Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-11/2025 07.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh və üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(025)-11/2025 nömrəli qərardadından iddiaçı "xxxx" KB ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh və üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0.03 ha torpaq sahəsi (reyestr nömrəsi **********37) üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(025)-11/2025 nömrəli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh və üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda iddiaçı "xxxx" KB ASC məhkəməyə şikayətlə müraciət edərək, "xxxx" KB ASC-nin şikayətinin təmin olunmasını və Qəbələ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(025)-11/2025 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-11/2025 saylı qərardadına əsasən, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh və üçüncü şəxs Qəbələ rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin sökülməsi və torpaq sahəsinin boşaldılması”tələbinə dair mülki iş məhkəməaidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hesab edirlər ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2(025)-11/2025 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh (VÖEN **********– Aktivdir-“X1 Satışı” ilə məşğul olduğu müəyyən edilmişdir) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olan şəxsdir, həmçinin iddiаçı "xxxx" KB ASC hüquqi şəxs stаtusunа mаlikdir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq ilk növbədə onu qeyd etmək istəyirlər ki, tərəflər vergi ödəyicisi olsalar belə mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Cavabdeh X1 satışı ilə əlaqədar sahibkarlıq fəaliyyəti həyata keçirir. Şəxsin yalnız hər hansı bir sahə üzrə VÖEN-inin olması o demək deyildir ki, ona qarşı iş kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, AR MPM-in 24.2-ci maddəsində qeyd olunur ki, “Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.” Plenumun istinad olunan qərarında da qeyd olunur ki, məhkəmə aidiyyatının müəyyən olunmasında mütləq şəkildə subyekt tərkibi ilə yanaşı mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət hər üç meyarın qarşılıqlı bağlılığı tələb olunur. İşin hallarından da göründüyü kimi iddiaçı "xxxx" KB ASC isə öz mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa olunmuş tikilinin sökülməsini və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Göründüyü kimi məsələnin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə heç bir qarşılıqlı əlaqəsi yoxdur. Mübahisə bankın və cavabdehin həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İddiaçı müstəsna aidiyat qaydalarına uyğun olaraq əmlakın yerləşdiyi yer üzrə məhkəməyə müraciətetmişdir. Məhkəmə iş materiallarını araşdırıb, şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmənin istifadəsində olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə və Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman Cavabdeh (VÖEN **********– Aktivdir- “X1 Satışı” ilə məşğul olduğu müəyyən edilmişdir) sаhibkаrlıq fəаliyyəti ilə məşğul оlаn fiziki şəxs statusuna malik olması müəyyən edilmişdir. İş mаteriаllаrındаn həmçinin görünür ki, iddiаçı "xxxx" KB ASC hüquqi şəxs stаtusunа mаlikdir. İş mаteriаllаrındаn görünür ki, iddiаçı "xxxx" KB ASC-nin cаvаbdeh Cavabdehnа qаrşı torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikintinin (qeyri-yаşаyış binаsının) sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair hаzırki mübаhisə sаhibkаrlıq fəаliyyətinin həyаtа keçirilməsi ilə bаğlı оlаn mübаhisədir. Bu mübаhisə subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə аlınmаqlа Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə uyğun оlаrаq kоmmersiyа mübаhisələrinə аiddir və аidiyyəti üzrə kоmmersiyа məhkəməsində bаxılmаlıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, e-2(025)-11/2025 nömrəli qərardadından "xxxx" KB ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-11/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-11/2025
07.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver