Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1113/2024 02.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və Cavabdeh (onlayn video konfrans – TrueConf vasitəsi ilə) iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat maddi zərərə görə, 2000 manat mənəvi zərərə görə, 70 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla 5770 manat pul məbləği alınaraq İddiaçı ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon məhkəməsinin 1(025)-33/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Qəbələ rayon məhkəməsinin 1(025)-33/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qanuni qüvvəsini almış hökmü ilə müəyyən edilmişdir ki, Cavabdeh Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini İddiaçı etibarından sui-istifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 05 may 2022-ci il tarixdə saat 14 radələrində İddiaçı həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub İddiaçı aldadaraq onun təsərrüffatında olan bir baş inək, üç baş düyə olmaqla ümumilikdə 04 baş iri buynuzlu heyvana baxıb, həmin heyvanları öz aralarında diri çəkidə ümumilikdə 3000 (üç min) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 01 baş dişicinsli inəyi və 03 baş dişicinsli düyəni alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da zərərçəkmiş şəxs İddiaçı təsərrüffatına məxsus ümumilikdə 3000 (üç min) AZN dəyərində 4 baş iribuynuzlu heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuzələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Cavabdeh məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Bununla da Cavabdeh AR CM-nin 178.2.2cimaddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi və bu təqsirliəməli ilə mənə xeyli miqdarda maddi və mənəvi zərər vurduğu sübuta yetirilmişdir. Cavabdeh cinayət əməli nəticəsində mənə 3000 manat maddi zərər vurulmuş, cinayət işinin ibtidai istintaqı və məhkəmə icraatı zamanı səhəti pisləşmiş, sarsıntı keçirmişdir. Mənəvi zərəri 2000 manat qiymətləndirir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh (onlayn video konfrans – TrueConf vasitəsi ilə)iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, Məcnundan nagd şəkildə 2500 manatlıq, nisyə formasında isə 3000 manatlıq mal almışdır. Və o borcunu etiraf edir. İddiaçının ondan əlavə olaraq 2000 manat tələb etməsi əsassız və qanunsuzdur və məhkəmədən bunu nəzərə almasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(025)- 33/2023 nömrəli hökmündən görünür ki, Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nəsı̇ rov Şahlar Şahvəddı̇ n oğlunun tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh Qəbələ rayonunun Yeni Dızaxlı kənd sakini İddiaçı etibarından suiistifadə etmək və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə 05 may 2022-ci il tarixdə saat 14 radələrində İddiaçı həmin kənddə yerləşən həyətinə gələrək özünü mal-qara alverçisi kimi təqdim edib, sosial müdafiə fondunun vasitəsi ilə şəhid və qazi ailələrinə yardım məqsədi ilə müxtəlif şəxslərdən mal-qara aldığını, həmin mal-qaranın içərisindən seçərək təsərrüffata daha yararlı olanları şəhid və qazi ailələrinə təhvil verdikdən sonra sosial müdafiə fondu tərəfindən onun kart hesabına müxtəlif şəxslərdən aldığı heyvanların pulunun köçürüldüyünü, bundan sonra həmin şəxslərdən aldığı heyvanların pulunu 1 ay ərzində aldığı mal-qara sahiblərinə verməsi barədə yalan uydurub İddiaçı aldadaraq onun təsərrüffatında olan bir baş inək, üç baş düyə olmaqla ümumilikdə 04 baş iri buynuzlu heyvana baxıb, həmin heyvanları öz aralarında diri çəkidə ümumilikdə 3000 (üç min) AZN məbləğində qiymətləndirib nisyə adı ilə alaraq guya yuxarıda qeyd etdiyi kimi şəhid və qazi ailələrinə yardım məqsədi ilə paylayaraq pulu sosial müdafiə fondu tərəfindən onun bank kart hesabına ödəndikdən sonra 1 ay ərzində ona ödəyəcəyinə dair yalandan vəd verib, onu bu cür uydurduğu yalana inandırmaqla aldadıb və etibarından sui-istifadə edib 01 baş dişi cinsli inəyi və 03 baş dişi cinsli düyəni alıb apararaq istintaqa məlum olmayan şəxslərə satıb əvvəlcədən vədinə əməl etmək barədə niyyəti olmadığına görə əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmiş, bununla da zərərçəkmiş şəxs İddiaçı təsərrüffatına məxsus ümumilikdə 3000 (üç min) AZN dəyərində 4 baş iribuynuzlu heyvanını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz ələ keçirib ona qarşı dələduzluq cinayət əməlini törətmişdir. Qeyd olunanlar Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(025)-33/2023 nömrəli hökmü ilə sübuta yetmiş, iş üzrə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək ona dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(025)-33/2023 nömrəli hökmü ilə Cavabdeh təqsiri müəyyən olunmuş və sonuncunun dələduzluq yolu ilə İddiaçı vurduğu maddi ziyanın 3000 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Qəbələ Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 1(025)-33/2023 nömrəli hökmündə cavabdehin özünün etirafı ilə sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 3000 manat məbləğində pul cavabdeh İddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 2000 (iki min) manat mənəvi zərər tələb etmişdir. Lakin iddiaçı cavabdehin ona 2000 manat məbləğində mənəvi zərər vurmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə görə zərərçəkən fiziki şəxsin sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətlərin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr hər bir işə fərdi yanaşmalı, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıları, xarakterini və ağırlığını, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (az yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarad özümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətə layiq hallarını nəzərə almalıdırlar. Bu zaman məhkəmələrin müəyyən etdiyi zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğ də və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 11-ci bəndinə əsasən mənəvi zəzərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normalarıda nəzərə alınmalıdır. Eyni zamanda cavabdehin qanunsuz əməlləri nəticəsində mənəvi sarsıntı keçirməsinə və buna görədə cavabdehin ona vurduğu mənəvi zərəri 2000 (iki min) manat məbləğində qiymətləndirdiyini iddia edən İddiaçı iddia tələbinin əsaslandığı hallara - cavabdehin hansı hərəkətləri (və ya hərəkətsizliyi) və təqsiri ucbatından ona mənəvi zərərin dəyməsinə, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nə də ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə dair heç bir mötəbər sütubu məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 3000 manat maddi zərər, 2000 manat mənəvi zərər, 70 manat ödənilmiş dövlət rüsumunu tələb etməsinə baxmayaraq, məcmu halda 5770 manat cavabdehdən tələb etmiş, bu zamana fərq olaraq mövcud olan 700 manatın hardan qaynaqlanmasını qeyd etməmiş və əsaslandırmamışdır. Bu səbəbdən də məhkəmə həmin hissədə, yəni 700 manatın tələb edilməsi hissəində də iddia tələbini əsassız hesab edir və təmin olunmamasını məqsədəmüvafiq hesab edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 manat məbləğində maddi ziyan və 50 manat dövlət rüsumu, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pul alınıb İddiaçıverilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 manat məbləğində maddi ziyan və 50 manat dövlət rüsumu, ümumilikdə 3050 (üç min əlli) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1113/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1113/2024
02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver