Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1176/2025 18.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikililərin sökülməsi, gediş-gəliş yolunun açılması və istfadəsinə törədilən maneçiliyin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq mübahisələri) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı nümayəndəsi X9, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “tikililərin sökülməsi, gediş-gəliş yolunun açılması və istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması ” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “tikililərin sökülməsi, gediş-gəliş yolunun açılması və istifadəsinə törədilən maneçiliyin aradan qaldırılması” tələbi barədə iddia qaldıraraq xüsusi mülkiyyətində olan Qəbələ rayonunun, Tüntül kəndində yerləşən 0.0980 ha (reyestr nömrəsi: **********52) yaşayış məntəqəli torpaq sahəsinə **********52 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən Qəbələ rayonu, Tüntül kəndi ərizəsində yerləşən 0.0980 ha (reyestr nömrəsi: **********52) yaşayış məntəqəli torpaq sahəsinə gedən yolun keçdiyi ərazidə inşa edilmiş bütün tikililərin cavabdeh tərəfin hesabına sökülərək gediş-gəliş yolunun açılması və bundan sonra istifadəsinə törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X9 izahatında göstərmişdir ki, **********52 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu, Tüntül kəndi ərizəsində yerləşən 0.098 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X1 məxsus olmuş və İddiaçı tərəfindən 2018-ci ildə alqı-satqı yolu ilə əldə edilərək planda göstərilən ölçü və koordinatlar üzrə xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. 2022-ci ildə Cavabdeh həmin torpaq sahəsinə gedən yolun keçdiyi ərazini zəbt etmiş və ətrafını mişar daşı ilə hasarlayaraq gediş-gəliş yolunu bağlamışdır. Ona görə də, xüsusi mülkiyyətdə olan **********52 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində yeri göstərilən Qəbələ rayonu, Tüntül kəndi ərizəsində yerləşən 0.0980 ha (reyestr nömrəsi: **********52) yaşayış məntəqəli torpaq sahəsinə gedən yolun keçdiyi ərazidə inşa edilmiş bütün tikililərin cavabdeh tərəfin hesabına sökülərək gediş-gəliş yolunun açılması və bundan sonra istifadəsinə törədilən maneələrə son qoyulması barədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi İddiaçı təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ərazidə yerləşən torpaq sahəsi ötən əsrin ortalarından bəri onun ailə üzvlərinə məxsus olamuş və çəpər daxilinə salınaraq indiyədək istifadə olunmuşdur. İslahat nəticəsində ərazidə yerləşən 0,11 ha torpaq sahəsi ailə üzvlərinin xüsusi mülkiyyətinə verilmiş, bitişik qalan 0,03 ha torpaq sahəsini isə Tüntül bələdiyyəsindən xx.xx.2001-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. İddiaçı məxsus olan **********52 reyestr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0.0980 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu mübahisəli yerdən olmamışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh nümayəndəsi Nümayəndə2 təmsil etdiyi şəxsin izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən **********52 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatları və ölçüləri göstərilən Qəbələ rayonu, Tüntül kəndi ərazisində yerləşən 0.0980 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan JN-376G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətinə əsasən planda yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,11 ha yaşayış məntəqələri torpaq sahəsi Cavabdeh, X5, X2 və Nümayəndə2 ümumi paylı mülkiyyətindədir. İşdə olan JN-374F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətinə əsasən planda yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,42 ha yaşayış məntəqələri torpaq sahəsi X4, X3, İddiaçı, X7, X8, X6 və Nümayəndə1 ümumi paylı mülkiyyətindədir. Plana əsasən torpaq sahəsi O-dan K-dək JN-217 G saylı planda sərhədləri göstərilən X1 məxsus olan həyətyanı torpaq sahəsi ilə, K-dan M-dək bələdiyyə mülkiyyətində olan boş ərazi ilə həmsərhəddir. İşdə olan xx.xx.2001-ci il tarixdə Qəbələ rayon Torpaq şöbəsi tərəfindən qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair Aktın surətnə əsasən Qəbələ rayonu Tüntül kəndində yerləşən bələdiyyə mülkiyyətində olan 300 kv/m torpaq sahəsi Qəbələ rayonu Tüntül bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı ilə Cavabdeh satılmışdır. ( Plana əsasən torpaq sahəsi A-dan B-dək Mamedov Fazilin, B-dən V-dək Yunusov Ramizin həyətyanı torpaq sahəsi və B-dən A-dək Bələdiyyə mülkiyyətinə olan torpaq sahəsi ilə həmsərhəddir.) İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-5269/2025 saylı Mütəxəssis rəyinə əsasən **********62 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,098 hektar torpaq sahəsinə Tüntül kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən gediş-gəliş üçün başqa yerdən yol yeri nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə gediş-gəliş üçün başqa yerdən yol yeri faktiki naturada mövcuddur və yerquruluşu planında göstərilmişdir. Cavabdeh tərəfindən metal vərəqə ilə hasara alınmış 0,1 hektar torpaq sahəsi Tüntül kəndində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, ümumi istifadə olunan Nohurqışlar Bələdiyyəsinin mülkiyyətinə aiddir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən metal vərəqə ilə hasara alınmış 0,1 hektar torpaq sahəsi Tüntül bələdiyyəsinin mülkiyyətində olmaqla 300,0 kv/m hissəsi Cavabdeh satılmışdır. Plana əsasən satılan torpaq sahəsi ilə Yunusov Ramizin həyətyanı torpaq sahəsi arasında qalan 6-8 metr enində ( Miqyas1:1000 ) boş ərazi Fazil Mamedovun (İddiaçı) həyətyanı torpaq sahəsini kənddaxili yolla birləşdirir. Cavabdeh alqı-satqı yolu ilə əldə etdiyi 300,0 kv/m torpaq sahəsinin həndəvərində kənddaxili yol boyunca yerləşən cəmi 10700 kv/m torpaq sahəsini heç bir əsas olmadan metal lövhələrlə çəpərləyərək tutmaqla İddiaçı mülkiyyətində olan 0.0980 ha (reyestr nömrəsi: **********52) həyətyanı torpaq sahəsini kənddaxili yolla birləşdirən keçidi ləğv etmişdir. Cavabdeh məxsus olan JN-376G saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş 0,11 ha torpaq sahəsi mübahisəli ərazini əhatə etmir və həmsərhədd yerləşmir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-cı maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı mülkiyyətində olan **********52 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,0980 ha yaşayış məntəqələri torpaq sahəsindən ümumi istifadə olunan kənddaxili yoladək olan ərazi AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2-5269/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 4 nömrəli planda yeri və hüdudları göstərilən Cavabdeh istifadəsində olan 0,10 ha torpaq sahəsindən keçən hissədə JN-374 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin olunmuş 0,42 ha torpaq sahəsinin sərhədi boyunca (Kdan M-dək) 6 metr enində azad edilməli, üzərində yerləşən tikililər Cavabdeh hesabına sökülməli və ərazi boşaldılaraq gediş-gəliş yolu kimi sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan **********52 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən yeri təyin olunan Qəbələ rayonu Tüntül kəndində yerləşən 0,0980 ha yaşayış məntəqələri torpaq sahəsindən ümumi istifadə olunan kənddaxili yoladək olan ərazi AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-42/2- 5269/2025 saylı Mütəxəssis rəyinə əlavə edilmiş 4 nömrəli planda yeri və hüdudları göstərilən Cavabdeh istifadəsində olan 0,10 ha torpaq sahəsindən keçən hissədə JN-374 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda yeri təyin olunmuş 0,42 ha torpaq sahəsinin sərhədi boyunca (K-dan M-dək) 6 metr enində azad edilsin; üzərində yerləşən tikililər Cavabdeh hesabına sökülsün və ərazi boşaldılaraq gediş-gəliş yolu kimi sərbəst şəkildə istifadəsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-1176/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1176/2025
18.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver