Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1043/2023 04.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu, Zarağan kəndi ərazisindən 2.42 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrufatının bağlarına təyinatlı torpaq sahəsinə görə verilmiş JN-394F, KOD 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə ona düşən torpaq payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o,,İddiaçı xx.xx.1981-ci ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuşdur. İddia ərizəsində qeyd olunan cavabdehlər Cavabdeh1 anası, Cavabdeh2 qardaşı, Cavabdeh3 və Cavabdeh4 bacılarıdır. Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd olunmuş atası X4 xx.xx.2022-ci il tarixində xroniki böyrək xəstəliyindən və nənəsi X8 xx.xx.2001-ci il tarixində ağ ciyər, ürək çatmamazlığından vəfat etmişlər. Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə ona, mərhum atası X2, mərhum nənəsi X6, anası Cavabdeh1, qardaşı Cavabdeh2, bacıları Məmmədova (Məsimova) Ülviyyə Zeynəddin qızına, Cavabdeh3 Qəbələ rayonu, Zarağan kəndi ərazisindən 2.42 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrufatının bağlarına təyinatlı torpaq sahəsinə görə JN-394F, kod 40608018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Torpaq sənədində adları qeyd olunmuş şəxslər onun ailə üzvləridir və onlarla hər hansı mübahisələri yoxdur. Lakin torpaq islahatı zamanı digər cavabdehlərlə birlikdə ona, mərhum atası və nənəsinə də verilmiş torpaq sahələrinin bölgüsü aparılmadığından, paylar müəyyən olunmadığından, hazırda atasının vəfatı ilə əlaqədar notariat ofisində mirasın qəbul edilməsi və vərəsəlik işinin açılıması mümkünsüzdür. Digər tərəfdən mülkiyyət sənədində adı qeyd olunmuş X8 da vəfat etdiyindən və onun vərəsələrinin müəyyən edilməsi və onların notariat ofisinə gələrək razılıq əsasında torpaq sahəsindən payları könüllü olaraq bölməkləri mümkün deyil. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək, göstərmişdir ki, JN-394F saylı “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən ümumi paylı mülkiyyətlərində olan payının müəyyən olunmasına etiraz etmir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Lakin sözügedən cavabdehlər xx.xx.2023-cü il tarixdə teleqram göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh4 məhkəməyə teleqram göndərərək, iddia tələbini qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 məhkəməyə teleqram göndərərək, iddia tələbini qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məhkəməyə teleqram göndərərək, iddia tələbini qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyərək və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan JN-394 F (kod: ********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 aprel 2002-ci il tarixli, 03 saylı qərarı ilə X1, Cavabdeh3, Cavabdeh2, X3, İddiaçı və X5 birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 2,42 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bakı şəhər Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ seriyalı, 315633 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 “xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 1131 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AZ seriyalı, 114060 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 “ağ ciyər, ürək çatmamazlığı” xəstəliyindən xx.xx.2001-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 70 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 31 may 2023-cü il tarixli məktubundan görünür ki, JN-394F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İş materiallarında olan Qəbələ rayon Zarağan kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, AZ-İİ seriyalı, 019516 №-li “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 ilə X3 01 noyabr 2002-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin araşdırılan halları ilə müəyyən olunur ki, Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X3, İddiaçı və X5 birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 2,42 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində payçıların mülkiyyət hüququ JN-394 F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından, İddiaçı qeyd olunan torpaq sahəsində payı müəyyən olunmadığı üçün hazırkı tələblə, başqa sözlə torpaq sahəsindən payının müəyyən olunması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan X4 xx.xx.2022-ci il tarixdə “xroniki böyrək xəstəliyi İİ mərhələ” xəstəliyindən, X8 xx.xx.2001-ci il tarixdə “ağ ciyər, ürək çatmamazlığı” xəstəliyindən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, JN-394F saylı şəhadətnamə ilə X1, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X3, İddiaçı və X5 birgə mülkiyyətinə Qəbələ rayonu Zarağan kəndində 2,42 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsində payların müəyyən olunmasına dair İddiaçı iddia tələbi əsaslıdır. Qanunvericiliyin mənasından göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 7 nəfər bərabər birgə mülkiyyətçisi olduğundan, torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan İddiaçı payı da 1/7 hissə üzrə müəyyən olunmalıdır. Eyni zamanda mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlər izahatlarında və məhkəməyə göndərdikləri teleqramlarda JN-394 F saylı şəhadətnamə ilə birgə mülkiyyətdə olan 2,42 ha torpaq sahəsindən İddiaçı payının müəyyən olunmasına etiraz etmədiklərini bildirmişlər. Ona görə də məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə JN-394 F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 2,42 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı 1/7 (0,345 ha) hissə üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 03 saylı qərarı ilə JN-394 F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 2,42 ha həyətyanı torpaq sahəsindən İddiaçı payı 1/7 (0,345 ha) hissə üzrə müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1043/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1043/2023
04.08.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver