Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-1173/2025 08.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və iddiaçı Nümayəndə iştirakı ilə, iddiaçılar, Nümayəndə, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi” tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar, Nümayəndə, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yeddi nəfərin ümumi paylı mülkiyyətdə olan «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa (reyestr nömrəsi: **********33- 10301; Qeydiyyat tarixi: xx.xx.2025-ci il; Qeydiyyat nömrəsi: **********) əsasən Qəbələ rayonu Corlu kəndində yerləşən 0,98 ha həyətyanı torpaq sahəsindən hər birinə düşən 1/7 hissənin naturada ayrılaraq şəxsi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Nümayəndə ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçılar, Nümayəndə, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” AR Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar, Nümayəndə, İddiaçı1, İddiaçı4, İddiaçı3 cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “ümumi paylı mülkiyyətdən payın naturada bölünməsi” tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Nümayəndə tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-1173/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-1173/2025
08.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver