.Məmmədovun təqsiri ucbatından maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim etməmiş, eyni zamanda da işin məhkəmə tərəfindən araşdırılan halları ilə sübuta yetirilməmişdir. Cavabdehin iddiaçıdan ayrılması, doğumun həyata keçirilməsi, bununla bağlı müayinə, müalicə xərclərinin çəkməsi, kirayədə qalması cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması anlamına gəlmir. Tələbin 50.000 manat mənəvi ziyan və mənəvi ziyana dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbin həmin hissəsi ilə bağlı iddia ərizəsində cavabdehin hüquqazidd əməlləri nəticəsində o və hamilə olduğu uşağı mənəvi sarsıntı, habelə iztirablar keçirməsi, hal-hazırda da bu sarsıntı və iztirablarının davam etməsi ilə bağlı gətirdiyi dəlillər heç bir sübuta söykənmir və əsassızdır. İddiaçı gətirdiyi dəlillərlə bağlı məhkəməyə əsaslı və mötəbər sübutlar təqdim edə bilməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum qeyd etmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkmişin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, onların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Bu mənada məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Cavabdeh E.A.Məmmədovun hansı qanunsuz hərəkətləri nəticəsində iddiaçı hansı xəstəlikdən əziyyət çəkdiyi, mənəvi zərərin əsas elementləri olan mənəvi sarsıntı çəkməsi və fiziki iztirablara məruz qalması barədə əsəb, stress keçirməsi və məhz bu xəstəlik növünün cavabdehin hərəkətləri nəticəsində əmələ gəlməsi, həmin hərəkətlərin nəticəsində nə qədər ona maddi ziyan dəyməsi barədə iddiaçı tərəfindən heç bir sübut növü məhkəməyə təqdim edilməmiş, həmin sübutlar iş materiallarında öz əksini tapmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Burada əsas məqam ondan ibarətdir ki, qətnamədə məhkəmənin gəldiyi nəticənin maddi-hüquqi əsası kimi işə baxan zaman deyil, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Qətnamədə prosessual hüquq normalarına uyğunluğu məsələsi həll olunarkən məhz işin baxılması zamanı yəni müvafiq prosessual hərəkətlərin icra edildyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamənin əsaslığı onun iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərə uyğun olmasında ifadə olunur. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin hallarına uyğun gəlsin. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözü gedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdeh-Cavabdeh 10.000 (on min) manat maddi və 50.000 (əlli min) manat mənəvi zərərin ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçının ödəməkdən azad olunduğu 270 (iki yüz yetmiş) manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar