Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1280/2023 17.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X7, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən olunması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı1 (eyni zamanda iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi), İddiaçı1 vəkili Vəkil1, İddiaçı2 Əlosman qızının və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndəiştirakları ilə İddiaçılar İddiaçı1, X7, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, X12, İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X2 paylı mülkiyyət hüququ əsasında miras qalmış və JN-436F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə təsbit olunmuş 0,05 ha torpaq sahəsindən payların müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə mərhum ataları X9, Cavabdeh3, Cavabdeh2 Əlosman oğlu və Cavabdeh1 paylı mülkiyyət hüququ əsasında mülkiyyətlərinə 0,05 ha həyət torpağı verilmişdir. Həmin torpaq sahəsində adı birinci qeyd edilən X9 atalarıdır və o, 31 mart 2012-ci il tarixdə vəfat etmişdir. Onlar iddiaçılar X4 birinci arvadı Lyudmiladan olan övladlarıdır. Cavabdehlər isə onun ikinci arvadından olan övladlarıdır. Onlar hamısı mərhum X4 vərəsələridir. Lakin, cavabdehlər 0,05 ha torpaq sahəsinin hamısını öz adlarına rəsmiləşdirmək istəyirlər. Buna onlar mane olmuşlar. Beləki, cavabdehlər onlara mane olduqlarına görə Qəbələ rayon Məhkəməsində “cavabdeh tərəfindən mülkiyyətlərində olan torpaq sahəsinin sənədləşdirilməsinə qanunsuz maneələrə son qoyulmasına dair” iddia qaldırmışlar və Qəbələ rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(025)-1503/2022 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. İş üzrə cavabdehlərin məhkəməyə verdikləri iddia ərizəsinin məzmunundan, eləcədə onların hərəkətlərindən görünür ki, cavabdehlər miras əmlaka bütölükdə mülkiyyət hüququ əldə etmək istəyirlər. Yuxarıda qeyd etdikləri kimi onlar hamısı vərəsələrdir və cavabdehlərin payına düşən hissəyə heç bir iradları yoxdur. Lakin, mərhum ataları X4 payına düşən hissə vərəsələr arasında bölünməlidir. Cavabdehlər isə buna razı deyillər. İddiaçılardan X1 Federasiyasında yaşayır və o hüquqlarının müdafiəsi üçün ona etibarnamə göndərmişdir. Digər İddiaçı2 ərə getmiş və məhkəmədə özü öz hüquqlarını müdafiə edəcəkdir. Həmçinin qeyd edirlər ki, mərhum ataları X9 vəsiyyətnamə buraxmamışlar. Məsələni məhkəmədən kənar həll etmək üçün cavabdehlərlə bir neçə dəfə söhbət etmişlər. Lakin, cavabdehlər etiraz etmişlər. Ona görə də mərhum atasına ümumi mülkiyyət hüququ əsasında verilmiş daşınmaz əmlakın bölünməsi və vərəsəlik hüququnun tanınması üçün mənkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişlər. Ümumi paylı mülkiyyətdə payı olan iş üzrə cavabdehlər ümumi mülkiyyətin bölünməsinə etiraz edir, daha doğrusu torpağın mülkiyyətçilər arasında bölünməsi üçün hər hansı bir dövlət orqanına gəlməkdən imtina edir. Ona görə də mübahisə yaranmış və onlar da Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə uyğun olaraq məhkəmə müdafiəsindən istiadə etmək qərarına gəlmişlər. Çünki, miras torpaq sahəsindən paylarına düşən hissədə mülkiyyət hüququndan tam şəkildə istifadə etmək istəyir. Birgə mülkiyyətdə isə bunu etmək mümkün deyildir. Daşınmaz əmlak olan atasından miras qalmış torpaq sahəsində olan payları üzərində müstəqil olaraq öz hüquqlarını həyata keçirmək istəyirlər. Bu isə paylar naturada müəyyən edilmədən mümkün deyil. Yuxarıda qeyd edildiyi kimi əks halda sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Həmçinin iddiaçılardan İddiaçı1 öz ailə üzvləri ilə birlikdə orada yaşayır, kommunal xərcləri də onun tərəfindən ödənilir. Əvvəllər isə kommunal xərcləri və torpaq vergisi mərhum X9 tərəfindən ödənilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı1 (eyni zamanda iddiaçı X7 etibarnamə üzrə nümayəndəsi) və onun vəkili Vəkil1 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında İddiaçı2 Əlosman qızı qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndəiddia tələbini qəbul edərək, göstərmişdir ki, JN-436 F nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməyə əsasən paylı ümumi mülkiyyətində olan torpaq sahəsindən mərhum X4payının müəyyən olunmasına etiraz etmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh3məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarınınizahatlarını dinləyərək və işdə olan sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan JN-436F (kod: ********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə X4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə Qəbələ şəhərində 0,05 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı1 ünvanlanmış 05 may 2023-cü il tarixli, 3-21-3- 42/2-K-00xx-xx/2023 nömrəli məktubda göstərilmişdir ki, JN-436F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)- 1503/2022 nömrəli qətnaməsindən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə JN-436F nömrəli (kod: ********) “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən X3, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olan Qəbələ rayonunda yerləşən 0,05 ha torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına cavabdeh İddiaçı1 tərəfindən törədilən maneələrə son qoyulması qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı, 526969 №-li “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 “kəskin miokard infarktl”ndan xx.xx.2012-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 1093 nömrəli arayışdan görünür ki, Qəbələ şəhər sakini mərhum X3 İddiaçı1, X12 və İddiaçı2 adlı övladları vardır. İş materiallarında olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 1095 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 2 ünvanda yaşayır və ailə tərkibi həyat yoldaşı X5 ibarətdir. İş materiallarında olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 1094 nömrəli arayışdan görünür ki, İddiaçı2 ünvan 3 ünvanda yaşayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin araşdırılan halları ilə müəyyən olunur ki, Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə X4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə Qəbələ şəhərində 0,05 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi üzərində payçıların mülkiyyət hüququ JN-436 F (kod: ********) saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Lakin tərəflər arasında mübahisələndirilən torpaq sahəsi üzərində paylarının müəyyən olunmasına dair razılıq olmadığından, İddiaçı1, X7 və İddiaçı2 qeyd olunana torpaq sahəsində payı olan mərhum atalarıX9naməxsus hissədə vərəsə kimi payları olduğundan, lakin mərhum X4 payı müəyyən olunmadığı üçün hazırkı tələblə, başqa sözlə torpaq sahəsindən payların müəyyən olunması barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan X9xx.xx.2012-ci il tarixdə“kəskin miokard infarktl”ndanvəfat etmişdir. Məhkəmə qeyd edir ki, JN-436 F (kod: ********) saylı şəhadətnamə ilə X4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə verilmiş Qəbələ şəhərində 0,05 ha həyətyanı (fərdi yaşayış evi fərdi sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı) torpaq sahəsindəpayların müəyyən olunmasına dair iddiaçılarİddiaçı1, X7, İddiaçı2iddia tələbləri əsaslıdır. Qanunvericiliyin mənasından göründüyü kimi, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahələrinin 4 nəfər bərabər birgə mülkiyyətçisi olduğundan, torpaq sahəsinin paylı mülkiyyətçilərindən olan mərhum X6 payı da 1/4 hissə üzrə müəyyən olunmalıdır. Eyni zamanda mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi izahatında JN-436 F (kod: ********) saylışəhadətnamə ilə birgə mülkiyyətdə olan 0,05 ha torpaq sahəsindən mərhum X6 payının müəyyən olunmasına etiraz etmədiklərini bildirmişlər. Ona görə də məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-436 F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən iddiaçıların mərhum ataları X4 payı 1/4 (0,0125 ha) hissə üzrə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qəbələ rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 03 saylı qərarı ilə JN-436F nömrəli (kod: ********) «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən birgə mülkiyyətə verilmiş 0,05 ha həyətyanı torpaq sahəsindən iddiaçıların mərhum atalarıX4 payı 1/4 (0,0125 ha) hissə üzrə müəyyən olunsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-1280/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1280/2023
17.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver