Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1114/2024 03.12.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq dələduzluq yolu ilə vurulmuş maddi zərərin ödənilməsindən ötrü 800,0 manat, mənəvi zərərə görə 1000,0 manat və 38,0 manat dövlət rüsumu tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 22 may 2022-ci il tarixdə saat 16-00 radələrində Qəbələ rayonu Yeni Dızaxlı kəndində ondan şəhid və qazi ailələrinə yardım məqsədilə 800,0 manat dəyərində 1 baş iribuynuzlu heyvanı nisyə almış və pulunun sosial müdafiə fondu tərəfindən kart kesabına keçiriləcəyini vəd edib ödəməyərək əmlakını mənimsəmişdir. Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)33/2023 saylı hökmü ilə Cavabdeh aldatma yolu ilə ona məxsus olan 800,0 manat dəyərində 1 baş iribuynuzlu heyvanı (o cümlədən başqalarına məxsus əmlakı) ələ keçirtməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsinə baxmayaraq vurulan maddi zərəri ödəməmişdir. Ona görə də, Cavabdeh vurulmuş maddi zərərin ödənilməsindən ötrü 800,0 manat və mənəvi zərərə görə 1000,0 manat tutularaq onun xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)33/2023 saylı hökmünün surətinə əsasən Cavabdeh İddiaçı aldadaraq 22 may 2022-ci il tarixdə saat 16-00 radələrində Qəbələ rayonu Yeni Dızaxlı kəndində onun 800,0 manat dəyərində 1 baş iribuynuzlu heyvanını (o cümlədən başqalarına məxsus əmlakı) ələ keçirdərək AR CM-nın 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 22 may 2022-ci il tarixdə saat 16-00 radələrində Qəbələ rayonu Yeni Dızaxlı kəndində İddiaçı aldadaraq onun 800,0 manat dəyərində 1 baş iribuynuzlu heyvanını ələ keçirərək ona qeyd olunan məbləğdə maddi zərər vurmuşdur. İddiaçı dəymiş mənəvi zərərin məbləği müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsasını təşkil edir. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 800,0 manat və 30,0 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 800,0 (səkkiz yüz) manat və 30,0 manat dövlət rüsumu tutulub İddiaçı xeyrinə xeyrinə ödənilsin. İddia tələbi mənəvi zərərə dair hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1114/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1114/2024
03.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver