Məhkəmə qərarları › İş №e-2(025)-118/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-118/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-118/2023 17.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki iş üzrə (Açar sözlər: subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 136,556,73 (bir yüz otuz altı min beş yüz əlli altı manat yetmiş üç qəpik) manat məbləğində vəsaitin, 426,56 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 03 iyul 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında "xxxx" MMC, "xxxx" MMC, X6 və X15 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixində ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh2 məxsus, Cavabdeh1 tərəfindən idarə olunan ** BE *** dövlət qeydiyyat nişanlı Kamaz 5511 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* saylı X16 haqqında Qərara əsasən ** BE *** dövlət qeydiyyat nişanlı Kamaz 5511 markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmişdir. ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə müraciət etmişdir. ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 141 5653,20 (bir yüz qırx bir min altı yüz əlli üç manat iyirmi qəpik) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılnaqla 19015,60 manat (on doqquz min on beş manat, 60 qəpik) zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına, 122637,60 manat (bir yüz iyirmi iki min altı yüz otuz yeddi manat, 60 qəpik) zərər məbləği avtomobilin təmiri üçün “Lexus Bakı Mərkəzi" MMC-nin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC-də mövcud olduğuna görə həmin şirkətə məktub göndərilmiş, 4 996,47 (dörd min doqquz yüz doxsan altı manat qırx yeddi) manat sığorta ödənişi "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2021-ci il tarixində qalıq məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Göründüyü kimi ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" ASC tərəfindən ödənilmiş 136 556,73 (bir yüz otuz altı min beş yüz əlli altı manat yetmiş üç qəpik) manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri qaytarılmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili iddianı qismən etiraf edərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə 13 vərəqədən ibarət materialların surəti "xxxx" sığorta iddiaları və Hüquqi Təminat Departamentinin rəhbəri Azər Kərimova göndərilmişdir. DİO-nı tərəfindən verilmiş arayışdan görünür ki, ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500 markalı avtonəqliyyat vasitəsinin qabaq kapot, qabaq panel, qabaq buffer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı, qabaq işıqlar əziləmişdir. Həmin fakt polis tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2020-ci ildə verdiyi arayışda da həmin avtomobilin qabaq kapot, qabaq panel, qabaq buffer, qabaq sol qanad, qabaq sol qapı, arxa sol qapı, qabaq işıqlar əzilməsi qeyd olunmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerinə gələrək, yol nəqliyyat hadisəsi törətmiş sürücülərin iştirakı ilə Qəbələ RPŞ-ı DYPB-si YPX-nin əməkdaşları tərəfindən tərtib edilmiş, hər iki tərəfin imzaladığı sənədlərdə (hadisə yerinin müayinəsi, sxemi və s) də arayışlarda göstərilən faktlar öz əksini tapmışdır. Lakin həmin avtomobilə vuralan ziyan müəyyənləşdirilərkən ilkin sənədlərə istinad olunmamışdır. Yalnız Lexus Bakı Mərkəzi MMC-nin və Toyota Bakı Mərkəzi MMC-nin tərtib ediyi sənədlərə istinad edilmişdir. Hansı ki, həmin sənədlərin tərtib olunmasında tərəflərin, Cavabdeh1 iştirak etməmişlər. İddiaçı tərəf iddia ərizəsində göstərir ki, ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2021-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 141 653,20 (bir yüz qırx bir min altı yüz əlli üç manat iyirmi qəpik) manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi həmin avtomobilə vurulmuş ziyan yol-nəqliyyat hadisəsindən 9 ay sonra tərtib edilmiş hesabatla müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, № 9/1377 nömrəli və 21 avqust 2023-cü il tarixli, № 9/5510-8/2098 nömrəli rəylərində Qəbələ RPŞ-İ DYPB-si YPX-İ tərəfindən tərtib edilmiş 2020ci il tarixli arayışa əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti -- 15206,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 1700,0 manat olması müəyyən edilmişdir. İddia tələbinin həmin hissədə təmin edilməsi, qalan hissədə isə rədd edilməsini xahiş edirlər. Cavabdeh2 və üçüncü şəxslər "xxxx" MMC, "xxxx" MMC, X6 və X15 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Cəfərov Cavabdeh2 və üçüncü şəxslər X3 və X10, üçüncü şəxslər "xxxx" MMC-nin və "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkilinin izahatlarıı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığorta şəhadətnaməsi”nin surətindən görünür ki, buraxılış ili 2018-ci il olan, Lexus LS 500 markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli 966769 nömrəli “Elektron Qaimə”dən görünür ki, Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri (ƏDV-siz) 103828,48 manat müəyyən edilmişdir. İş materiallarında olan 18 mart 2021-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış 10TV979 dövlət qeydiyyat nişanlı Lexus LS500 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 141653,20 AZN zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş Hesab-Fakturadan görünür ki, 10TV979 dövlət qeydiyyat nişanlı Lexus LS500 markalı avtonəqliyyat vasitəsinin ehtiyyat hissələri cəmi 103020,52 manat, ƏDV 18689,08 manat, Yekun 122517,60 manat məbləğ müəyyən edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, Cavabdeh1 tərəfindən törədilmiş “toqquşma” yol-nəqliyyat hadisəsi “Lexsus LS 500” minik markalı, **-TV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsinə səbəb olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Sığorta Aktının surətindən görünür ki, xx.xx.2020-ci il tarixində Qəbələ rayonu, Böyük Əmilli kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış ** BE *** dövlət qeydiyyat nişanlı Kamaz 5511 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** TV *** dövlət qeydiyyat nişanlı Lexus LS 500 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 141553,20 manat sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Qəbələ rayonu Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “X16 Haqqında” qərardan görünür ki, Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İş materiallarında olan AD seriyalı, 788079 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, ** TV *** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobil X5 məxsusdur. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X2 Aqil Arif oğluna ** TV *** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobil idarə etməyi etibar etmişdir. İş materiallarında olan AA seriyalı, 677232 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, ** BE *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobil Cavabdeh2 məxsusdur. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ** BE *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobil idarə etməyi etibar etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 02 noyabr 2021-ci il tarixli, 4732/L nömrəli məktubdan görünür ki, cavabdehlərdən 15 (on beş) təqvim günü ərzində ödənişin həyata keçirilməsi tələbi irəli sürülmüşdür. Ödəniş həyata keçirilmədiyi halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Qəbələ Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, № 9/1377 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Qəbələ RPŞ-İ DYPB-si YPX-İ tərəfindən tərtib edilmiş 2020-ci il tarixli arayışa əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18200,0 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti -- 16500,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 1700,0 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə: Dəyişilməli hissələrin qiyməti -- 15206,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 1700,0 manat. 2. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 119650,0 manat müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti -- 103540,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 16110,0 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə: Dəyişilməli hissələrin qiyməti -- 95422,0 manat Təmir- bərpa işlərinin qiyməti - 16110,0 manat Qəbələ Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 avqust 2023-cü il tarixli, № 9/5510-8/2098 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Qəbələ RPŞ-İ DYPB-si YPX-İ tərəfindən tərtib edilmiş 2020-ci il tarixli arayışa əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 18200,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/1377 nömrəli məhkəmə- əmtəəşünaslıq ekspertizasının nəticəsi təstiq olunur.O cümlədən: Dəyişilməli hissələrin qiyməti -- 16500,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 1700,0 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə: Dəyişilməli hissələrin qiyməti -- 15206,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 1700,0 manat. 2. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 119650,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/1377 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsi təstiq olunur.O cümlədən: Dəyişilməli hissələrin qiyməti -103540,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 16110,0 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə: Dəyişilməli hissələrin qiyməti -- 95422,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 16110,0 manat Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun: 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 14 iyun 2020-ci il tarixdə etibarnamə ilə idarə etdiyi, Cavabdeh2 məxsus ** BE *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı nəqliyyat vasitəsini idarə edərkən Qəbələ rayonu, Böyük Əmilli kəndi ərazisində ** TV *** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobillə toqquşmuş və həmin avtomobillə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin hadisə nəticəsində Qəbələ rayonu Yol Patrul Xidməti İnspektoru polis baş serjantı X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli “X16 Haqqında” qərara əsasən Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Həmin hadisə nəticəsində ** TV *** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobilə ziyan dəymişdir. Ona görə də, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində ** TV *** dövlət qeydiyyat nişanlı “LEXUS LS 500” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 141553,20 (bir yüz qırx bir min beş yüz əlli üç manat iyirmi qəpik) manat həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq məhkəmə əmtəəşünaslıq ekspertizası və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və keçirilmiş hər iki ekspert rəyləri ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı "Lexus LS 500" markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə Dəyişilməli hissələrin qiyməti -- 95422,0 manat; Təmir- bərpa işlərinin qiyməti - 16110,0 manat müəyyən edilmişdir. Buna əsasən məhkəmə, ekspetiza rəyin ilə müəyyən edilmiş məbləğin tam yəni, 111,532 (on bir min beş yüz otuz iki) manat pulun Cavabdeh1 iddiaçının xeyirinə tutulmasını əsaslı hesab edir. Məhkəmə hesab edir ki, sözü gedən ekspert rəylərinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, № 9/1377 nömrəli və 21 avqust 2023-cü il tarixli, № 9/5510-8/2098 nömrəli rəyləri) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023cü il tarixli, № 9/1377 nömrəli və 21 avqust 2023-cü il tarixli, № 9/5510-8/2098 nömrəli rəyləri) sübut kimi qəbul edilməlidir. “X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə, ekspertizanın verdiyi rəyləri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2023-cü il tarixli, № 9/1377 nömrəli və 21 avqust 2023-cü il tarixli, № 9/5510-8/2098 nömrəli rəyləri) hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin maddənin 2-ci bəndinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom eneıjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüwəniiı təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur, Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzəfinə qoyula bilər İşin gerçək halı ondan ibarətdir ki, Cavabdeh2 ** BE *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobili Cavabdeh1 etibarnamə ilə satmış, avtomobili satarkən Cavabdeh1 bütün səlahiyyətlər verilən etibarnamə də vermiş ki, avtomobili öz adına keçirsin. Lakin Cavabdeh1 ** BE *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtomobili öz adına keçirməmişdir. Göründüyü kimi, ** BE *** dövlət qeydiyyat nişanlı “KAMAZ 5511” yük markalı avtonəqliyyat hadisəsi baş verməmişdən əvvəl faktiki olaraq Cavabdeh2 sahibliyindən çıxmiş və Cavabdeh1 sahibliyində və istifasində olmuşdur ki, onun qanuna zidd hərəkəti nəticəsində nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, Cavabdeh2 hər hansı təqsirli qanunazidd hərəkət etmədiyindən, Cavabdeh1 vurduğu zərər üçün Cavabdeh2 məsuliyyət daşımalı deyil. Ona görə də tələbi Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 401,53 (dörd yüz bir manat əlli üç qəpik) manat dövlət rüsumu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 111,532 (bir yüz on bir min beş yüz otuz iki) manat sığorta ödənişi məbləği və 401,53 (dörd yüz bir manat əlli üç qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 111,532 (bir yüz on bir min beş yüz otuz iki) manat sığorta ödənişi məbləği və 401,53 (dörd yüz bir manat əlli üç qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar