Məhkəmə qərarları › İş №e-2(025)-1300/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-1300/2024

21.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-1300/2024 21.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı «kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması» tələbinə dairmülki iş üzrə (Açar sözlər: kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün payın ayrılması) Hakim Əliyev AbbasBaba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh1 və Cavabdeh3 (onlayn video konfrans – TrueConf vasitəsi ilə) iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı «kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması» tələbinə dairiddiasıüzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı «kreditorun borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılması» tələbinə dairiddia ərizəsi ilə məhkəməyəmüraciətedərək, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən verilmiş Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,14 ha torpaq sahəsindən Cavabdeh3 payının 1/5 (0,028 ha) hissədə müəyyən edilməsi barədə qətnaməçıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ona və digərlərinə etdiyi dələduzluq əməlinə görə onun barəsində Qəbələ rayon Polis şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Polis şöbəsində Cavabdeh3 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İş məhkəmədə baxılan zaman məhkəmə hazırlıq iclasında məhkəməyə mülki iddia təqdim edərək, ona dəymiş maddi ziyana görə 25620 manat pul vəsaitinin təqsirləndirilən şəxs Cavabdeh3 tutulub ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-29/2023 nömrəli hökmünə əsasən Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cavabdeh3 tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, eyni zamanda zərərçəkmiş şəxs və mülki İddiaçı, yəni onun tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – təqsirləndirilən şəxs Cavabdeh3 vurulmuş ziyana görə cəmi 25620 (iyirmi beş min altı yüz iyirmi) manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş şəxs İddiaçı, yəni ona ödənilməsi hökm edilmişdir. Həmin hökmdən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-154\2024 nömrəli qərarına əsasən təqsirləndirilən şəxs Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(025)-29/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-29/2023 nömrəli hökmü müllki iddiamın icra olunması hissəsində Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh3 hal-hazırda həbsdə olduğundan sözügedən icra sənədi icra edilməmişdir. İcra məmuruna cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh3 məxsus torpaq sahəsinin üzərinə həbs qoyulduğunu, həmin torpaq sahəsinin hərracdan satılaraq ona dəymiş maddi ziyanın ödənilməsini tələb etmişdir. İcra məmuru isə əvəzində Cavabdeh3 məxsus torpaq sahəsinin ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olduğunu, payların ayrılmadığını və bu səbəbdən həmin torpaq sahəsinin üzərinə həbs qoyulmasının mümkün olmadığını bildirmişdir. Eyni zamanda ona Cavabdeh3 məxsus torpaq payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»da göstərilir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsi cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə, fərdi yaşayış evi isə tam olaraq Cavabdeh5 mülkiyyətinə verilmişdir. Bu günə qədər ya Cavabdeh3, ya da ailə üzvləri onun borcunun ödənilməsi üçün hər hansı təşəbbüs göstərməmişlər. O da məcbur qalıb payların müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən Cavabdeh3 payı müəyyən olunmalı, daha sonra onun payına həbs qoyulmalı, həbs qoyulmuş torpaq sahəsinin ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh3 Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-29/2023 nömrəli hökmü üzrə yaranmış 25620 (iyirmi beş min altı yüz iyirmi) manat məbləğində borcun ödənilməsinə yönəldilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı Cavabdeh5 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddaçının payın ayrılmasını tələb etdiyi torpaq sahəsindən bir giriş-çıxışı vardır. Orada təkcə Elvinin yox, digər övlarlarının da payı da var ki, hamısı yanaşıdır və bir girişi var. Həmçinin Elvinin iki övladı var, hesab edir ki, onların da o torpaqda payları vardır. Əgər oğlu həbsdən çıxarsa, Elvinin borcundan ayda 500 manat məbləğində iddiaçıya pul ödənişi edə bilərlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, işləyib qardaşının da, özünün də ailəsinə baxır. Həmçinin valideynlərinə də baxır. Əgər Elvin həbsdən çıxarsa, işləyib borcunu ödəyə bilərlər. Məhkəmə iclasında Cavabdeh3 (onlayn video konfrans – TrueConf vasitəsi ilə) iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, atasının dedikləri ilə razıdır. Həbsdən çıxarsa ayda 500 manat ödəniş edə bilər. İddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasındaCavabdeh4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, atası Cavabdeh5 dediklərini təsdiq edir. Elvin həbsdən çıxarsa işləyib aylıq ödəniş edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə çıxışedənləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)- 29/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh3 tutulub saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, zərərçəkmiş şəxs və mülki İddiaçı tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – təqsirləndirilən şəxs Cavabdeh3 vurulmuş ziyana görə cəmi 25620 (iyirmi beş min altı yüz iyirmi) manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş şəxs İddiaçı ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)- 154\2024 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(025)- 29/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış və qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,14 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, Təbiyyət Həsənquliyevinxx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-29/2023 nömrəli hökmünə əsasən icraata başlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə görə, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 223.2-ci maddəsinin tələbinə görə, birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3-cü maddəsinə əsasən, ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 224.1-ci maddəsinə əsasən paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(025)-29/2023 nömrəli hökmünə əsasən zərərçəkmiş şəxs və mülki İddiaçı tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – təqsirləndirilən şəxs Cavabdeh3 vurulmuş ziyana görə cəmi 25620 (iyirmi beş min altı yüz iyirmi) manat məbləğində pul tutularaq mülki iddiaçı – zərərçəkmiş şəxs İddiaçı ödənilməsi hökm edilmişdir. Həmin hökm qanuni qüvvəsini alaraq hökm əsasında verilmiş icra sənədi icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı müvafiq araşdırmalar aparılmış, sorğular yazılmış və məlum olmuşdur ki, Cavabdeh3 ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətdə olan Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»a əsasən Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,14 ha torpaq sahəsi verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin torpaq sahəsi cavabdehlərin ümumi birgə mülkiyyəti sayılaraq, aralarında bölünməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.1-ci maddəsinin tələbinə görə, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 224.1-ci maddəsinin tələbləri baxımından İddiaçı belə bir tələblə məhkəməyə müraciət etmək baxımından subyektiv hüquqa mallikdir. Tərəflərinpayıiləbağlıisəməhkəməqeydedirki, paylı və ya birgə olmasından asılı olmayaraq ümumi mülkiyyətdə olan əmlaka hər bir mülkiyyətçinin payı bərabər sayılır. Bu baxımdan, mübahisəli torpaq sahəsinin 5 bərabər birgə mülkiyyətçisi olduğundan, Cavabdeh3 da payı 1/5 hissə üzrə müəyyən olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişlər ki, birgə mülkiyyətlərində olan 0,14 ha torpaq sahəsinə bir giriş-çıxış yolu mövcuddur və həmin torpaq sahəsinin bölünməsi mümkün deyildir. Məhkəmə bununla bağlı qeyd edir ki, hal-hazırda iddiaçı cavabdehlərin birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən Cavabdeh3 payın naturada ayrılmasını deyil, payının müəyyyən olunmasını tələb edir. İddiaçı Cavabdeh3 payının müəyyən edilməsindən sonra belə bir tələblə məhkəməyə müraciət edə bilər. Həmçinin məhkəmə cavabdehlərə onu da izah edir ki, sözügedən torpaq sahəsinin naturada bölünməsinin mümkünsüzlüyü müvafiq ekspert rəyi ilə müəyyən oluna bilər. Eyni zamanda torpaq sahəsinin naturada bölünməsinin mümkünsüzlüyü iddiaçının iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 224.2-ci maddəsinə görə əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi İddiaçı ilk növbədə Cavabdeh3 torpaq sahəsi üzərində 1/5 hissə üzrə payının müəyyən olunması barədə qətnamə qanuni qüvvəsini aldıqdan sonra, müvafiq icra hakimiyyəti orqanında rəsmiləşdirilməli və bundan sonra borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin digər iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,14 ha torpaq sahəsindən Cavabdeh3 1/5 (0,028 ha) hissədə payı müəyyənolunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Danışmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 ümumi birgə mülkiyyətə verilmiş Qəbələ rayonu, Vəndam kəndində yerləşən 0,14 ha torpaq sahəsindən Cavabdeh3 1/5 (0,028 ha) hissədə payı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar